Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tribunadan bugünkü istifadə, toplumu doğru olmayan istiqamətə yönəldir.

24 apr 2018, 20:50   
Tribunadan bugünkü istifadə, toplumu doğru olmayan istiqamətə yönəldir.

Efirlərə elə primitiv insanlar çıxır ki... – “Lider”in əməkdarı
Altun.az Azadinform-a istinadən “Lider” televiziyasının aparıcısı Mətanət Ağamirli ilə müsahibəni təqdim edir:
- Mətanət xanım, sizi tanıyaqmı?
- Məncə hər kəs öz ömrünü də həyatı dərk etdiyi kimi, formalaşdığı mühitin dəyərlərinə uyğun formada, kimi yaşamaq üçün, kimi yaşatmaq üçün, kimi əzizlərinin-ətrafının, geniş anlamda mənsub olduğu toplumun firavanlığı-xoşbəxtliyi üçün yaşayır. Bütün hallarda düşünürəm ki, insan olan kəs mütləq ömrünü mənalı işə, xeyirxah əməllərə sərf etməlidir. Çünki yaradılan canlıların hər birinin müəyyən missiyası var. İnsan ən ali varlıqdır. Bu baxımdan insan olan kəslərin məsuliyyəti, imtahanı daha ağırdır. Mənə düşən ömür payını bacardığım qədər şərəfli, məzmunlu, kimsəyə zərər vermədən, ətrafa faydalı olaraq yaşamağa çalışan bəşər övladıyam. 25 ildən bəri erməni işğalında dağıdılıb talan edilən bir məmləkətdə, Ağdamda mühafizəkar bir ailədə dünyaya göz açan uşağın ömür yolu elə burdan başlayıb. Qayğısız uşaqlıq illərim olub. Yeniyetməlik illərimizdə başlayan Qarabağ savaşı isə bizi böyütdü. Ömür yolum heç rahat, hamar olmadı. Uşaqlıq illərindən ayrılar-ayrılmaz bütün həmyaşıdlarımla bərabər həyatın sərt üzünü gördüm. Orta məktəbin son siniflərini, daha sonra gəncliyimizi, savaş illəri ilə xatırlayıram: köçkünlük həyatı, şəhid verən bir ailənin iztirabları... Bu ağrılı xatirələrin içərisində işıqlı anlar da var: tələbəlik, jurnalistikaya gəlişim, dövri mətbuatdakı fəaliyyətim, televiziya sahəsinə keçidim və s. Ömür yolum, bu gün isə bildiyiniz kimi sıralarınızda davam edir. Televiziya sahəsindəyəm. Sadəcə jurnalist kimi yox, başqa amplualarda da davam edirəm. İlahi qüvvəyə, İlahi ədalətə bütün varlığımla inanıram. Hər bir hadisənin müsbət tərəflərini görməyə çalışan, pozitivə köklənən, mənəvi keyfiyyətləri üstün tutan biriyəm.
- Sizin üçün əsl jurnalist olmağın kriteriyası nədir?
- Mənə görə istənilən peşə sahibinin əsas kriteriyası milli-mənəvi dəyərlərinə sahib çıxmaq, torpağına - toplumuna bağlılıqdır. Kreativlik xarici dilləri bilmək, özünü avropalı kimi hiss etmək, özünü son dərəcə müasir düşüncəli kimi təqdim etmək deyil, ölkənə-vətənə, milli-mənəvi dəyərlərinə bağlı olmaq, xalqın, mənsub olduğun toplumun təəssübünü çəkməyi bacarmaq, öz insanına – səni sən edən ortama faydalı olmaqdır. Əlbəttə bir neçə dil bilmək də üstünlükdür, müasir tendensiyaları təqib edib ona uyğunlaşmaq da həmçinin. Amma mənim millətimin maraqlarına, dəyərlərimə zərbə vuran müasirliyi, kreativliyi qəbul etmirəm. O ki qaldı, jurnalist kriteriyalarına, Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları var. Hamımızın bildiyi kimi: operativlik, dəqiqlik, həqiqəti yaymaq jurnalistin ilk vəzifə borcudur. Amma obyektivlik peşəkarlıq meyarıdır. Mənə görə jurnalist olmağın ilk kriteriyası fikir plüralizminə hörmət etməyi bacarmaqdır. Yəni tərəflərə neytral mövqedən yanaşmağı bacarmalıdır. Məncə belə olarsa obyektivlik də qorunar, çəkişmələrə də səbəb olmaz. Və ya başqa nüanslar da var: jurnalistikadan şəxsi mənafe və başqa məqsədlər naminə istifadə edilməsi jurnalistika kriteriyalarına tamamilə ziddir. Həmçinin bilirsiniz ki, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarında əks olunub. Bu qaydaya nə qədər əməl olunur? Mənim üçün maraqlıdır əslində, görəsən başqasının həyat yoldaşını və ya ailə üzvünü sosial mediada, portallarda gündəmə çıxararaq hər hansı məqsəd güdən, özünü jurnalist sayan kəs öz qızını, bacısını, həyat yoldaşını, ailə üzvünü də eyni yerdə görə bilirmi? Burda yenə də şəxsiyyət, insan amili önə çıxır. İnsan hər şeydən əvvəl gözəl şəxsiyyət, gözəl vətəndaş, bir az öncə qeyd etdiyim kimi, keçmişinə-toplumuna bağlı övlad olmalıdır. Dediklərimi özündə cəmləşdirən insan çalışdığı sahənin kriteriyalarına mütləq əməl edəcəkdir. Düşünün ki, peşə kriteriyalarına əməl etməyən bir həmkarımızın “peşəkarlığı” bizə düşmən mövqe tutanların dəyirmanına su tökür. Yəqin mənimlə razılaşarsınız ki, gerisi ilə bağlı heç danışmağa dəyməz... Qısacası, bütün dünyada jurnalistikanın prinsipləri, məqsədi cəmiyyətə xidmətdən ibarətdir. Nə qədər xidmət edə bilirik, artıq bu da başqa bir mövzudur.
