altun.az

Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib

30-11-2016, 16:28

Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib

Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Altun.az xəbər verir ki, bu barədə qərar YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin bu gün Əddis-Əbəbədə keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, müvafiq müraciət bir neçə dövlət - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.

YUNESKO-nun arayışında bəzi ölkələrdə Novruz, Naurız, Navruz və Nooruz kimi də adlanan bu bayramın “yeni gün” mənası verdiyi və özündə çoxsaylı mərasimlər, ayinlər və digər tədbirlər ehtiva etdiyi göstərilir.

“Bütün ailə üzvlərinin təmizlik, parlaqlıq, firavanlıq və var-dövlət rəmzi olan əşyalarla bəzədilmiş masa ətrafında toplaşması və dostlarla, yaxınlarla birgə hazırlanmış yeməklərdən zövq alması vacib ənənədir. Bu təcrübələr mədəni müxtəlifliyi və tolerantlığı dəstəkləyir, ictimai həmrəylik və sülhün formalaşmasına töhfə verir”, - YUNESKO qeyd edir.

Xatırladaq ki, Novruz bayramı, həmçinin 2009-cu ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. O vaxt müvafiq müraciəti daha az ölkə - Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 453 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com