Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İndiyə qədər fəaliyyət göstərən ən qədim 10 ŞİRKƏT

19 in 2017, 12:14   
İndiyə qədər fəaliyyət göstərən ən qədim 10 ŞİRKƏT

İnkişaf etmiş ölkələrdə əhalinin sayı artdıqca, bizneslərin ömrü qısalır. "Boston Consulting Group"-un tədqiqatlarına əsasən, əhalinin sayı ilə biznes dəyərləri tərs mütənasibdir. Hər il ictimai şirkətlərdə səhmlərinin dəyəri təxminən 10% düşür. Bu, 50 il əvvəl ilə müqayisədə dörd dəfə daha çoxdur.

Keçmiş "Shell" şirkətinin top-meneceri Ari De Qiusin "Canlı şirkət" adlı tədqiqatlarında orta hesabla müasir şirkətlərin cəmi 12 il fəaliyyət göstərdiyi qeyd olunub. "Fortune 500" reytinqinin daimi iştirakçıları olan şirkətlərdə isə bu göstərici 40-50 il arası müşahidə olunur.

2015-ci ilin statistikasına əsasən, dünyada 1700-cü illərdə əsası qoyulmuş 967 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 517-si isə bir ölkədə- Yaponiyada yerləşir. Uzunömürlü şirkətlərin 19%-i Almaniyanın payına düşür.

Milli.Az əsası uzun illər əvvəl qoyulmuş, bu günə qədər fəaliyyət göstərən şirkətlər haqqında maraqlı faktları təqdim edir:

1. Nisiyama Onsen Keiunkan oteli

Əsası Fudjivara Maxito Xayakava tərəfindən qoyulan mehmanxana 705-ci ildən fəaliyyət göstərir. Bu günə qədər fəaliyyət göstərən mehmanxana eyni ailənin üzvləri tərəfindən idarə olunur. Mehmanxananın indiki sahibləri 52-ci Maxito nəsli hesab olunur. Bu, dünyada ən köhnə mehmanxana olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. Orta əsrlərdə bu ərazilərə gələn samuraylar mütləq Maxito mehmanxanasında qalırdılar. Mehmanxananın ən məşhur qonaqları içərisində Yaponiyanın 46-cı imperatoru Koukenin adı var. Hazırda fəəliyyət göstərən mehmanxanada bir gecə qalmaq üçün 460 dollar ödəməlisiz.

2. Koman oteli
Dünyanın ikinci ən qədim şirkəti də Yaponiyada yerləşən Koman otelidir. Əfsanəyə görə, Xyuqa ailəsinin başçısı qeyri-adi yuxu görüb. Yuxuda dörd "ilahi elçi" ona Toyooka şəhərində məbəd tikməyi əmr edir. Tikinti zamanı işçilər bu ərazidə istisu mənbəyi aşkar ediblər. Bundan sonra Xyuqa ailəsi 717-ci ildə ərazi yaxınlığında mehmanxananı açmağa qərar verib. Oteldə bir gecə üçün ən ucuz otaq 270 dollardır.

3. Hoşi Ryokan
718-ci ildən fəaliyyət göstərən Xoşi Ryokan mehmanxanası da Yaponiya ərzisində yerləşir. Mehmanxananı nəslin 46-cı nümayəndəsi Zenqro Xoşi idarə edir. Əgər Xoşi ailəsində varis dünyaya gəlmirsə, onlar kənar şəxslərdən birini (yaşından asılı olmayaraq) ya qızlarına həyat yoldaşı kimi, ya da oğlan övladı kimi övladlığa götürürlər. Ənənəvi yapon mehmanxanası yuxarı əyilmiş künclər, tipik maili damlarla fərqlənir. Otelin bir gecə üçün qiyməti adam başına 430 dollar təşkil edir.

4. Tech Kaihatsu
"Tex Kayhatsu" şirkətinin sahibləri iddia edirlər ki, bu şirkət 760-cı ildən fəaliyyət göstərir. Lakin deyilənə görə, şirkət o illərdə dəmirçixana olub. Bir qrup tədqiqatçılar bu faktla razılaşsa da, digər qrup bu faktı inkar edir. Anlaşılmaz məqama səbəb "kayxasu" sözünün (yapon dilindən tərcümədə "inkişaf") bir çox şirkətlərin adında istifadə olunmasıdır. İndi uzunömürlü biznes şirkəti avtomobil avadanlıqlarının istehsalı ilə məşğuldur.

5. Genda Şiqyo
771-ci ildən fəaliyyət göstərən bu yapon şirkəti 1000 ildən çoxdur ki eyni işlə, yəni kağız paketlər, toy, dəfn və başqa mərasimlərin bəzədilməsi üçün dəvətnamələr, müxtəlif rəngli lentlər istehsal edir. Lentlərin rəngi, sayı və yerləşmə şəkli müxtəlif emosiyaları ifadə edir. Əvvəllər, təxminən 2000-ci illərdə Kantoda dəfn mərasimləri zamanı qara və ağ lentlərdən istifadə edilirdisə, Kiotoda bu rənglər sarı və ağ rənglə əvəz olunurdu. Lakin artıq bir çox ölkələrdə matəm rəngi olaraq qara lentdən istifadə edilir. Amma bu ənənə qədim şirkətin biznesinə heç bir təsir göstərmir.

