Bugün:

Daşkəsəndə QƏTL: Ər arvadını BOĞDU

14 sen 2017, 12:20, altun
    Oxunub: 18
Daşkəsəndə QƏTL: Ər arvadını BOĞDU

Daşkəsən rayonu Bayan kəndində 1984-cü il təvəllüdlü Ramil Həsənov həyat yoldaşı - 1990-cı il təvəllüdlü Könül Əzizovanı öldürüb.
Kənd sakinlərinin verdiyi məlumata görə, R.Həsənov hadisəni törədəndən sonra özü polisə təslim olub.
Sakinlər deyir ki, cütlük arasında əvvəllər də münaqişə baş verib. Hətta boşanma həddinə qədər çatıb, onlar bir müddət ayrı yaşayıblar. Lakin sonradan yenidən birlikdə yaşamağa başlayıblar. Ötən gecə isə Ramil həyat yoldaşı ilə birlikdə kənddə toy məclisində olub. Sakinlər məclisdə onların çox mehriban olduğunu deyiblər.
Bu gün səhər saatlarında isə o, həyat yoldaşını boğaraq öldürüb. Hadisədən sonra maşınına minərək polis şöbəsinə gedib və təslim olub. O, polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Onların 5-6 yaşlarında bir övladı var. Hadisə baş verəndə uşağın evdə olub-olmadığı dəqiq bilinmir.
Sakinlər bildirib ki, R.Həsənov əvvəllər narkotik istifadəçisi olub.
loading...