altun.az

Sizcə, il ərzində nə qədər BÖCƏK YEYİRİK? - İNANMAYACAQSINIZ

8-08-2017, 12:01

Sizcə, il ərzində nə qədər BÖCƏK YEYİRİK? - İNANMAYACAQSINIZ

Elmi araşdırmalar sübut edir ki, hər kəs 1 il ərzində 1 kq-a qədər böcək yeyir.
Publika.az xəbər verir ki, İsveçin Orebro Universitetinin Biologiya sahəsi üzrə professoru Alf Ekblad qəribə açıqlama ilə medianın gündəmini zəbt edib. Professorun dediyinə görə, meyvə, tərəvəzləri nə qədər yusaq da üzərinə yapışan böcəklərin hamısını təmizləmək qeyri-mümkündür.
Ekbladın sözllərinə görə, yalnız meyvə ağaclarından, bostanlardan topladığımız deyil, həmçinin marketlərdən aldığımız məhsulların üzərində də kifayət qədər həşərat toplanır.
Professor qeyd edir ki, bu böcəklər orqanizmə zərərli oduğu qədər faydası da az deyil. Çünki bu canlılar protein mənbəyidirlər. Hətta bəzi milçəklərin sürfələrində bol miqdarda faydalı yağlar var. Bu yağ o qədər faydalıdır ki, onlardan gələcəkdə qızartma xörəklərdə istifadə edə bilərik.
ABŞ-dan olan bir qrup mütəxəssis isə, qida maddələrinin üzərindəki sürfələrin miqdarını müəyyən etməyə çalışıblar. Məlum olub ki, 500 qram çiyələyin tərkibində 4 sürfə, 100 qram şokolad isə özündə 60 sürfə ehtiva edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 601 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com