Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT

14 avq 2017, 17:17   
5 nəfər tərəfindən zorlanan məktəbli qız: “Mən 3 il idi zorlanırdım, amma...” - AZƏRBAYCANDA DƏHŞƏT

Bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Altun.az aznews.az-a istinadən xəbər verir ki, həmin vaxt Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova "heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”-deyə məsələyə aydınlıq gətirdi. Bundan sonra hadisəyə müxtəlif don geyindirilsə də iki nəfərin həbsi ortalığı sakitləşdirdi. Amma...

Uzun sürən axtarışlardan sonra 5 nəfərin zorakılığına məruz qalan məktəbli şagirdi tapa bildik. Nə qədər ağır olsa da cinsi təcavüzə məruz qalan bu qız və övladının başına gələnləri içində böyük bir yara kimi gəzdirən bədbəxt ana ilə üz-üzə gəldim...

Cinsi zorakılığa məruz qalan məktəbli qız:

"Bu hadisənin başında ilk olaraq Rasim dayanıb. Məktəb yoldaşlarım mənə hədə-qorxu gəlib. "Sənin şəkilini çəkmişik, onu istənilən anda internetə qoya bilərəm” deyə məni şantaj edirdi. Məni o, seksual hərəkətlərə məcbur edib, videoya çəkib, sonra da yayıb. Hələ 9-cu sinifdə oxuyanda məktəbdə mənimlə qeyri-ənənəvi yolla cisi əlaqədə olub. Sonra həmin videonu aparıb digər sinif yoldaşım Kamilə göstərib. Ondan sonra Kamil də mənə yaxınlaşıb deyirdi ki, "sənin şəkillərin, videon var. Əgər mənim istədiyimi, tələblərimi yerinə yetirməsən onları internetə qoyacam”. Mən də qorxurdum. Bu üzdən o nə deyirdi edirdim. Həmişə mənə deyirdi ki, "səndən qisas alacam, məcbur edəcəm ki, məni sevəsən”.

Kamil mənimlə etdiyi qeyri-ənənəvi yolla cinsi zorakılıq hərəkətlərini çəkib, dostlarına yayıb. Sinif yoldaşlarım da bunu görüb. Kamil gedib sinif yoldaşlarıma deyib ki, "bu qız qorxaqdır, hədələsəniz nə desən onu da edəcək”. Hamısı da deyirdi ki, "istəyimizi etməsən sənin videonu internetə yerləşdirəcəm”. Razı olmayanda saçımdan tutub, məcbur edirdilər. Mən də onun dediyini etdim. Kamil bir ara əl çəkdi məndən. Amma 2017-ci ildə yenidən başladı.

-İnternetdə yayılan video necə çəkilmişdi?

-Dərs bitdi, hamı gedirdi. Murad adlı sinif yoldaşım məni qolumdan tutub saxladı ki, "Dayan Rasimin sənə sözü var”. Çıxmaq istəyədə Rasim saçımdan tutaraq boynumdan vurdu. Dedi ki, "nə deyirəm elə”. Geri çəkildim ki, sinifdən çıxım, bu vaxt Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, dedi ki, "Rasim nə deyirsə o da olacaq”. Yalvardım ona, çəkmə məni dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı. Həmin anda Rasim olanları çəkirdi.

-Bu yaşadıqlarını məktəb rəhbərliyindən kiməsə dedin?

-Yox, heş kimə bu haqda danışmadım. Utanırdım.

-Bəs, sən onların "istəyini” yerinə yetirdiyin halda internet şəbəkələrində həmin video necə yayıldı?

-Rasim yayıb. Murad mənə zəng elədi, dedi ki, "xəbərin var, səni "youtube”yə qoyublar. Dedim nə? Sən demə videonu qoyub, dərhal da çıxarıblar. Amma artıq olan-olmuşdu. Xəbər qısa zamanda anama, nənəmə çatdı.

-O hadisədən sonra məktəbdə sənə qarşı münasibət necə oldu?

