Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR

20 avq 2017, 01:01   
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR


O, ölkəsində küçədə asqırmağı qadağan edib. Özünü saxlaya bilməyib asqıranları isə cərimələtdirir. Ölkədə barmaqla nəyisə göstərməklə bərabər sarı rəngdə geyinməyə də icazə vermir. 38 milyard dolların sahibi olan bu şəxs dünyanın ən varlı monarxlarından biri sayılır.
Nadir avtomobil kolleksiyasına, Ginnesin rekordlar kitabına düşən rezidensiyaya, otellərə, neft-qaz ehtiyatlarına sahibdir. Çox sayda universitetin Fəxri Doktoru elan edilməsinə baxmayaraq heç bir ali təhsil müəssisəsindən məzun olmayıb. Söhbət Bruneyin 29-cu sultanı, eyni zamanda ilk baş naziri Hassanal Bolkiaxdan gedir.
Altun.az sultanın məcaralarla dolu həyat hekayəsini təqdim edir.
Bir az Buruney haqqında
Əslində Buruney dünyanın ən bahalı oteli – “Yempayr”in yerləşdiri ölkə kimi çoxlarına tanınır. Bu otelin tikintisi cəmi 2,7 milyard dollar başa gəlib. Ölkənin tarixi keçmişinə gəlincə, 16-cı əsrə qədər dünyanın ən güclü dövlətlərindən biri olub. İllər keçdikcə Bruneyin ərazisi 10 dəfə kiçilib. Bu gün ölkənin başından ayağına cəmi 2 saatlıq yol məsafəsi var. Maraqlıdır ki, ərazisinin kiçilməsi ilə kasıb ölkə ən varlı dövlətə çevrilib. Bruneyin əsas gəlir mənbəyi neftdir. Belə ki, 1929-cı ildə tapılan neft , qaz yataqlarından əldə olunan məhsul ölkənin hasilatının 90 faizini təşkil edir. Əsas alıcı isə Yaponiyadır.
Buruneydə vətəndaşların heç bir vergi öhdəliyi yoxdur.Ümumiyyətlə, sadə buruneyliyə vergi sözünün mənası belə məlum deyil. Əvəzində vətəndaş bankda hesabın nəyə yaradığını yaxşı bilir. Ən kasıb buruneylinin illik gəliri 20 min dollar təşkil edir. Ölkədə təhsil pulsuzdur. Vətəndaşlardan kimsə Oksfordda, Harvardda təhsil almaq istəsə, dövlət onun bütün xərclərini ödəyir. Buruney kişisindən isə bircə şey tələb olunur o da çox arvadlılıq. Çünki ölkədə qadınların sayı kişiləri üstələyir. Say çoxluğuna baxmayaraq, Bruneydə qadın hüquqları digər islam ölkələri ilə müqayisədə üstündür.
28 sözdən ibarət adı olan sultan
Ölkənin sahibi Hassanal Bolkiax 1946-cı ildə paytaxt Bandar Seri Bagavanda anadan olub. O, Bruneyi 14-cü əsirdən idarə edən 28-ci sultan III Ömər Əli Seyfeddinin böyük oğludur. Xanədanlığın 29-cu nümayəndəsi olan Hassanal Bolkiaxın tam adı nə az, nə çox cəmisi 28 sözdən ibarətdir -Sultan Hacı Hassanal Bolkiax Muizz ub-Din Vabbaulaxibn əli-Marhum Sultam Hacı Ömər Əli Sauf ub-Din Saad ul-Haur ya ub-din.
21 nəfərdən ibarət parlament
Hacı Hassanalın özünəməxsus idarəçilik prinsipi var. O hakimiyyətə gəldiyi ilk ildə - 1967-ci ildə 1888-ci ildən Britaniyanın müstəmləkəsində olan Bruneyin müstəqilliyinə nail olub.Bundan əlavə seçki, müxalifət, siyasi partiya kimi anlayışların olmadığı ölkəsində parlameti yenidən təsis edib. Hansı ki 20 il idi fəaliyyətini dayandırılmışdı. Qanunverici orqana 21 nəfər təyin edib. Onlar arasında özünün qardaşı da var. Parlamentin nə işlə məşğul olmasına gəlincə, bunu “millət vəkillərindən” başqa kimsə bilmir. Ümumiyyətlə burineylilər üçün parlamentin varlığının əhəmiyyəti yoxdur.
