Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İş tapa bilmək üçün lazımlı məsləhətlər

24 sen 2016, 00:12   
İş tapa bilmək üçün lazımlı məsləhətlər

BBC Capital ekspertlərin rəylərini öyrənərək sizin üçün iş tapmaq şanslarınızı artıracaq 6 məsləhət tərtib edib.

Ali məktəbi yenicə qurtarmısınız və iş tapa bilmirsiniz?

Onlarca CV göndərmisiniz, amma yenə də sizi istədiyniz işə götürmürlər?

Siz artıq panikaya düşürsünüz və fikriləşirsiniz ki, bu neçə ili boş yerə təhisl almısınız?

Aşağıdakı məsləhətlər iş təcrübəniz olmasa belə, sizin şanslarınızı əhəmiyyətli şəkildə artıra bilər.

1. İş axtarmağa iş kimi baxın
"Məsləhət çox sadədir, amma iş axtaranlar ona nadir halda əməl edirlər, - deyir Dallasdakı Golin qlobal kommunikasiyalar şirkətinin filial direktorları şurasının rəhbəri Ginger Porter, - Hər gün iş axtarmağa elə başlayın ki, guya bu da bir işdir".
Pijama əyninizdə çarpayının üstünə yıxılıb seriallara baxmaqdan bir şey çıxmaz. Səhər durun, özününzü qaydaya salın. Elə bilin ki, bu gün çox vacib bir işiniz var. Yəni iş tapmaq işi.
Porter təklif edir ki, işləmək istədiyiniz sahədə sizə tanış insanların siyahısını tərtib edin.
Bu siyahıya elələrini salın ki, sizinlə görüşməyə və sizə iş tapmaqda kömək etməyə hazır olsun.
Onları bir fincan qəhvəyə dəvət edin və ya zəng vurun, email göndərin. Onlardan dərhal sizi işə götürmələrini xahiş etməyin.
"Bu adamların hər biri ilə söhbət edin və konkret olmağa çalışın: "Mən belə bir şirkətdə iş axtarıram. Bu sahədə bacarıqlarımı harada sınaya bilərəm? Mənə nə tövsiyə edərdiniz?" - deyə təklif edir Porter:
"Adamlar məsləhət verməyə həvəslə vaxt sərf edirlər və bu, onların vaxtını iş xahişi ilə almaqdan daha yaxşıdır".
Görüş vaxtı özünüzü mütəxəssis kimi təqdim edin.
Bacarıqlarınızdan keçmişlərdə uğurla istifadə etdiyiniz vaxtları xatırlayın. Bu hər hansı bir təhsil layihəsi və ya iş təcrübəsi də ola bilər. Məqsədiniz təəssürat oyatmaq olmalıdır.
Vidalaşarkən soruşun ki, həmsöhbətiniz görüşmək üçün sizə daha kimi tövsiyə edə bilər. Bunu hər görüşdə edin.
"Belə bir sistemin sayəsində sizin potensial işverənlərinizin sayı həndəsi silsilə ilə artacaq, - deyir Porter, - Bu məsləhətə əməl etməklə siz yüzədək adamla görüşə bilərsiniz və mən sizi əmin edirəm ki, onların arasında sizə ixtisasınıza uyğun işi verə biləcək kimsə olacaq".

2. Rahatlıq zonasından çıxın. Lap bir balaca...
Əgər sizi ixtisasınıza uyğun olmayan şirkətə söhbət üçün dəvət ediblərsə, ərinməyin. Yaxşısı budur ki, vaxtınızı daha çox öz ixtisasınız üzrə daha çox təcrübə yığmağa həsr edəsiniz.
Nonstop Recruitment Schweiz AG işədüzəltmə şirkətinin Praqa filialının direktoru Oliver Donoghue məsləhət görür ki, bir az da hətta arzunuza uyğun olmayan, amma ixtisasınıza uyğun sahədə çalışasınız və təcrübə toplayasınız.
"Bu o demək deyildir ki, gözləntilərinizi radikal şəkildə dəyişməlisiniz. Sizə uyğun gələn şirkətdə qısa müddətdə çalışmağınız belə iş verənlərə göstərər ki, siz öz karyeranıza necə bir ciddiliklə yanaşırsınız" - deyir o.

