Bugün:

"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr

21 may 2018, 15:53, altun
    [declination=1 490]Oxunub: | [/declination]1 490
"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr

Təbriz Azad Universitetində keçirilən azad tribuna tədbirində azərbaycanlı tələbələr universitetdə türk dili və ədəbiyyatı ixtisasının yaradılması və türk dilinin tədris edilməsini tələb ediblər.
Altun.az xəbər verir ki, “Universitetin təhsil problemləri” mövzusunda keçirilən tədbirdə tələbələr İranın təhsil sistemində olan ayrı-seçkilik halları və müxtəlif problemlərdən danışıblar.
“Seçkilər zamanı namizədlər məktəb və universitetlərdə ana dilinin tədris olunacağı barədə vəd verirlər, lakin bu vəd yalnız bir neçə universitetdə yerinə yetirilib. Biz, Təbriz Azad Universitetində də türk dilinin tədris olunmasını tələb edirik. Əslində, ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır”, - tələbələrdən biri çıxışında deyib.
Onun təhsil sistemi ilə bağlı çıxışı alqışlarla qarşılanıb.