Rusiyada elmlər doktoru dərəcəsini alıb
Hacı Hassanal kifayət qədər yüksək təhsilldir. Kiçik yaşlarında özəl müəllimlərdən dərs alan Hassanal Malaziyadakı Viktoriya Akademiyasında kurs keçib.Təhsilini artırmaq üçün Avropaya üz tutub. Böyük Britaniyadakı Sandxerst kral hava hərbi qüvvələri akademiyasında təhsil alıb. 1967-ci ildə kraliça Yelizaveta ona kapitan rütbəsi verib. Hassanal Bolkiax kraliyyətin təhlükəsizlik alayının rəhbəri təyin olunub. 1967-ci ilin 5 oktyabrında atası sultan Omər Əli Seyfəddinin hakimiyyətdən geri çəkilməsi və onu Bruney şəhzadəsi, varisi elan etməsinin ardınca məzuniyyətinə 1 il vaxt qalmasına baxmayaraq ölkəsinə qayıdıb. Beləliklə 21 yaşında xanədanlığın 29-cu sultanı elan olunub. 1968-ci ilin 1 avqustunda Hassanal Bolkiaxa tac qoyma mərasimi keçirilib. Yeri gəlmişkən, Ömər Əli Seyfəddin taxtı oğluna təhvil versə də 10 il hakimiyyəti qeyri-rəsmi idarə edib.
Rus dilində təmiz danışır
Hassanalın daha bir elmi dərəcəsi də var. O elmlər doktorudur. Bu dərəcəni o, Rusiyada alıb. Buna görə də sultan dörd dildə, o cümlədən rus dilində sərbəst danışır.
Dünyanın ən zənginləri siyahısında
Hassanal Bolkiax dünyanın ən zəngin insanlarından biridir. “Forbes” 2006-cı ildə onun sərvətini 38 milyard dollar qiymətləndirərək adını 11-ci sırada qərarlaşdırıb. 2013-cü ildə isə Hassanal varidatının həcminə görə, dünyanın ən varlı monarxlarının siyahısında 6- cı olub. Onun sərvəti 24 milyard avro (37,92 milyard dollar) dəyərləndirilib.
Sultanın sərvətinin mənbəyi neft gəlirləridir. Belə ki, o, Bruneyin neft ehtiyatlarının qanuni sahibi sayılır. Neft şirkəti “Şell” ölkədə ən böyük təsir gücünə malik qurum hesab edilir.
Şəxsi həyatı
Bolkiax çox dinamik, rəngarəng şəxsi həyata malikdir. Rəsmi məlumatlara inansaq onun 3 arvadı var.Düzdür, ölkəsində onu arvadlarının sayının azlığına görə danlayırlar. Lakin 3 arvad da az rəqəm deyil.
Sultanın 1-ci həyat yoldaşı Anak Salex, 2-ci həyat yoldaşı Məryəm Abdul Əziz, 3-cüsü isə Arzinaz Mazxar Xakimdir. Bolkiah birinci həyat yoldaşı ilə 2002-ci ildə ayrılıb. 2 il sonra Məryəm Abdul Əzizlə evlənib. Lakin malaziyalı jurnalist Arzinaz Mazxar Xakima aşiq olması 2005-ci ildə onun Məryəm Abdul Əzizlə (hazırda stuadessadır) də boşanmasına gətirib çıxarıb. Cütlüklərin ilk qarşılaşması Borneoda baş tutub. Xarici mətbuatda yer alan məlumatlara əsasən Xakim Borneoya özəl telekanllardan birinin jurnalisti kimi göndərilibmiş. İşgüzar səfər zamanı sultan ona vurulub. Bundan sonra o, Xakimin izləyicisinə çevrilib. Romantik münasibətlər qohumların iştirakı ilə sadə toy mərasimi ilə özünün pik nöqtəsinə çatıb. Lakin evlilik uzun çəkməyib. Sultan 2010-cu ildə Arzinazla boşanıb. Onu sarayın bütün hüquqlarından məhrum edib. Hazırda Hassanal 1-ci həyat yoldaşı Anak Salexlə nigahdadır. 12 uşaq atası olan sultan oğlu Ali-Muxtadi Billa Bolkiahı özünün varisi elan edib.
