Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sərkisyan Bakı və Ankaranı günahlandırdı, ancaq... - Foto

12 mar 2018, 22:48   
Sərkisyan Bakı və Ankaranı günahlandırdı, ancaq... - Foto

Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. Onların sırasında Ermənistan prezidenti Serj Sərkisyan da vardı. S.Sərkisyan tədbirdə çıxış edib. Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sərkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub. Erməni lider yenə də tam əsassız, iftira və yalanla dolu fikirlər ifadə edib. O, Bakı və Ankaranı sülhə gəlməməkdə günahlandırmağa çalışıb. Lakin heç bir arqument gətirə bilməyib. Dediklərinə reaksiya da minimum olub. Müzakirələr zamanı verilən suallara özünün məhdud regional təfəkkürü çərçivəsində primitiv cavablar verib. Yəni faktiki olaraq heç birinə normal cavab verə bilməyib. Bütün bu məsələlərin geosiyasi aspektləri üzərində dayanmağa çalışacağıq.
Cavabsız suallar: Serj Sərkisyanın çaşqınlığı
Ondan heç zaman həqiqi siyasi lider formalaşmayacaq. Dünyagörüşü məhdud, siyasi görüşləri məhdud radikal milliyyətçilikdən kənara çıxa bilməyən adamdır. O, dünyaya “balaca separatçı” kimi gəlib, elə o statusda da gedəcək. İndi Ermənistan adlı vassal dövlətə, forposta rəhbərlik edən Serj Sarkisyan haqqında onun Münxen Təhlükəsizlik Konfransındakı çıxışında ifadə olunan fikirlərinə nəzər saldıqda və tədbirdə verilən suallara cavablardan sonra yalnız bu nəticəni çıxarmaq olar.
Biz S.Sərkisyanın bir neçə ildir ki, müxtəlif tədbirlərdəki çıxışlarını izləyirik. Etiraf edək ki, o, bizi təəccübləndirir; bəsit məntiqi, radikal siyasi mövqeyi və qaba fikirləri ilə! Adam heç dəyişə bilmir! Münxendə də Yan Bremerin suallarına cavab verə bilməməsi, onlardan faktiki olaraq yan keçməsi ayrıca bir komik səhnə idi (bax: На Мюнхенской конференции по безопасности Президент ответил на вопросы участников обсуждения / "President.am", 17 fevral 2018).
Xatırladaq ki, Yan Bremer “Avrasiya” qrupunun yaradıcısı və hazırda sədridir. O, S.Sərkisyana xarici siyasət məsələləri ilə bağlı suallar verib. Y.Bremer soruşub ki, rəsmi İrəvanın "Aİ ilə assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etməklə Avrasiya İqtisadi İttifaqına üzv olması necə seçim idi? Siz qorxdunuzmu? Rusiyanın təsiri oldumu? Budurmu yeni model və ya yeni ideya?" (bax: əvvəlki mənbəyə).
S.Sərkisyan isə cavabında deyib ki, Avropa İttifaqı Ermənistanla saziş imzalamaqdan imtina edib (?). Guya o, şərt qoyub, Ermənistan isə onu qəbul etməyib. Əslində isə Brüssel dəqiq mövqe tutmağı tələb edirdi ki, bunda da tam haqlıdır. S.Sarkisyan da öz mövqeyini, yəni seçimini etdi – o, Moskvaya üstünlük verdi. İndi isə hiyləgərcəsinə və əbləhliklə Avropanı ittiham etməyə çalışır. Və bunun üçün də özünün ənənəvi böhtan dəst-xəttini davam etdirir. O, Y.Bremerin ikinci və üçüncü sualına verdiyi “cavab”da ... Azərbaycan və Türkiyəni günahlandırmağa çalışır.
Üstəlik, deyir ki, Ermənistan təcrid olunmayıb, onun vətəndaşlarının orta əməkhaqqı Azərbaycanda olandan yüksəkdir. Görün, Ermənistan Milli Statistika Komitəsi sədrinin müavini Qurgen Martirosyan jurnalistlərlə görüşündə nə deyib. O vurğulayıb ki, 2017-ci ilin yanvarında Ermənistanda tərəvəz və kartofun qiyməti 49% (!) artıb. Bütövlükdə ərzaq məhsullarının qiyməti 2016-ya nisbətən 7,4% yüksəlib. Meyvələrin qiyməti 10,9% artıb (bax: Жизнь в Армении в 2017 году стала дороже – цены бьют рекорды / “Sputnik”, 6 fevral 2017).
Həyat səviyyəsinə görə isə MDB dövlətləri içərisində ən aşağı olanı Ermənistandır (bax: Средняя зарплата в Армении в 2016-2017 году / “VisaSam.ru”). Orta əməkhaqqı 2015-ci ildə Ermənistanda 383 ABŞ dolları, Azərbaycanda isə 439 ABŞ dolları olub. 100 erməni dramı indi 11,3 rubldur, 1 Azərbaycan manatı isə 35 rubldur! 100 erməni dramı 21 sentdir (!), 100 Azərbaycan manatı isə 58 dollardır! Bunlardan başqa, kim Ermənistanın regiondakı beynəlxalq layihələrdən birində iştirak etdiyini deyə bilər? Belə bir layihə mövcuddurmu? Yoxdur! Bəs bunun adı “təcrid” deyilsə, nədir?
