Daha br tükürpədici cinayət hadisəsi baş verib.
Altun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ay ağır vəziyyətdə xəstəxanaya gətirilən, oradaca keçinən 3 yaşlı uşağın ölümünün şok təfərrüatları ortaya çıxıb.
Pilləkəndən yıxılaraq öldüyü bildirilən 3 yaşlı oğlan uşağının ögey ata və anası tərəfindən təcavüzə məruz qaldığı sübuta yetirilincə, hər iki valideyn nəzarət altına alınıb.
Qeyd edək ki, uşağın ölümünün araşdırılması üçün meyit tibbi ekzpertizaya göndərilmişdi. Məhkəmənin əldə etdiyi ekzpertizanın nəticələrinə görə isə, körpə təcavüzə məruz qalıb və başının arxasına endirilmiş zərbə nəticəsində dünyasını dəyişib.