- Efir qarşısında olmağın məsuliyyət hissi ağır deyil ki? Neçə ildir efirdəsiniz?
- 8 il oldu, üstəgəl eyni qurumda, eyni proqramlarda, eyni kollektivdə. Daha öncəki fəaliyyətim çap mediasına aiddir. Əlbəttə efir çox məsuliyyətlidir. Amma bu gün efirlərə elə primitiv mövzu və insanlar çıxır ki, bəzən bu məsuliyyətə özün də şübhə ilə yanaşırsan. Günümüzün reallıqları var, onlardan danışmamaq mümkün deyil...
- O zaman belə bir sual: TV proqramlar niyə gündəmə xidmət etmir?

Maddiyyatın mənəviyyatı üstələdiyi bir zamanın insanlarıyıq.


- Əvvəla ona görə ki, TV məkanda çalışan bir çoxlarının efir məsuliyyətindən ya xəbərləri yoxdur, ya dərk etmirlər, ya da şəxsi maraq hər şeyi üstələyib. Əslində isə efir məsuliyyəti teleradio sahəsində işləyən hər kəsə aiddir. Təəssüf, bunu unudanlar az deyil. Bu gün tamaşaçıya təqdim edilən proqramların əksəriyyəti maarifləndirmədən, ictimai maraqlardan, mədəniyyətdən uzaqdır. Efir mədəniyyəti bir çox hallarda ədəbsizliklə əvəz edilir. Bu, istər ifadələrdə, istərsə də davranış-hərəkətlərdə müşahidə olunur. Maarifləndirmə ilə bağlı proqramlar minimum səviyyədədir. Bir çoxları özünü şouda, yüngül proqramlarda, ya da çəkişməli, bəsit mövzularla gündəmdə saxlamağa iddialıdır. Açığı, bəzən uzun illər jurnalistikada fəaliyyəti olan insanların da seçimi məni təəccübləndirir. Doğrudanmı, şəxsi mənafe peşə mənafeyini bu qədər geridə qoyub?! Doğrudanmı, qazanc, mənfəət yalnız bəsit və ədəbsiz mövzularla əldə oluna bilər? TV məkandakı mövcud vəziyyətin təəssübünü biz çəkməsək kim çəkməlidir?! Soruşursunuz ki, televiziyalar niyə gündəmə xidmət etmir, əgər ki, gündəmə xidmət etməyən proqramlar biznes sferasında fəaliyyət göstərən şəxsləri daha çox cəlb edirsə, səbəbi axtarmağa burdan başlamaq lazımdır. Yanaşmalardakı boşluq haradan və nədən qaynaqlanır? İş adamları öz reklamlarını niyə qeyri-ciddi proqramlarda daha çox görürlər?! Olmazmı ki, bu reklamlar ciddi, maarifləndirici, intellektual səviyyə aşılayan, tamaşaçını öz səviyyəsinə qaldıran proqramlara transfer edilsin?! Demək ki, vətəndaş məsuliyyəti deyilən anlayışa ciddi əhəmiyyət vermək lazımdır. Vətəndaş məsuliyyəti ilə bağlı cəmiyyətin bütün sferalarında təbliğatı gücləndirməklə və ictimai qınaqla müşahidə olunan deqradasiyaya dur deməyin vaxtı çoxdan çatıb. Televiziya, radio həm də xalqın tribunasıdır. Tribunadan bugünkü istifadə sanki məqsədyönlü şəkildə bəsitləşdirilir, toplumu doğru olmayan istiqamətə yönəldir.
