Bugün:

"Bir tərəfimdə ərim, digərində o uzanmışdı" - Zorlanan qadın

10 okt 2017, 15:11, altun
    Oxunub: 27
"Bir tərəfimdə ərim, digərində o uzanmışdı" - Zorlanan qadın

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Altun.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə İ.Əhmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, həmin gecə pivə alıb evə gətirib və Fialla birgə içiblər: "Biz bir-birimizə qardaş deyirdik. Pivəni içəndən sonra hardasa saat 4 olardı, Fial dedi qazın balansı bitib, gedək mağazada pul yükləyək. Birgə gedirdik, yolda Fial dedi ki, işim var, geri qayıtdı. Mən qaza pul yükləyib evə qayıdanda gördüm ki, Fial arvadıma təcavüz edir. Onunla dava etdim, sonra bıçaq əlimə keçdi, vurdum. Peşmanam".

Qeyd edək ki, Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə evdə yaşayan İ.Əhmədov ev sahibi 1991-ci il təvəllüdlü Fial İsmayılovla arvadı ilə F.İsmayılovu bir yerdə görüb. İ.Əhmədov ev sahibi F.İsmayılovu başını kəsərək 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

Təqsirləndirilən İ.Əhmədovun həyat yoldaşı Aygün Əhmədova da ifadə verərək Fial İsmayılov tərəfindən zorlandığını deyib: "Fial tez-tez məni narahat edirdi. İlkin onu öldürmədən bir neçə gün əvvəl də məni zorlamışdı. Sonra mənim işlədiyim kafeyə gəlib pivə içdi. Hadisə günü isə bizə gəldi, mən İlkinə dedim qapını açma, amma o açdı. Oturub pivə içdilər. Onlar pivə içəndə mən otağa keçib uzandım, mürgüləmişdim. Oyanıb gördüm ki, bir tərəfimdə İlkin uzanıb, o biri tərəfimdə Fial. Dedim bu burda nə gəzir? İlkin dedi dəymə, içkilidir, evə gedə bilmir. Sonra onlar çölə çıxdılar, Fial İlkini qazın kartına pul yükləməyə göndərdi. Mən onda yatmışdım, oyananda gördüm ki Fial başımın üstündə durub. Paltarımı aşağı çəkib məni zorlamaq istədi. Həmin vaxt İlkin evə girdi. Fial söyüş söyürdü, İlkin onu çölə çıxartdı. Eşitdim ki, Fial deyir "bıçaq qarnıma girdi". Sonra da onun bıçaqlandığını bildim".

Məhkəmə prosesi oktyabrın 16-da davam etdiriləcək.
loading...