-Dəyişdi...Heç kəs məni görmək istəmirdi. Qızlar mənə əxlaqsız kimi baxırdı. Hamı "bizdən uzaq ol, sən pozğunsan, tərbiyəsizsən” deyə məndən uzaq gəzirdi. Mən onları başa salmaq istədim, amma heç kim məni dinləmirdi. Ondan sonra məktəbə getməyin də mənası yox idi. Odur ki, qapıları bağladım, oturdum evdə, yaşamamaq üçün yollar axtarırdım.

-Bəs, direktor bunun qarşısını almaq üçün hər hansı bir addım atmadı?

-Direktor yox idi. Həmin anda əvəzləyici vardı. O, da gəlib məni günahlandırdı. Dedi ki, "bunlar səni ilk dəfə zorakılığa məcbur edəndə gərək deyəydin”. Mən 3 il idi zorlanırdım, amma bu hadisəni içimdə çəkirdim. Olanları dəftərə yazdım. Dedim ki, ölsəm bunu kimsə görsün. Özü də həmişə dəftəri evdə stolun üstünə qoyardım. Deyirdim kaş anam onu oxuyaydı, mənə kömək edəydi. Özümü öldürmək istəyirdim. Çıxış yolum ölüm idi. Dözə bilmirdim, iyrənirdim bu həyatdan.

-Onlar səni ancaq məktəbdə zorlayırdı, yoxsa...

-Çox vaxt mətəbdə...Amma, bir neçə dəfə də kənarda olub. Məktəbə yaxın boş ərazi var idi. Məni darta-darta ora aparıblar. Videodan da görünür ki, məni ora təhdidlə aparıblar. Döyərək saçımı yolublar, "eləməlisən” deyib zorakılığa məcbur ediblər, daha sonra da çəkiblər. Videoda mənim yalvarışlarım eşidilir. İstəmirdim, canım ağrayırdı. Onlar məni zorlayanda gözümdən yaş gəlirdi, güclə nəfəs alırdım. Yalvarırdım buraxın məni. Heç kim baxmırdı, ehtiyaclarını ödəyəndən sonra məni buraxırdılar.

Zorlanan qızın anası:

1995-ci ildə ailə qurmuşam. Bu evlilikdən bir qızım dünyaya gəldi. Gözünü açandan onu zəhmətlə böyütdüm. Bu hadisənin kökü hələ qızım 5-ci sinifdə oxuyanda qoyulub. Həmin vaxt qızıma məktəbdə xərclik pulu verirdim. Rasim onu qorxudub əlindən pulunu alırmış. Bu hal dəfələrlə baş verirdi. Getdim məktəbə ki, müəllimələr buna bir əncam çəksin. İki dəfə də Rasimin anası ilə danışdım. Mənim uşağımı ilk olaraq Rasim pozub. Onu seksual hərəkətlərə məcbur edərək videoya çəkib, sonra da yayıb. Amma, bu adam hələ azadlıqdadır. 9-cu sinifdə isə onunla məktəbdə qeyri-ənəvi yolla cisi əlaqədə olub. 3 il onu şantaj altında saxlayıb. Hədələyib ki, "səni çəkmişəm, gəlməsən video görüntülətin internetə qoyulacaq”. Rasim məktəbdə çox qıza təklif edib. Bunu mənə məktəbin müəlliməsi deyib. Ən dəhşətlisi isə baş verənlərdən sonra hamının kənara çəkilməsi oldu. Müəllimlərin bundan xəbəri olub, amma susublar.

-Bəs, siz bir ana olaraq hadisəni bildikdən sonra susan müəllimələrdən qızınızın məktəbdə davranışı ilə maraqlanmadınız?

-Sinif rəhbəri deyirdi, "bu qız həmişə ağlayırdı. Heç kimə yaxınlaşmırdı, tək qalırdı. Bilirdim ki, qızda nəsə var, hər hansı problem daşıyır. Soruşurdum, amma, heç nə demirdi, elə bütün günü ağlayırdı”. Mən heç bir şey hiss etməmişəm. Evdə, ailəmdə də problemlər olub. Bir tərəfdən də bu onu sıxıb. Bu üzdən qızım utandığı üçün deməyib. Mənim qızım çox qorxaqdır. 3 il şantaj altında olub. Sonra başa düşdüm ki, qızım özünü öldürmək istəyir. Lap dəhşətlisi budur ki, bütün ailəm üstümə gəldi ki, ana olaraq bu qızı öldürmək sənə düşər. Dedilər ki, "elə öldür ki, qızın bunu hiss etməsin”.

