Bugün:

İspaniyada ermənipərəst yazıçı saxlanıldı

19 avq 2017, 20:19, altun
    Oxunub: 33
İspaniyada ermənipərəst yazıçı saxlanıldı

İspaniya polisi Türkiyənin sorğusu əsasında türk əsilli Almaniya vətəndaşı olan yazıçı Doğan Axanlı saxlayıb.

Altun.az xəbər verir ki, bu barədə “Kölner Stadt-Anzeiger” nəşrinə D.Axanlının vəkili bildirib.

Məlumata görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. Polis onu İnterpolun göstərişi əsasında saxlanılıb.

Yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.

Məlumata görə, 60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır.
loading...