Bugün:

Fransada təhsil aldı, Bakıda qatil oldu – HÖKM

04 avq 2017, 18:08, altun
    Oxunub: 83
Fransada təhsil aldı, Bakıda qatil oldu – HÖKM

Sumqayıt şəhərində tanışını qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Altun.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zakir Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.

Məlum olub ki, o, həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə qatil tutulub.

İstintaq materiallarına görə, Zakir Məmmədov Firudin Hüseynovdan su qızdırıcısı almaq üçün onun evinə gəlib. Evdə onların arasında pul mübahisəsi yaranıb.

Bu zaman Zakir Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək Firudin Hüseynovun başına bir neçə zərbə vurub. Firudin Hüseynov oradaca ölüb. Zakir Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.

İstintaq zamanı Zakir Məmmədovun dələduzluq əməli törətdiyi, buna görə qətl hadisəsindən əvvəl dələduzluq etdiyi üçün axtarışda olduğu aydınlaşıb. O, aptekə daxil olaraq Tərlan Aslanovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alaraq aptekdən çıxıb və oradan uzaqlaşıb.

Bundan əlavə, o, Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə ələ keçirib

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 180-ci (soyğunçuluq) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Zakir Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb. Onun bir övladı var.
loading...