Bugün:

Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb

12 may 2018, 19:41, altun
    Oxunub: 229
Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb

İrəvan Dövlət Dram Teatrı, Türkiyədən qastroldan qayıdarkən, Gürcüstan sərhəddində problemlə üzləşib.
Altun.az xəbər verir ki, bu barədə “Facebook”da teatrın keçmiş aktyoru Elçin Hacı yazıb.
Aktyor bildirib ki, yaranan problemə görə kollektiv on saat sərhəddə gözləyib:
“Türkiyədən qastroldan gələndə teatrın direktoru İftixar Piriyev avtobusa külli miqdarda maşın ehtiyat hissələri alıb vurub.
Heyəti də sərhəddə saxlayıblar ki, nazirlik xətti ilə qastrola getməyinizi başa düşdük. Bəs, bu avtomobil ehtiyat hissələri nədir? Teatrın kollektivini on saat sərhəddə saxlayıblar, sonra necəsə həll olunub, buraxıblar”.
Qeyd edək ki, İrəvan Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin bir neçə şəhərində tamaşalarla çıxış edib.