İddialar və reallıq: ədalətlə böhtan arasında
Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi də məlumdur – Azərbaycan torpaqlarını işğal etməsi! Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. Bəzən yüksək səviyyəli xarici qonaqlar Ermənistanın da layihələrə qoşulması ilə bağlı söz açmağa çalışıblar. Buna cavab olaraq dövlət başçısı yalnız bir səbəbi göstərir: Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyincə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.
Son zamanlar ermənilər ümidlərini İran vasitəsi ilə dəmiryolu və qaz kəmərləri çəkməyə bağlayırdılar. Ancaq bu da boşa çıxıb və indi faktiki olaraq Ermənistan Gürcüstana yalvarır ki, Rusiya ilə dəmiryolu əlaqəsi yaratmağa imkan versin. Baxın, belə aciz bir ölkənin başçısı Münxen Konfransı kimi mötəbər bir tədbirdə həm öz ölkəsi barədə yalan danışır, həm də Azərbaycan və Türkiyəni nələrdəsə əsassız olaraq günahlandırmağa çalışır. Onun çıxışında Azərbaycanı Dağlıq Qarabağ məsələsində günahlandırmağa cəhd göstərməsi də son dərəcə böyük yalan üzərində qurulmuş sayıqlamalar idi.
Serj Sərkisyan özünü elə aparır ki, guya əzəldən Ermənistanın silahlı qüvvələri Qarabağda və ətraf rayonlarda olublar, indi Azərbaycan güclə onları oradan çıxarmaq istəyir. Bütün dünya da bu yalana inanıb Azərbaycana təpki göstərməlidir. Lakin reallığı hər kəs bilir. Bu, BMT, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların uyğun sənədlərində dəqiq ifadə olunub. Məsələn, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin hamısında açıq bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Heç olmasa bu faktın fonunda S.Sərkisyanın azca da olsa, ədalətli olması ona yalnız şərəf gətirərdi. Ancaq, deyəsən, onun şərəfdən başqa, hər şeyi vardır!
Sonra, Serj Sərkisyanın Türkiyəni ittiham etməyə çalışması gülüncdür. O deyir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına həmişə çalışıb. Ancaq Ankara Bakının tərəfini tutur və qeyri-dost münasibət göstərir (bax: Президент принял участие в Мюнхенской конференции по безопасности / “President.am”, 17 fevral 2018).
Həqiqət nədən ibarətdir? Ankara ifadə edir ki, erməni silahlı dəstələri zəbt etdiyi qonşu Azərbaycanın ərazilərini tərk etməsə, hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu, ortaya Azərbaycanı atmaq deyil, Ermənistanı təcavüzkarlıqdan çəkinməyə dəvətdir, sülh içində yaşamağa çağırışdır. Siz necə təsəvvür edirsiniz, minlərlə azərbaycanlını qətlə yetirən, əsir saxlayan, uşaq, qadın, qoca demədən zorakılıq işlədən və işğalçı kimi davranmaqda davam edən Ermənistanla Türkiyə necə əməkdaşlıq edə bilər? Bu, absurd bir tələbdir və yerinə yetirilməsi mümkün deyil.
Ancaq S.Sərkisyanın Türkiyə məsələsini Münxen Konfransında ayrıca vurğulamasının səbəbi də olmamış deyil. Çünki cəmi bir il əvvəl onun BMT-nin Nyu-Yorkda keçirilən iclasında, necə deyərlər, ağzından od-alov püskürürdü! S.Sərkisyan onda çox radikal mövqedə idi. İndi isə adam muma dönüb, Türkiyə ilə əlaqələrin bərpasından dəm vurur, yeni danışıqlara hazır olduğunu bəyan edir. Görünür, bu “balaca separatçı”nı Afrin əməliyyatı yumşaldır. Çünki bütün dünya görür ki, türk rəhbərliyi kimsədən məsləhət almır və türk ordusu bir mükəmməl savaş maşını kimi terrorçuları məhv edir. Bəzilərinin ələkeçməz adlandırdıqları ən müasir mühəndis qurğularını belə ustalıqla tuta bilir. Müxtəlif tərəflərdən Ankaranı dayandırmağa çalışanlara Rəcəb Tayyib Ərdoğanın cavabı birdir: “Son terrorçu qalana qədər gedəcəyik!”
Azərbaycan Prezidenti İlham Əliyev də işğal olunmuş torpaqların azad ediləcəyini qətiyyətlə ifadə etməkdədir və tarixi torpaqlarımızın da unudulmadığı mesajını verir. Bax, bunlar həm də sarkisyanlara mesajdır! Onlara xəbərdarlıqdır ki, əgər danışıqlarla zəbt etdiyiniz Azərbaycan torpaqlarını tərk etməsəniz, hərbi yolla məsələni həll edəcəyik.
Beləliklə, S.Sərkisyanın Münhen Konfransındakı çıxışı və müzakirələrdə verilən suallara cavabı primitiv, bəsit məntiqdən başqa bir şey deyil. Onun orada boşboğazlıq etdiyini zaman da göstərəcək. Ancaq indidən bir sıra erməni ekspertləri Serj Sərkisyanın Münxen “imtahanından kəsildiyini” yazır (bax: məs., В Мюнхене Серж Саркисян не ответил на главный вопрос / “Lragir.am”, 18 fevral 2018). Ümumiyyətlə isə S.Sarkisyan həyat imtahanından kəsilmiş adamdır!
OXŞAR MÖVZULAR