Bugün:

Britaniya rus diplomatlarını qovarsa... – Səfir açıqladı

17 mar 2018, 00:42, altun
    Oxunub: 0
Britaniya rus diplomatlarını qovarsa... – Səfir açıqladı

Rusiya səfirliyinin Böyük Britaniyadakı heyəti ingilis orqanlarının rus diplomatlarını ölkədən çıxarmaq qərarından sonra əhəmiyyətli dərəcədə azalacaq.
Altun.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Londondakı səfiri Aleksandr Yakovenko deyib.
“Şübhəsiz ki, rus diplomatlarının Britaniyadan çıxarılması səfirlik işinə ciddi təsir göstərəcək. Bu, təxminən 40% kadr azalmasıdır”.
Qeyd edək ki, bundan əvvəl Britaniya hakimiyyəti Skripal olayı ilə əlaqədar 23 rus diplomatının ölkədən çıxarılacağını elan etmişdi.