3. Öz üstünlüyünüzü göstərmək üçün CV-dən istifadə edin...
Əgər təhsil zamanı sizi maraqlandıran sahə üzrə iş təcrübəsi keçmisinizsə, bunu yalnız ötəri qeyd etmək olmaz.
"İş təcrübəsi zamanı gördüyünüz işi tam təsvir etməlisiniz, - deyir Londondakı Accenture şirkətinin strategiya bölümünün icraçı direktoru Payal Vasudeva:
"İş təcrübəsi, ictimai əsaslarla iş və ya könüllü fəaliyyət zamanı qazandığınız konkret peşəkar vərdişləri göstərə bilmək sizin iş tapmaq şanslarınızı artırır".
Əgər CV-ni daha sanballı etmək istəyirsinizsə pulsuz işləyin və istədiyiniz iş üçün zəruri olan bacarıqları öyrənmək naminə peşə hazırlığı kursu keçin.
"İş verənlər sizdə öz işə uyğunluğunuzu artırmaq üçün gördüyünüz işlərin əlamətini axtara bilər. Əlavə təcrübəniz həlledci faktor ola bilər" - deyir Donoghue.
Texas ştatından etiket və mədəniyyətlərarası ünsiyyətlər məsləhətçisi Sharon Schweitzer bildirir ki, bunu etmək çox asandır.
O məsləhət görür ki, məhsuldarlığı artıran müasir vasitələri və hətta rəqəmsal texnologiyalar sahəsində işləmək fikriniz olmasa belə, rəqəmsal alətləri öyrənəsiniz.
Hazırda bu alətlər geniş yayılıb və gələcəkdə isə onların rolu yalnız artmaqda davam edəcək.
"Aydındır ki, siz Pokemon Go oynamağı bacarırsınız. Lakin iş verənləri sizin Tumblr, YouTube və Twitter kimi platformalardan istifadəni necə bacarmağınız maraqlandırır", - deyir Schweitzer.
"Qazandığınız bilikləri praktikada tətbiq edin, - deyir Payyal Vasudeva, - Biz smartfon və sosial şəbəkələrdən dostlarla ünsiyyətdən tutmuş nə isə almağadək hər işdə istifadə edirik".
"Peşəkar aləmdə öz həyatınızın yeni fəslinə başlamaq istəyirsinizsə, xüsusi mobil əlavələrdən istifadə edin. Yeni əlaqələr qurmaq və müəyyən sahədə bacarıqlarınızı göstərmək üçün Linkedin və başqa sosial şəbəkələrdən faydalanın".

4. Çox iş bacarırsınız, amma təcrübəniz yoxdur? Hər şeyi yadınıza salın!
SW Career Coaching (Britaniya) şirkətində karyera təlimatçısı Sally Walker yazır: Əgər sizin real iş təcrübəniz yoxdursa, hazırladığınız CV-də ixtisasınızı vurğulayan məqamlar daha çox olmalıdır.
Elə birinci səhifədə - başlıq yerində bu iş üçün uyğun gələn bacarıqlarınızı sadalayın. Bu başlıqların altında nailiyyətlərinizin siyahısını yazın. Bu sizin həmin bacarıqlara malik olduğunuzu təsdiqləyir.
"Həyata keçirməli olduğunuz bütün əhəmiyyətli fəaliyyət növlərini, konkret nəticələri yazmağı unutmayın" - deyir Walker.
Məsələn, "təşkilatçılıq və planlaşdırma" başlığı altında universitetdə oxuduğunuz zaman təşkil etdiyiniz xeyriyyə tədbirini yazın. Bunu elə yazın ki, əldə etdiyiniz nəticələr qabarıq görünsün.
Məsələn: "Təşəbbüsçü rolunda çıxış etmişəm və 35 nəfərin iştirak etdiyi (tədbirin adını yazın) tədbirin təşkilinə tam cavabdeh olmuşam. Bu tədbir nəticəsində 5 min funt sterliq xeyriyyə vəsaiti toplaya bilmişik. Tədbirə hazırlığa reklam materiallarının tərtibi, universitet şəhərciyinin idarə heyəti ilə təmaslar və sair daxil idi".

5. Yeni əlaqələrin qurulması aktuallığını heç vaxt itiriməyəcək
Donoghue hesab edir ki, yeni tanışlıqlar potensial iş sahiblərinin nəzərinə sataşmağın ən əla üsulu olaraq qalır.
Bu adamlarla şəxsən görüşmək üçün vaxt və hövsələniz yoxdursa, onda Linkedin və Xing kimi internet-meydançalardan istifadə edin.
Lakin unutmayın ki, canlı görüşün yerini heç nə vermir və siz onsuz da əvvəl-axır "üzə çıxmalı" olacaqsınız.
Amma hər halda işi internetdə axtarırsınızsa, Linkedin kimi resurslara yerləşdirdiyiniz CV-lərin ardıcıllığına diqqət yetirin.
"Kadrların seçimi ilə məşğul olan insanlar və şirkətlərlə əlaqəyə girməzdən əvvəl əmin olun ki, sosial şəbəkələrdəki profilləriniz mükəmməldir. Orada sizin bundan əvvəlki fəaliyyətiniz və əlavə bilikləriniz barədə məlumat mütləq yer almalıdır" - deyir Donoghue.

6. Axtarış üfüqlərinizi genişləndirin - kənara bir addım sizə ziyan vurmaz
Əgər bir neçə vəzifəyə ərizə verib hələ də işsiz qalmısınızsa, istədiyiniz iş sahələrinə yaxın başqa sahələrə nəzər yetirin.
Məsələn Donoghue-nun işlədiyi NonStop şirkətində məhz həmin sahədə çalışa biləcək adamları seçən magistr dərəcəli işçilər var. Elə olurdu ki, bu vəzəfədə elmlər doktorları işləyirdilər.
"İşədüzəlmə sferasında perspektivlər heç də həmişə bizim aldığımız təhsilə uyğun olmur. Bəzən karyera nərdivanı ilə dırmanmaq üçün kənara bir addım etmək lazım gəlir" - deyir Oliver Donoghue.
OXŞAR MÖVZULAR