Bugün:
Altun.az


Üç ekranlı noutbuk beynəlxalq sərgidən oğurlandı

10 yan 2017, 00:54, altun
    Oxunub: 72
Üç ekranlı noutbuk beynəlxalq sərgidən oğurlandı

Hər il Las-Veqasda keçirilən CES texnoloji sərgisi çərçivəsində "Razer" şirkətinin istehsalı olan "Project Valerie" noutbukunun prototipi oğurlanıb.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bu oğurluq barədə "Eazer" şirkətinin rəhbəri Min-Lyan Tan özünün "Facebook" səhifəsində yazıb. Ancaq o, stenddən məhz nəyin oğurlandığı barədə dəqiq heç nə deməyib.

Lakin məlumdur ki, şirkət CES sərgisində özünün üç ekranlı noutbukunu və "Project Ariana" proyektorunu nümayiş etdirib.

"Biz bütün lazımi dəlillərimizi təqdim etmişik və hazırda vəziyyətin həlli üçün sərgi rəhbərliyi, həmçinin hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik", - deyə Tan bildirib.

Bundan öncə isə bildirilib ki, CES-2017 sərgisində süni intellektə malik gələcəyin avtomobili təqdim olunub.