Bugün:

Boynunuzu ölçün və... - TEST

04 yan 2017, 23:29, altun
    Oxunub: 194
Boynunuzu ölçün və... - TEST

Alimlərin fikrinə görə, boynun çevrəsi insan sağlamlığından xəbər verir.
Normada boynun çevrəsi qadınlarda 34,5 sm, kişilərdə - 38,8 sm qədər olmalıdır. Mütəxəssislər sübut edir ki, bu ölçüləri olan insanlarda bir çox xəstəliklərin riski xeyli aşağı olur. Əksinə çevrənin artması bəzi çox ağır xəstəliklərin riskini artırır.

Bu xəstəliklər arasında:
- şəkərli diabet
- hipertoniya (yüksək təzyiq)
- ürək-damar sistemi xəstəlikləri
- infarkt
- yuxunun obstruktiv apnoe sindromu (yuxuda nəfəsalmanın müvəqqəti dayanması ilə müşayiət olunan ciddi pozulma. Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.)
- piylənmə
Boynun çevrəsini ölçdükdə boynun ən nazik hissəsi ölçülür.
loading...