Hassanalın 4 qaraja sığan maşınları
Hassanalın ən böyük ehtirası bahalı, məhdud sayda istehsal olunan, ekzemplyar avtomobillərdir. Onun “kasıb” qarajında 6000 qədər maşını var. Bütün maşınlar 1 km ərazini əhatə edən 4 qarajda saxlanılır. Sultanın kolleksiyasında 600 Rolls-Royce-yə, 100-ə yaxın Koenigsegg-nə, Ferrarinin nadir modellərinə - Venice-ə (200 min dollardır), Bentley-ə (Bentley Java Estate, Bentley Dominator ), McLaren F1, Porsche-962 LMS-ə, iki yarış “supercar”ına -Jaguar XJR 15, Cizetta V16 Moroder Ts, Lamborghini Diablo Jota, xüsusi sifarişlə hazırlanan Aston Martin AM3 и AM4-ə (hər biri 1,5 mln dollardır), və 1980-ci ildən bütün "Formula 1" yarışlarını qazanan yarış avtomobillərinə, hətta mirvari ilə bəzədilən avtomobillərə rast gəlmək mümkündür. Qeyd edək ki, monarx kolleksiyasına daxil olan Rolls-Royce və Bentley-ə xüsusi önəm verir. Ümumiyyətlə Hassanal hər il Rolls-Royce-dan 50 avtomobil alır. Bu arada monarxın qarajında dünyada jeganə nüsxə olan “Mercedes” şirkətinə məxsus CLK-GTR Le Man var. Söz-söhbətlərə inansaq son illər Hassanal qarajının qapısını bağlayıb. Və daha maşın almır. Bununla belə o artıq tarixə ən dəbdəbəli kolleksiyanın sahibi kimi düşməyi bacarıb.
Sultanın hava nəqliyyatına marağı yoxdur. Əks halda meydançasında iki “Boeing 747-400s” təyarəsi və “Airbus”dan 6 kiçik təyarə olmazdı. Hassanal hesab edir ki, təyarə gənclərə hesablanan nəqliyyat növüdür. Buna baxmayaraq, o 100 milyon dollar ödəyib Airbus А340 -212 təyarəsi alıb.Bu arada dünyada cəmi 28 belə Airbus А340 -212 təyarəsi istehsal edilib.
Hassanal avtomobillərinə qarşı həssas olsa da övladlarına təyarə hədiyyə etmək lüksuna sahibdir. Bir müddət əvvəl o, 18 yaşında olan qızlarından birinə “Airbus” hədiyyə edib.
Sultanın qardaşının 15 milyardlıq seks-kolleksiyası
Xalqına xidmət edən hökmdar kimi tanınan Hassanal bir müddət əvvəl seks manyakı qardaşı Cefri Bolkiaxın sayəsində dünya mətbuatına manşet oldu. Sən demə, Hassanal avtomobillərə sərvət xərclədiyi kimi qardaşı da erotik məzmunlu bahalı əşyalar alırmış. Cefrinin bu əyləncəsi dövlət fonduna 15 milyard dollara başa gəlib. Belə ki, xanədan mənsubu Maliyyə Naziri olduğu dövrdə fonddan 15 milyard dolları talayıb. Məslən, o, erotik səhnələr təsvir olunan qələmə 1,3 mln dollar, qızıldan, brilyantdan və digər bahalı daş-qaşlardan ibarət 8 ədəd saata isə 10 milyon dollar ödəyib. Yeri gəlmişkən, sözügedən saatların üzərində iki gəncin sevişməsi əks olunur. Monarxın limanındakı ən sevimli yaxtası isə “Döşcüklər” adlanır. Kiçik yaxtalara isə manyak sultan “Məmə-1”,”Məmə-2” adı verib.
