Bugün:

Lənkəranda qayın qardaşı arvadını bıçaqladı

06 sen 2017, 22:30, altun
    Oxunub: 33
Lənkəranda qayın qardaşı arvadını bıçaqladı

Lənkəran rayonunda qayın qardaşı arvadını bıçaqlayıb.
Altun.az publika.az-a istinadən xəbər verir ki, hadisə Şovu kəndində baş verib.
Kənd sakini Nüsrətov Rəşad Müqabil oğlu Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı 25 yaşlı Məmmədova Bahar Fərman qızına bıçaqla xəsarətlər yetirib. Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
loading...