6. Müqəddəs Pyotrun Anbarı
Avropada ən köhnə şirkət Zalsburqda 803-cü ildən fasiləsiz fəaliyyət göstərən Müqəddəs Pyotrun Anbarıdır. Şirkət sahibləri orta əsrin görkəmli alim, şair və ilahiyyatçısı olan Alkuinanın məktublarında indiki müəssisənin yerində bir zamanlar hansısa yeməkxananın olduğuna dair yazılan qeydlərini təsdiqləyirlər.
Pyotr restoranı dünya ölkələrindən olan bütün turistlərin diqqətini cəlb edir. Əvvəllər adi monastrın yeməkxanası olan məkan indi Zalsburqun ən bahalı və nüfuzlu restoranlarından biridir. Restoranda orta əsrlərin atmosferi hökm sürür. Hər həftə restoranda dünya şöhrətli bəstəkar Mosartın əsərləri səslənir.

7. Staffelter Hof
Almaniyanın Krov şəhərində kiçik ailə tərəfindən idarə olunan çaxır zavodu fəaliyyət göstərir. Dünyanın ən qədim zavodlarından hesab olunan bu məkan haqqında Krov şəhər arxivlərində sənədlər hələ də mövcuddur. Orijinal sənədlərdə şirkətin rəsmi olaraq 862-ci ildən araq istehsalı ilə fəaliyyətə başladığı qeyd olunub. Bu ərazini kilsəyə II Kral Lotar hədiyyə etmişdi. Kilsəyə hədiyyə olunmasına baxmayaraq, girovda olan zavod şərabın istehsalını dayandırmayıb. 1805-ci ildə hansısa Piter Şnayders adlı şəxs 1773 taler (pul vahidi) ödəyərək zavod ilə birlikdə bütün ərazini girovdan çıxardır. Kiçik ailə müəssisəsi kimi 1890-cı ildən fəaliyyətə başlayan şirkət araq və ev likörləri istehsal etməyə başladı. Hazırda şirkət rəhbəri olan şərabçı Yan Klyayn yeddinci Şnayderslər nəslindəndir. 9 hektardan çox üzümlük sahədən alınan müxtəlif növ içkilər Almaniyada çox məşhurdur. İndi Staffelter Hof şirkəti ildə 500 şüşə xüsusi şərab istehsal edir.

8. Tanaka İqa
Kioto şəhərində 885-ci ildən fəaliyyət göstərən yapon şirkəti buddist məbədlərinin bəzədilməsində istifadə olunan bəzək əşyaları istehsal edir.
1131 il əvvəl istehsal etdiyi amuletlər, xüsusi mebellər, çıraqlar və başqa aksessuarlar bu gün də buddist məbədləri üçün istehsal edilir. Şirkətin rəsmi saytında uzun ömürlülüyün sirri haqqında maraqlı məlumatlar yer alır. Tanaka İqanın əsas rəqibi 1024-cü ildən fəaliyyət göstərən Şumiya Şinbutsuquten şirkətidir.

9. "Sean's Bar"
900-cü ildən İrlandiyada fəaliyyət göstərən bar bu sektorda dünyanın ən qədim müəssislərindən biri hesab edilir. Ərazi yaxınlığında tapılan qədimi sikkələr, su qabları məkanın içinin bəzədilməsində istifadə olunub. Bar ölkənin ürəyi hesab olunan Atlon şəhərində, Şennon çayının sahilində yerləşir. "Sean's Bar"ın daimi ziyarətçiləri "U2" qrupunun musiqiçiləri, siyasətçilər, futbol ulduzları və bir sıra tanınmış insanlardır. Qonaqların şəkillərindən ibarət guşə məkana xüsusi gözəllik qatır. Bundan əlavə, barda "Ginnesin rekordlar kitabı" qoyulub. Tezliklə İrlandiyanın Milli Muzeyi tərəfindən müəssisənin yaşının dəqiq göstərildiyi sənəd çıxarılacaq.

10. "The Bingley Arms"
20-ci əsrdə ingilis pivəxanalarında işlər o qədər də ürəkaçan deyildi. İndi ölkədə 50 mindən az pivəxana fəaliyyət göstərir ki, bu rəqəm 100 il əvvəl iki dəfə çox olub. Buna baxmayaraq, Bardsi bölgəsində qədim ənənələri qoruyub saxlayan "The Bingley Arms" kimi müəssisələr hələ də fəaliyyətini davam etdirir. Pivəxana təxminən 100 il əvvəl, hələ adada vikinqlərin, yırtıcıların məskunlaşdığı illərdən fəaliyyət göstərib. Bura bir müddət rahiblərin sığınacağı olub. Lids və Yorkun əsas turistik yerlərinin yaxınlığında yerləşən "The Bingley Arms" ərazinin tarixi haqqında maraqlı məlumat verir.
OXŞAR MÖVZULAR