Hassanalın çılğınlıqları bununla bitmir. Heykəltəraş Con Stuara isə 800 000 dollara özünün sevgililərindən biri ilə sevişmə səhnəsinin heykəlini düzəltdirib. Renuarın “Bal Mulen de la Qalet” rəsm əsərinə isə 70 milyon dollar ödəyib. Onu da deyək ki, monarx sevgililərinə qarşı da əliaçıqdır. Məsələn, favoritlərdən birinə Christie's hərracından 100 000 dollara boyunbağı alıb. Sultanın qardaşı “Playbol” london klubunu almağa isə elə tələsib ki, məkan ona dəyərindən 4 dəfə bahaya- 34 milyon dollara başa gəlib. Kişi klubundan əlavə o, həmçinin otel setinə -New York Palace və Los Ancelesdəki Hotel Bel-Air sahibdir. Hansı ki, hər iki otel orgilərin keçirilməsi ilə məşhurdur.
Cefri erotik əşyalarla bərabər avtomobillərə də pul xərcləyib. Sənədlərə əsasən, xüsusi yığılmış” “Rolls Roys”a 450 milyon dollar, Pininfarina sport avtomobilinə isə 78 milyon dollar sayıb.
Cefrinin bu bədxərcliyinin ailədə böyük qalmaqala səbəb olduğu yazılır. Hassanalın bundan sonra bütün ailə üzvlərinin xərclərini nəzarətə aldığı deyilir.Cefrinin özünə gəldikdə isə qardaşının onu varisləri sırasına daxil edəcəyi günü gözləyir.Çünki qəpiksiz qalıb.
Ginnesin rekordlar kitabında
Sultanın 200 000 kv metrlik malikanəsi – İstana-Nurul-İman dünyanın ən böyük rezidensiyası kimi Gennesin rekordlar kitabına düşüb. Monarx burda həm yaşayır, həm də işləyir. 1985-ci ildə inşa edilən saray Malay və Avropa memarlığının qarşılığı olan layihədir. Sarayın Hassanala 1,4 milyard dollara başa gəldiyi deyilir. Qeyd edək ki, rezidensiyada 1788 otaq, 1 kilometrlik yeraltı qaraj var, qızıldan bəzədilən 257 hamam yerləşir. Hassanal həmçinin 3 milyard dəyərində Jerudong Park-ın sahibidir.
50 illiyində Maykl Ceksonu 17 milyon dollara oxutdurub.
Hassanal məhrum pop kral Maykl Ceksonun fanatıdır. 50 illiyində təşkil olunan konsertdə ifa etməsi üçün Ceksona 17 milyon dollar sayıb. Sultanın şəxsiyyətinə gəlincə, o ağıllı qərarlar qəbul edən, səhvlərini etiraf etməyi bacaran biri sayılır. Deyilənlərə görə, tabeçiliyndə olan işçiləri alçatmır, ölkəsini müstəbit içində idarə etməməyə çalışır. Bruney sultanın qızı Hafizə Surulu sıradan biri ilə evləndirməsi də onun sadəliyi kimi dəyərlənidirlir.
32 yaşlı qızını adi məmura ərə verib
Söz sultanın qızından düşmüşkən. Hassanalın 2012-ci ildə qızı 32 yaşlı qızı Hafizəyə keçirdiyi toy mərasimi hələ də dünyanın dilindədir.Qızını 29 yaşlı Məhəmməd Ruzaini adlı bir məmura ərə verən sultan toya 3 minə yaxın qonaq çağırmışdı. Bəylə gəlinin maşınını isə Hassanalın avtomobil kolleksiyasına daxil olan nadir maşınların korteji müşayət edirdi.Toyda təşkil edilən əyləncə sakit həyatı olan, musiqi səslərinə alışmayan Bruneyin sükutunu pozduğu deyilir. Yeri gəlmişkən, Bruneydə pub, gecə klubları yoxdur.İnsanlar çox ciddi həyat tərzi keçirirlər.
Onu da qeyd edək ki, Hafizə maliyyə nazirliyində yüksək postlardan birində işləyir.
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
Milyarderin seks-kolleksiyası ölkəni bir-birinə vurdu - FOTOLAR
OXŞAR MÖVZULAR