Bugün:
Altun.az


Zukerberq ateizmdən imtina etdi

03 yan 2017, 17:40, altun
    Oxunub: 164
Zukerberq ateizmdən imtina etdi

Feysbukun rəhbəri Mark Zukerberq ateizmdən imtina edib.

Altun.az xəbər verir ki, bu barədə informasiyanı “Quartz” nəşri yayıb.

Qəzet Zukerberqin dekabrın 25-də paylaşdığı statusda yazılan şərhlərə diqqət yetirib.

Xristianlar və yəhudilərin bayramını təbrik edən Feysbuk rəhbərinə sosial şəbəkə istifadəçiləri “Siz ateist deyilsiniz?” sualını ünvanlayıblar. Zukerberq isə bunun qarşılığında xeyr cavabını verib: “Mən yəhudi kimi tərbiyə olunmuşam. Sonradan müəyyən şeylərdən şübhə etdiyim dövrdən keçmişəm, lakin indi hesab edirəm ki, din çox vacibdir”.