Bugün:

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

09 avq 2017, 14:30, altun
    Oxunub: 71
Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

Altun.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələrlə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov apa-ya faktı təsdiqləyib.
loading...