- Çox maraqlıdır, verilişə necə hazırlaşırsınız? Aparıcıların özünəməxsus ədaları olur. Sizdə də varmı?
- Ədasız olarmı? (gülür). Əlbəttə, bu bir zarafatdır. İş prosesi, yaradıcılıq, müsahibə, montaj, operator-rejissor, canlı yayın – bütün bu proseslərə hazırlıqda hansı ədadan söhbət gedə bilər? Əda göstərənlərə isə bu cür ədaların çox çəkməyəcəyini dostcasına anlatmağa çalışıram. Yenə emosionallıqdan, səbirsizlikdən bəhs etsəniz deyərəm, hə, mənə aiddir. TV proqramlar kollektiv zəhmətin bəhrəsidir. Bu prosesdə onlarla insan əməkdaşlıq edir. Redaktordan tutmuş saç ustasına qədər. Hərə bir ailədən-evdən gəlir, hər kəsin bir xarakteri, şıltaqlığı, əhval-ruhiyyəsi, öz bacardığı qədər bacarığı var. Təbii ki, həm iş prosesində, həm qarşılıqlı münasibətlərdə bəzən ürəyimcə olmayan, razılaşmadığım məqamlar, bəyənmədiyim nüanslar, hallar ola bilər. Amma mənim üçün iş elə işdir. İş prosesindəki anlaşılmazlıq şəxsi müstəviyə keçməməlidir. Bu baxımdan böyük kollektivdə işləməklə bağlı mənim heç vaxt problemim olmayıb. Bir də xırda söz-söhbətləri böyütmək, kin saxlamaq xarakterimə xas olmadığı üçün mənə daha rahatdır. Əksər vaxtlarda efirlərə tələsirəm. Nədən desəniz, zaman azlığından şikayət etməsəm də, zamanın çoxluğundan da razılıq etmərəm. Bu, mənim məsuliyyət hissimlə bağlıdır. Çox nadir hallarda müsahibim studiyada məni gözləyə bilər. Günümüzdə sosial mediadan istifadə, internet mediası xüsusilə də biz jurnalistlərin yetərincə vaxtını alır. Mövzuya mütləq hazırlaşmalısan. Efirin tələbinə görə geyim, saç düzümü, makiyaj, səliqə-sahman hamısı qaydasında olmalıdır. Efirlərə də bax belə sadaladığım kimi tələsə-tələsə hazırlaşıram.
- Aparıcıların dili, leksikonu bəzən tənqid hədəfinə çevrilir. Azərbaycanda bu sahədə təhsil yetərincə deyilmi?
- Çox aktual bir məsələdən danışırıq. Zaman-zaman müzakirəyə çıxarılan bu məsələ haqlı olaraq, bir çox hallarda narazılıq və narahatlıq yaradır. Təbii ki, ziyalılarımız, aydınlarımız təhlükəli tendensiyalara laqeyd qalmayacaq. Mən də fikirləşirəm ki, dilimizi qorumaq bütün müasirlərimizin üzərinə düşən ən böyük vəzifədir. Əgər dövlət dilimiz Azərbaycan dilidirsə, aparıcı, diktor və jurnalist bu qaydalara əməl etməyə borcludur. Sözsüz ki, universitetlərdə müvafiq fakültələr və müvafiq dərslərdə dilimiz müəllimlər, alimlər tərəfindən tədris olunur. Və öyrənməyi qarşıya məqsəd qoymuş tələbələr dilimizi mənimsəyir. Amma biz televiziyalarda dilimizə olan münasibətdən danışırıqsa, televiziyalarda bu baxımdan nəzarət minimumdur, yalnız ictimai-siyasi proqramlarda bu qaydalara az-çox əməl olunur. TV məkanlarda proqramların böyük əksəriyyəti əyləncələrdən ibarətdir və kommersiya marağı daşıyır. Problemin kökü məhz budur. Bəzən reklam və biznes marağı mənəvi-milli maraqları üstələyir. Əslində dövrümüz belədir. Maddiyyatın mənəviyyatı üstələdiyi bir zamanın insanlarıyıq. Amma bütün dönəmlərdə ziyalılar, mütəfəkkirlər, ictimai çəkisi olan insanlar, bir sözlə aparıcı qüvvələr bu kimi fəsadların qarşısında dayanıblar. Düşünürəm ki, müəyyən bir keçid dövrünün qüsurları müvəqqətidir. Zamanla məhz intellektual, layiqli jurnalist və aparıcılar televiziyaların maarifləndirici missiyalarını davam etdirəcəklər. Həmçinin dilimizə xor baxan, onun qaydalarına əməl etməyi belə düşünməyib öz üzərində işləmək istəməyənlər də bu müvəqqəti keçid dövründə qalacaqlar. Böyük Həsən bəy Zərdabi: “dili və mədəniyyəti gedənin özü məhv olur”- deyib. Əminəm ki, toplum olaraq dil və mədəniyyətimizi qorumaq üçün gücümüz, ziyamız, intellektimiz yetərincədir.
