Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Yatmışdım, gördüm kimsə üstümə uzanıb...” - Əri Rusiyada olan qadına təcavüzün TƏFƏRRÜATI

13 fev 2017, 21:19   
“Yatmışdım, gördüm kimsə üstümə uzanıb...” - Əri Rusiyada olan qadına təcavüzün TƏFƏRRÜATI

Əri Rusiyada olan qadına təcavüz edən Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emin Quliyev 18 mart 2015-ci il tarixdə, gecə saat 02.30-da Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsindəki evlərdən birinin yaxınlığına gəlib.

Emin Quliyev orada əvvəllər heç bir münasibətinin olmadığı, əri Rusiyada yaşayan və azyaşlı uşaqları ilə tək qalan Səidə Məmmədovanın (zərərçəkmişin və ailə üzvlərinin adları şərtidir) evinə daxil olub. O, Səidənin azyaşlı uşaqları ilə birlikdə yatdığı otağa girib və cinsi əlaqəyə girmək üçün əynində olan paltarlarını soyundurmağa başlayıb. Bu zaman yuxudan ayılan Səidə Məmmədova buna imkan verməyərək, ona müqavimət göstərib.

Emin Quliyev müqavimət göstərərək əli ilə Səidənin ağzından tutub və cinsi əlaqədə olmaq istəyib. Bu zaman Səidənin 11 yaşlı qızı Vəfa yuxudan oyanıb və otağın işığını yandırıb. Vəziyyətin belə yarandığını görən Emin Quliyev oradan qaçıb.

“Kiminsə mənə toxunduğunu hiss etdim”

Emin Quliyev Cinayət Məcəlləsinin 29.149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev ümumiyyətlə bu cinayətlə əlaqəsi olmadığını deyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova bildirib ki, həyat yoldaşı Adil 7 ildir Rusiyada yaşayır: “Bu səbəbdən tanışımız Samirin Göytəpə şəhərində yerləşən evində 11 yaşlı qızım Vəfa və 10 yaşlı oğlum Sadiq ilə birlikdə yaşayıram. 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə, saat 02:30 radələrində yatarkən kiminsə mənə toxunduğunu hiss etdim. Əvvəlcə düşündüm ki, oğlumdur, yanımda yatmaq istəyir. Gözümü açanda üstümdə kişi gördüm. O, məni öpür və paltarlarımı çıxarmaq istəyirdi”.

Səidə Məmmədovanın sözlərinə görə, həmin şəxs sağ əli ilə onun alt paltarını çıxarmaq istəyib: “Əlimlə paltarımı tutaraq qışqırdım. Səsim çıxmasın deyə digər əli ilə ağzımdan tutdu. Nəticədə sol üst dişim qırıldı və ağzım qanadı. İki əlimlə qulaqlarından tutub üstümdən atdım və var gücümlə qışqırdım. Səsimə qızım Vəfa oyandı. Qızıma dedim ki, işığı yandır. İşıq yananda tanımadığım, orta boylu, təxminən 20 yaşlarında, kürən bir oğlanı üstümdə gördüm. Sonradan bildim ki, bu Emin Quliyevdir. Yenidən qışqırdım. Qızım da yad oğlanı görən kimi qışqırdı. Oğlan üstümdən qalxaraq otaqdan çıxdı.Onun ardınca eyvana çıxdım və ondan kim olduğunu soruşdum. Heç nə demədən bir cüt qara rəngli uzunboğaz ayaqqabıları və qara gödəkçəsini əlinə alaraq qapıya yaxınlaşdı.

“Səhərin açılmasını gözlədim”

Zərərçəkmiş qeyd edib ki, Emin Quliyev eyvanın qapısını açaraq çölə çıxmaq istəyib: “Bu zaman Emin qapının içəridən bağlı olduğunu gördü və məndən qapını açmağı tələb etdi. Mən də qorxumdan qapını açdım. Sonra Emin Quliyev həyətə düşüb, küçə qapısına yaxınlaşdı. Qapı açarla bağlı olduğu üçün hasardan tullanıb getdi. Sonradan bildim ki, o, arxa otağın pəncərəsindən evə daxil olub. Emin Quliyev pilləkəndəki lampanı da açmışdı ki, işığı yandıran olsa onu görə bilməsin.

İşığı yandırıb ətrafa baxdım. Pilləkəndə Emin Quliyevin adına olan bir ədəd hərbi bilet, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd Bakcell operatoruna məxsus sim kart, bir neçə ədəd qırmızı rəngli Bakcell balans kartları və iki ədəd hərbiyə aid sənədlər aşkar etdim. Telefonunda kontur olmadığı üçün heç kimə zəng edə bilmədim. Ona görə səhərin açılmasını gözlədim”.

Səidə Məmmədova bildirib ki, səhər açılanda baş verənlərlə bağlı evin sahibinə məlumat verib: “Ev sahibi bu barədə Göytəpə polis bölməsinin əməkdaşı Mehman Quliyevə məlumat verdi və axırıncı digər polis əməkdaşları ilə birgə evə gəldi. Polislər evə baxarkən Emin Quliyevin sənədlərini onlara təqdim etdim. Öncə utandığımdan polis əməkdaşlarına Emin Quliyevin məni zorlamağa cəhd etməsini dəqiq bildirmədim. Lakin sonradan bu barədə həm polisə, həm də rayon prokurorluğuna ərizə ilə müraciət etdim”.


“Anamın yatağında oğlan gördüm”

Cinayət işi üzrə şahid qismində ifadə verən Vəfa bildirib ki, 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə anası və kiçik qardaşı ilə birlikdə yaşadığı Göytəpə şəhərindəki evdə, bir otaqda gecələyib: “Həmin gecə, saat təxminən 2 radələrində anamın qışqırıq səsinə yuxudan oyandım. Anam həyacan içində işığı yandırmağımı bildirdi. İşığı yandırdıqda anamın yatağında hündür boylu oğlan gördüm. Sanki oğlan anamın ağzından tutub onu boğmaq istəyirdi. Qorxumdan qışqırmağa başladım, anam da qışqırdı. Həmin oğlan məni görəndən sonra eyvana çıxdı. Səsimizə qardaşım da oyandı. Anam ilə həmin oğlanın arxasınca eyvana çıxdıq. Oğlanın evdən getdiyini gördük”.

5 il 6 ay cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Quliyevin müdafiəçisi Rövşən Qasımov apelyasiya şikayəti verib.

Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, cinayət işinin araşdırılması zamanı Emin Quliyev hadisə yerinə aparılmayıb, hadisə yerində olan izlər, o cümlədən ayaq izləri götürülməyib.

Vəkilin şikayətinə görə, birinci instansiya məhkəməsində məhkəmə lifli ekspertizası keçirilməsi barədə vəsatət versə də, təmin edilməyib. İş üzrə tanıma istintaq hərəkəti aparılmasında iştirak etmiş şəxslər məhkəməyə çağırılaraq əlavə şahid kimi dindirilməyib: “Ümumiyyətlə tanıma zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi tanımayıb. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri işdəki digər sübutlarla sübuta yetirilmir”.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Qərara görə, Emin Quliyevin vəkilinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. (teleqraf)
OXŞAR MÖVZULAR