Bugün:

Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI

05 sen 2017, 16:17, altun
    Oxunub: 54
Smartfonların zərərli şüasından qoruyan EKRAN YARADILDI

Alimlər uzun müddət mobil telefonların sıx istifadəsinin sağlamlığa təsiri haqda hesabatlar paylaşırlar.
Altun.az bildirir ki, bu mövzuda elmi nəşrlərin sayı 21 mini keçib - belə tədqiqatların son dərəcə dəqiq hesabatını bioelektromaqnitizm üzrə tədqiqat mərkəzi "Axena" tərəfindən yaradılmış xüsusi sayt aparır.
Təhlükəni nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı da bu məsələdə “ehtiyat” prinsipinə tərəfdar olmağa çağırıb. Bir sıra dövlətlərdə, məsələn, Finlandiyada və Fransada uşaqların mobil telefonlardan istifadəsinin məhdudlaşdırılması tövsiyə edilir. Bu, onunla bağlıdır ki, uşaqlar 5-10 dəqiqəlik danışıq vaxtı böyüklərə nisbətən 153% daha çox zərərli şüa alırlar. Körpələr bizimlə müqayisədə kəllənin çox incə sümüklərinə malikdirlər.
Bu həyəcanın fonunda son nailiyyətlər imkan verir ki, indi uşaqları elektromaqnit şüadan qorumaq mümkün olacaq. Tomsk Dövlət Universitetinin alimləri qoruyucu ekran ixtira ediblər, hansı ki, elektromaqnit şüanı buraxmır və bu halda rabitənin keyfiyyətinə təsir etmir.
“Ekran polimerlərdən və 5-20 mikrometr diametrə malik olan maqnit mikronaqillli torlardan ibarətdir – bu, insan saçından daha incədir”, - deyə Tomsk dövlət universitetinin radiofizika fakultəsinin dosenti Qriqori Kuleşov mətbuata məlumat verib. “Görüntü baxımından bu şəffaf, nazik pərdədir, bir kağız vərəqinin qalınlığında. Ancaq bu, elektromaqnit şüaların insanın bədəninə keçməməsi üçün kifayətdir”, - Kuleşov fikrini tamamlayıb.
loading...