Bugün:
Altun.az


Ən azyaşlı insan mumiyası aşkarlanıb

09 yan 2017, 15:51, altun
    Oxunub: 41
Ən azyaşlı insan mumiyası aşkarlanıb

İngiltərədən olan bir qrup tədqiqatçı “Maidstone” muzeyində saxlanılan kiçikölçülü mumiyanın körpə uşağa aid faktını araşdırır.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, Tibb və Cərrahiyyə üzrə Kent İnstitutunda aparılan tomoqrafiyanın ilkin nəticələrinə görə, araşdırılan mumiyanın hamiləliyin iyirminci həftəsində ölü doğulmuş körpəyə aid olduğu müəyyənləşdirilib.

Ekspertlər hesab edirlər ki, bu fakt təsdiqini taparsa, körpəyə məxsus mumiya indiyədək aşkarlanmış mumiyalar arasında ən azyaşlısı hesab olunacaq.