Bugün:

iPhone haqqında bilmədiyiniz 6 FAKT

01 sen 2017, 22:42, altun
    Oxunub: 35
iPhone haqqında bilmədiyiniz 6 FAKT


Altun.az saytı Apple şirkətinin ən məşhur məhsulu iPhone haqda maraqlı faktları təqdim edir?
1. Yəqin ki, bu fakt çoxumuzun diqqətindən yayınıb, amma istənilən reklam çarxında iPhone-nun ekranında vaxt 09:41 göstərir. Bu təsadüfi deyil. Hər yeni iPhone-nun rəsmi təqdimat mərasimi saat 09:00-da başlayır və 40 dəqiqə davam edir. Təqdimat bitəndən sonra isə təqdim olunan yeni modelin ekranında eləcə də zaldakı auditoriyanın telefonlarında vaxt 09:41-i göstərir.
2. 2016-ci ilin iyul ayında Apple şirkəti 1 milyardıncı iPhone satdı. eyd edək ki, bu siyahı 2007-cı ildən bu yana qeydə alınır və artıq 1 milliarddan çox iPhone satılıb.
3. Bəs bu faktı bilirdinizmi ki, Apple şirkətinin ən gəlirli məhsulu iPhone-dur. 200 milyarddan artıq sərvəti olan Apple markası gəlirinin 70 faizini bugunədək satılmış iPhone-ladan əldə edib.
4. Kübarlıq və keyfiyyət rəmzi olan iPhone-un ilk nümunəsini elit mühəndislərdən ibarət komanda hazırlamışdı. Stiv Cobs Skott Forstrolla istədiyi və etibar etdiyi şəxslərdən ibarət komanda yığmağı tapşırır, lakin bir şərtlə mühəndislər yalnız Apple şirkətindən olmalı, kənardan əməkdaş dəvət edilməməli idi. Skott Apple şirkətinin hər bölməsindən ən bacarıqlı mühəndisləri komanda şəkilində cəm edir. Lakin hansı layihənin üzərində işləyəcəklərini, belə dəqiq deyə bilmir. O, komandasına müraciətdə bir tək bu sözləri qeyd edir. Tək onu bilirəm ki, bəzən iş saatı bitdikdən sonra da işləyəcəyik. Lazım gələrsə, istirahət günlərimizi belə qurban verəcəyik, amma əminəm ki, nəticə bu zəhmətimizə dəyəcək.
5. Son illər ekrana çıxan filmlər və seriallların demək olar ki, hamısında Apple markasının məhsullarından eləcə də iPhon-lardan istifadə olunur. Buna bir növ gizli reklam da deyə bilərik. Maraqlısı budur ki, apple şirkəti film istehsalçılarına reklam üçün 1 sent də ödəmir. Şirkətin devizi: Filminiz üçün sonsuz sayda məhsulumuzdan istifadə edin, amma pul məsələsini unudun!
6. Texnika bazarında ipad iphonedan illər sonra görünsə də, ipadın layihəsi iphonedan əvvəl hazırlanmışdı. Belə ki, Stiv Cobs əvvəlcə planşet layihəsi üzərində çalışırdı. Lakin rəqib brendlər onu bu yolda qabaqladığı üçün smartfon istehsalına başlamağa qərar verdi.
loading...