Impera

XƏBƏR LENTİ
20:28Belarusla siyasi məsləhətləşmə keçirildi19:57ABŞ-ın Səudiyyəyə sanksiyası başladı - Qaşıqçı cinayəti19:37Qarabağ icmasından Saakyanın səfəri ilə bağlı bəyanat...19:33Savelyev KTMT-nin İrəvana dəstəyindən danışdı: Təcavüz halında...19:13BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok19:50Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq18:33Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...21:08Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur....- Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd İsraili dəstəklədi21:01Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasim keçirilib20:48İlham Əliyev 3 fərman imzaladı20:41Üç ay davam edən əməliyyat sonunda İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb20:33Kiyev Ukrayna konstitusiyasının Donbasda bərpasına nail olacaq - Arsen Avakov20:18Çexiya da ABŞ-ın İranla nüvə sazişindən çıxmasına etiraz etdi20:12ABŞ prezidenti Koreya lideri ilə görüşəcək,... - Sözündən qaçmasa20:06Bu gündən İran-Azərbaycan sərhəd boyu gömrük məntəqələri 24 saat işləyəcək19:59Arda Turan 16 rəsmi matçda oynamaqdan məhrum edildi
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Qızını sevdi, anası ilə illərlə cinsi əlaqədə oldu, öldürdü, sonra... - Xaçmazdakı DƏHŞƏTİN TƏFƏRRÜATI

25 iy 2017, 14:18   
Qızını sevdi, anası ilə illərlə cinsi əlaqədə oldu, öldürdü, sonra... - Xaçmazdakı DƏHŞƏTİN TƏFƏRRÜATI

Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baş tutan prosesdə məhrum Gülnaz Sultanovanın anası Leyla Ələkbərova mülki iddia qaldırıb. O, Samir Hacəliyevdən 10 min manat maddi, 15 min manat mənəvi zərərin tutulmasını istəyib. Hakim Leyla Əkbərovanın mülki iddiasını qəbul etməyib.
Daha sonra zərərçəkmişin qızı Reyhan Feyzullayeva da eyni tələblə mülki iddia qaldırıb. Hakim bu mülki iddianı icraata qəbul edib. Bildirib ki, məhkəmə istintaqı dövründə mülki iddia araşdırılacaq.
Sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib.
İttihama görə, Samir Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
Məlum olub ki, Samir Hacıəliyev Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb.
Bu müddətdə onun sevdiyi qızın anası Gülnaz Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsilə nəticələnib.
Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Hacıəliyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilir.
İttihama münasibət bildirən Samir Hacıəliyrv özünü qismən təqsirli bilib.
Samir Hacıəliyev bildirib ki, hadisə baş verən günü evdə olub və Gülnaz onun anasına zəng edib: “Məni pis söyüşlərlə söyüb. Məndənsə telefonu niyə söndürdüyüm soruşdu. Dedim ki, yatmışam, ona görə də telefonu söndürmüşəm. Sonra evdən çıxıb və kənd içinə getdim. Daha sonra Gülnazla rastlaşdım. Məni yenə də söydü, onu balta ilə vurdum və getdim”.
Təqsirləndirilən şəxs deyib ki, qətlə yetirdiyi Gülnaz Sultanovanın qızı ilə münasibətləri yaranıb: “Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevib, ona dedim ki, məndən əl çək, ayıbdır. Gülnaz məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini söyləyirdi. Deyirdi ki, məni sevməsən, qızımı öldürəcəm”.
Təqsirləndirilən şəxs bildirib ki, mərhum Gülnaz Sultanova ilə aralarında münasibət olmayıb. Onun hadisədən bir gün əvvəl evinə dəvət etməsini Samir Hacıəliyev belə izah edib: “Gülnazla yeyib-içdik. Sonra ona məndən əl çəkməsini istədim. Dedi ki, ya mənim olmalısan, ya da səni vuraraq öldürəcəm. Ona dedim ki, mən qızam, nəyəm ki, sənin olum. Sonra Gülnaz evlələrinə getdi. Onunla görüşməkdə məqəsədim məndən əl çəkməsini istəmək olub”.
Samir Hacıəliyev bildirib ki, mərhuma cəmi bir balta zərbsi vurub. Mərhumda 5 balta zərbəsinin haradan yarandığını izah edə bilməyib. Deyib ki, cinayəti törədəndən sonra yola çıxıb və adam vurduğunu deyib: “Mən yola çıxanda qoca anam mənim arxamca çıxdı və dedi ki, nə etdin? Mən polisə gedərək təslim oldum”.
Samir Hacıəliyev ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib: “Gülnazın qızı ilə sevgimiz qarşlıqlı idi. İnanırdım ki, həmin qızda məni sevib. Əvvəllər qız bizdə qalıb. Buna məqsəd anası onu öldürmək istəyirdi. Qızı bizdə üç gün qalıb, o, mənə deyirdi ki, Samir anamı evə buraxma. Mən də onu evə buraxmırdım. Məni tutdurmaqla hədələyirdi, amma polisə şikayət etməyib”.
Təqsirləndirilən şəxs bildirib ki, Gülnaz Sultanova ilə münasibətləri yaranıb, içki məclislərində olublar: “Bizim bu məclisləri heç kim görməyib. Bu hadisədən bir neçə gün əvvəldə Gülnazla cinsi əlaqədə olmuşam. Onunla iki dəfə cinsi əlaqəyə girmişəm”.
Daha sonra prosesdə qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, Bakıda işləyən zaman Samir Hacıəliyevin ona zəng etdiyini bildirib: “Mənimlə tanış olmaq istədiyini söylədi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama danışdım. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Orada qaldım. Səhər anam gəldi və mənim evə qaytmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Həmin vaxtlar mənimlə kobud davranırdı. Anama zəng edəndə telefonu yerə çırpdı. Samir içkili idi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi. Lakin Samirin anası getməyimi istəmədi. Anamla evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmadığını söylədim”.
O, dörd il ərzində Samir Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, onların münasibətləri var, guya sən bilmirsən? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibətim yoxdur. Amma ona inanmadım".
Növbəti proses avqustun 29-da davam edəcək.
OXŞAR MÖVZULAR