Bugün:

Karlova sui-qəsd cinayətində ŞOK FAKTLAR

11 sen 2017, 11:21, altun
    Oxunub: 15
Karlova sui-qəsd cinayətində ŞOK FAKTLAR

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova “Əl- Qaidə” terror təşkilatının adı ilə sui-qəsd təşkil edən FETÖ üzvü Mövlud Mərd Altındaş cinayətində yeni dəllilər ortaya çıxıb.
Altun.az xəbər verir ki, cinayətkarın Vatsap hesabında “Əl- Qaidə” terror təşkilatının əleyhinə olan mesajları aşkar edilib. Mesajlarda sui-qəsdçinin terror təşkilatının Suriya və İraqda elan etdiyi cihadı tənqid etməsi faktı ortaya çıxıb.
Bununla da, cinayətkarın sui-qəsdi “Əl-Qaidə” terror təşkilatı adından həyata keçirməsi iddiası yalanlanıb.
Bununla yanaşı, M.M. Altındaşın cinayətdən 1 ay öncə sevgilisinə yazdığı “şəhid olmaq istəyirəm” mesajı, bu mesajdan bir müddət sonra bir rus qadınla pul qarşılığında cinsi əlaqədə olması faktı da aşkar edilib.
loading...