Bugün:

Bakıda avtobus dayanacağa çırpıldı, sürücü qaçdı

14 sen 2017, 09:13, altun
    Oxunub: 19
Bakıda avtobus dayanacağa çırpıldı, sürücü qaçdı

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.
loading...