Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həbsdən çıxdı, atasını öldürdü, anasını bıçaqladı və... - Bakıdakı ŞOK OLAYIN QORXUNC TƏFƏRRÜATI

20 iy 2017, 13:48   
Həbsdən çıxdı, atasını öldürdü, anasını bıçaqladı və... - Bakıdakı ŞOK OLAYIN QORXUNC TƏFƏRRÜATI

Bakıda atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Emil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Altun.az publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bu ilin mart ayının 12-də Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emil Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb.
Bu zaman Emil Sadıqov ona mane olmaq istəyən anası - 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yasəmən Sadıqova xəstəxanada tibbi yardım alıb.
İstintaq müəyyən edib ki, Emil Sadıqov bu hadisədən 6 ay əvvəl həbsdən çıxıb. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb.
Nəticədə çıxılmaz vəziyyətə düşən Emil Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb.
Emil Sadıqov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələrilə ittiham edilir.
Emil Sadıqov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O deyib ki, bundan əvvəl oğurluqla məhkum olunub və ona təyin edilən cəzanı başa vurub: “Mən atamı öldürmüşəm, özümü günahkar sayıram. Atamın da çox günahı olub. Nə uşaqlığımı bilmişəm, nə də ki, gəncliyimi. Atam bizi daima incidib, heç nədən evdə dava-dalaş salıb. Ona yalvarmışıq ki, bizi incitməsin. Biz belə yaşamışıq. Çox əziyyət çəkmişik. 13 yaşına kimi döyülə-döyülə, söyülə-söyülə böyümüşəm. 13 yaşımdan da işləməyə başlamışam, evə çörəkpulu gətirmişəm. Mənim taylarım məktəbə gedib, günlərini keçiriblər. Amma mən məktəbə getmək, təhsil almaq əvəzinə fəhləlik etmişəm. Fəhləliklə qazandığım pullarla anamı, qardaşımı, bacımı dolandırmışam”.
Emil Sadıqov qeyd edib ki, atası onları evdə yaşamağa imkan verməyib: “Atam məni tez-tez evdən qovurdu. Həmin ərəfədə özümə maşın almışdım, taksi kimi istifadə edirdim. Məcbur qalaraq həmin maşında yatırdım. Küçələrdə qalmışdım. 28 yaşıma kimi oğurluq etməmişəm, heç oğurluq etməkdə fikrim yox idi. Məcbur qalaraq bunu etdim. Oğurluq edən günü gecəni səhərə kimi yatmadım. Səhər oyananda ev sahibinin yanına getdim. Pulu özünə qaytardım, dedim ki, səhv etmişəm, oğurluğa əl atmışam, məni polisə vermə. Amma ev sahibi məndən polisə şikayət etdi. Buna görə də məni həbsə atdılar”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həbs olunan ərəfədə atası ilə eyni evdə anası, bacısı, qardaşı və bacısının əri yaşayıb: “Mən həbsxanaya düşəndən sonra atam onları daha çox incitməyə başladı. Anam da, qardaşım da, bacım da Kürdəxanı istintaq təcridxanasında mənimlə danışanda ağlayırdılar, atamın onlara qarşı etdiyi hərəkətlərdən danışırdılar. Yeznəmiz atamın əlindən bezdi və bacımı da götürərək kirayə tutduğu evdə yaşamağa başladı”.
Emil Sadıqov bildirib ki, həbsdən çıxandan sonra atasına hərəkətlərinə son qoymasını deyib: “Amma atam bu hərəkətlərindən əl çəkməyib. Əmilərim bizə gəlib, onlar deyiblər ki, baş qoşmayın, bizim də atamız belə olub, qardaşlardan bir bu ona oxşayıb”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, qətl hadisəsindən bir neçə ay əvvəl atası ilə yenidən evdə dava-dalaş salıb. Onun sözlərinə görə, bu davadan sonra anası və qardaşı da evi tərk ediblər: “Atama mən baxmağa başladım. O, dolana bilmirdi. Həmin ərəfədə mənim işim yaxşı gətirmişdi, əlimdə pulum vardı. Atama maşın aldım ki, taksilik edib, dolansın. Bundan sonra atamın ad günü oldu, ona qızıl üzük hədiyyə etdim”.
Emil Sadıqov daha sonra ifadəsində borca düşməsindən, atasına məxsus evi satmaq barədə olan mübahisələrindən danışıb: “Son günlər borca düşmüşdüm. Həm də 30 yaşım var idi, evlənmək istəyirdim. Atama təklif etdim ki, yaşadığımız evi sataq, ondan əldə etdiyimiz pula iki ev tikək. Birində qardaşımla anam, digərində atamla mən yaşayaq. Deyirdim ki, atamsan, sənə baxmağa borcluyam, bir yerdə yaşayarıq. Amma atam mənimlə razışalmırdı, evi satıb, başqa yerə gedəcəyini söyləyirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, atası anasını da öldürməklə hədələyib: “Atam anamı öldürdəcəyini, bunun üçün narkoman killer tutacağını deyirdi. Anamı öldürmək üçün narkomana 1000 manat verəcəyini də söyləyirdi. Məni də tutdurmaqla hədələyirdi. Atamı öldürməyi, o, öləndən sonra anamın, qardaşımın, bacımın rahat yaşayacağını düşündüm. 20 il həbsdə yatmaq fikrim olmayıb. Mən də bir insanam. Həmişə atama deyirdim ki, yola gəl, evdəkiləri incitmə, amma bunu etməyib”.
Emil Sadıqov atasının əxlaqsız insan olduğunu, qonşuluqda qız-gəlinlərə söz atan biri olduğunu söyləyib: “Atam kimə gəldi söz atırdı, arvad kimi qeybət edirdi. Sonuncu dəfə atama yenə də xəbradarlıq etdim. Amma o, xəbərdarlıqlarına məhəl qoymadı. Buna görə də ona bıçaqla 5 zərbə vurdum. Atamı öldürəndən sonra dükana getdim. Bir butulka su alaraq içdim. Daha sonra intihar etmək fikrinə düşdüm. Buna görə də santexnik materialları mağazasından ip aldım və daha sonra Hövsanda dəniz kənarına gəldim. Orada bisetkada özümü asdım. Amma ip sürüşkən olduğu üçün intiharı başa çatdıra bilmədim. İp ilgək vurduğum dirəkdəm sürüşərək açıldı. İkinci dəfə də özümü asmağa cəhd etdim. Bu zaman da ip qırıldı, yerə yıxldım. Yerdə uzanaqlı halda intihar etməyin lazım olmadığını düşündüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman 36-cı polis bölməsindən Elməddin adlı polis işçisi ona zəng edib və harada olması ilə maraqlanıb: “Elməddin məndən polisə gələrək təslim olmağımı istədi. Ona dedim ki, şokdayam, özümə gələndə təslim olacam. Bir qədər dəniz qırağında dayandım. Sonra polis bölməsinə gələrək təslim oldum”.
Proses iyulun 26-da davam edəcək.
OXŞAR MÖVZULAR