Bugün:

Yeznə baldızını bıçaqladı - Maştağada

12 sen 2017, 09:09, altun
    Oxunub: 22
Yeznə baldızını bıçaqladı - Maştağada

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Altun.az report-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyat olunub. Həkimlər sinə nahiyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.
Zərərçəkmiş ilkin istintaq zamanı bacısının həyat yoldaşı tərəfindən aralarında düşən mübahisə zamanı bıçaqlandığını bildirib. Polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.
loading...