- Tamaşaçı ilə televiziyalar arasındakı uçurum nə vaxt aradan qalxacaq?
- Ümumi toplumun səviyyəsi yüksəldikcə, müxtəlif sahələrdə müşahidə etdiyimiz problemlər azaldıqca... Böyük Zərdabi demişkən, mətbuat cəmiyyətin aynasıdır.
- Niyə məhz “Lider”?! Və niyə məhz “Sədadan sonra?!”
- Lider TV mənə çox doğmadır. Bu da təbiidir. Çünki ömrümün 20 ilə yaxını bu kanalda keçib. Proqramlar dəyişib, iş yoldaşlarım dəyişib, kollektiv dəyişib, zaman-zaman vəzifəm də dəyişib, amma iş yerim eyni məkan olub. Xaraktercə stabil insanam, dəyişkənliyi sevmirəm. Tez-tez iş yerini dəyişməyi də sevmirəm. TV məkanda reallaşdırmaq istədiyim layihələri burda həyata keçirmək üçün həmişə normal şərait yaradılıb. Ümumilikdə kollektivlə, rəhbərliklə münasibətlərdən razıyam. O zaman başqa TV məkana keçidə nə ehtiyac var ki?
- Nə vaxtsa şou proqram aparıcısı olmağı heç düşünmüsünüzmü? Ya da nə vaxtsa sizə belə bir sual ünvanlanacağını?
- Ağlımdan belə keçməyib, nə şou aparıcısı olmaq, nə də belə bir sual ünvanlanacağı. Şou proqramlar hara, mən hara? Bu kimi proqramları ən yaxşı halda kənardan seyr edə bilərəm. Belə bir transfer bir şou adamının “Sədadan sonra” proqramında aparıcılıq etməyinə bənzər. Məncə hər kəs öz ampluasında, mövqeyinə - xarakterinə aid proqramlarda effektlidir.
- Niyə belə sakitsiniz? Həm də hüznlü...
- Birinci dəfədir ki, sakit olduğumu eşidirəm. Lap mənə kompliment dediniz, vallah. Əslində, heç də sakit deyiləm. Emosional olduğum üçün az danışıram ki, sakit görünüm (gülür). Əslində, məni yaxından tanımadığınız üçün sizə sakit görünürəm. Həmkarlarımızdan maraqlanın bir, görün nələr deyirlər (yenə gülür).
- Hüznlü ifadə görünürsə, demək ki, dərinlikdə səbəblər var. Göz qəlbin aynasıdır, deyiblər. Gizlətmək mümkün deyil. Müsahibənin başlanğıcında dedim ki, ömür yolum heç rahat, hamar olmadı. Amma rahat olduğum, məni xoşbəxt eləyən bir məqam var, mən şərəfli ömür yaşamaqdayam. Bir tərəfdə olan qazanclar, digər tərəfdə olan uğursuzluqları kompensasiya edir. Həyatın gərdişi budur...
- Nigarla aranız necədir? Ailəniz, sevdikləriniz...
- Şükürlər olsun Allaha ki, hər şey qaydasındadır. Nigar qızım mənim üçün Tanrının göndərdiyi bir mələkdir. Heç vaxt şəxsi məsələlərlə gündəmə gəlməyi seçmədim. Eyni mövqedə də qalıram. Nigar, ailəm, sevdiklərim, dostlarım, rəfiqələrim, əyləncə, istirahət, geyim... məncə, şəxsi həyatın adından göründüyü kimi şəxsə aid olduğu üçün onu ictimaiyyətə açıqlamaq da lazım deyil.
Azərbaycan... VƏTƏN!
- Siz həm də əməkdar jurnalistsiniz və biz həm də qonşuyuq.
- Bəli, 2016-cı ildə cənab Prezidentin imzaladığı sərəncamla əməkdar jurnalist adına layiq görüldüm. Ölkə başçısı tərəfindən zəhmətimin qiymətləndirilməsi qürurvericidir. Mən jurnalistika sahəsini seçəndə nə zamansa mənə ad veriləcəyini, hətta maddi qazanclar əldə edəcəyimi heç düşünməmişdim. Yəni təmənnasız, peşəmi sevərək gəldim media aləminə. Öz həyatıma nəzər salanda İlahi gücün ədalətli və comərd olduğunu görürəm. Zəhmət heç vaxt itmir, itirilmir. O ki, qaldı Nigar İsfəndiyarla qonşuluğuma, belə pozitiv, xoş məramlı insanla tez-tez rastlaşacağımdan məmnun olacağam. Yəqin sən də peşman olmazsan (gülür).
OXŞAR MÖVZULAR