-Yəni, qızını öldürmək üçün sənə hansı təklifləri irəli sürürdülər?

-Kimi dedi yuxu dərmanı ver, kimi də dedi ki, qazı aç boğulsun ölsün. Hətta, bacıma da deyiblər ki, qazı aç ikisi də ölsün. Dedim nə olursa-olsun uşağım mənə qəbuldu. Bir ana olaraq mən onu öldürə bilmərəm. Mən anayam, bir ana doğduğu uşağı necə öldürə bilər? Mən onda hər hansı əxlaqsız hərəkət görməmişəm. Mənim uşağımı zorlayıblar, məcburən bu hərəkəti etdiriblər. Çantamı, qızımı götürüb gecə ikən qaçdım.

-Kənd camaatı nə deyirdi?

-Kənddə bizi qəbul eləmirdilər. Hadisədən sonra bizim o kənddə qalmağımız təhlükəli idi. Bütün həyatımı qızıma, ərimə həsr etdim. Amma sonda həyat yoldaşım məni qoyub getdi.

-Həyat yoldaşınızın tələbi nə idi?

-Mənə dedi ki, "qızı burax küçəyə, sənə arxa olacam. Hamı görsün ki, biz onu küçəyə atdıq. Bundan sonra kim neyləyir eləsin”. Bacarmadım, axı o mənim övladımdır, onu necə atım? Görəndə ki, mən qızıma sahib çıxdım o məni atdı. O gündən sonra bir dəfə də olsun həyat yoldaşımı görmədim. Camaat da bizi daş-qalaq edir, deyirlər ki, "kəndə gəlməsinlər”. Bəs onu bu işə məcdur edənlər? 3 il təhsil müəssisəsində zorlayanlar?

-Deyilənə görə, qızınızı zorlayanlardan biri onu almaq istəyib?

-Hə, Rasimin valideyinləri mənə qızımı almaq təklifini də etdi. Amma razı olmadım. Onsuz da bir aydan sonra boşayacaqdılar. Məqsəd mənə şikayəti geri götürtmək idi. Hələ pul da təklif edilib.

-Nə qədər?

-30 min...Hardasa 20-30 nəfər adam gətirmişdilər. Mən heç birini qəbul eləmədim.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə: Hazırda iş məhkəmədən geri qaytarılıb. Məlum olub ki, istintaq düzgün aparılmayıb. İşi ilk olaraq Telman adında müstənq aparıb. Məlum olub ki, Telman müəllim dindirmədə ana və qızı ilə kobud rəftar edib, onların üstünə qışqırıb. Məsələ ilə bağlı Beyləqan Rayon Prokororluğu və Baş Prokurorluğa müraciət etdik. 150-ci maddənin bütün bədlərinin qoyulmasını, işi aparan müstəntiqin dəyişdirilməsi tələblərini irəli sürdük. Prokurorluq bunu nəzərə aldı. Mən bu cinayət işinin obyektiv aparılacağına əminəm. Əslində burada mütəşəkil cinayətdən söhbət gedir. Bu cinayətdə 5 nəfər iştirak edib. Baş verən cinayət işində iki nəfər tutulub. Hazırda Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib azadlıqdadır. Hansı ki, bu videonun çəkilməsində bunlar iştirak edib. Biz sona kimi gedəcəyik.

Bayaqdan bəri yaşadıqlarını danışdıqca tir-tir əsən, dəfələrlə nəfəsi gedib-qayıdan bu qızın gözləri bir nöqtədəydi...Ona ən çətin anda yenidən sarılaraq qucaq açan anasında...
OXŞAR MÖVZULAR