Bugün:

Hansı daha yaxşıdır - YOD yoxsa ZELYONKA?

12 sen 2017, 18:25, altun
    Oxunub: 36
Hər bir evin aptek qutusunda bu iki vasitə mütləq tapılacaq. Hər ikisi antiseptik kimi istifadə olunur.
Görəsən, onlardan hansı daha effektlidir? Bunu bilmək üçün məqaləmizi oxuyun.
Zelyonka əslində antiseptik vasitə deyil, sintetik rəngləyicidir. Bu vasitəni XIX əsrdə İngiltərədən olan kimyaçı təsadüfən sintez edib. Yeni vasitə toxucuları çox maraqlandırıb (hamı bilir ki, zelyonkanı paltardan yumaq mümkün deyil!) və onlar vasitəni parçaların rənglənməsi üçün istifadə etməyə başlayıblar.
Zelyonkanın antiseptik xüsusiyyətləri də təsadüf nəticəsində aşkar olunub və bundan sonra zelyonka həmçini antiseptik kimi istifadə olunmağa başlayıb. Yeri gəlmişkən, zelyonkanın antiseptik xüsusiyyətləri çox da güclü deyil.
Hal hazırda Avropa və ABŞ-da zelyonka qadağan olunmasa da antiseptik vasitə kimi istifadə olunmur. Bunun səbəbləri arasında - xəstənin görünüşünə mənfi təsirin olması və həmçinin zelyonkanın insan orqanizminə mümkün olan toksiki təsiri.
Yod daha güclü antiseptik vasitədir. Zelyonkadan fərqli olaraq yod təbii vasitədir və insan orqanizmində, torpaqda, havada, suda, müxtəlif bitkilərdə mövcuddur.
Nəzərə almaq lazımdır ki, yodu açıq yaranın üzərinə çəkmək olmaz. Bu yaranı yandıracaq, onun vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Yodu yaranın ətrafına çəkmək lazımdır ki, infeksiya yaraya düşməsin. Kiçik sıyrıntılara yod çəkmək olar. Açıq yaranın işlənməsi üçün "perekis"dən istifadə etmək olar.
Yod yerli qan dövranını gücləndirir ki, travmadan, inyeksiyadan və s. sonra əmələ gələn şişkinliyin üzərinə yod sürtmək çox yaxşı müalicəvi təsir edir, şişkinliyi azaldır. Həmçinin yod nəfəs yollarında iltihabın azalmasına kömək edir. Bunun üçün məşhur "yod setkası" istifadə olunur.
loading...