Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dəyanət Rzayev intihar etməyib, qətlə yetirilib - İDDİA

26 yan 2017, 17:15   
Dəyanət Rzayev intihar etməyib, qətlə yetirilib - İDDİA

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayevin özünü yaşadığı evdə kəmərlə asaraq, intihar etdiyi bildirilir.
Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Yasamal rayon Prokurorluğunda isə faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.
Tanınmış psixoterapevt Elmir Əkbər isə fərqli düşünür. Elmir Əkbər Modern.az saytına açıqlamasında deyib ki, bu hadisədə intihardan söhbət belə, gedə bilməz.
“Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb. Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölümü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra “o özünü yandırdı deməyiblər”,-deyə E. Əkbər bildirib.
Psixoloqun sözlərinə görə, D. Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o, intihar etməyib.
“Hadisə olan kimi, o dəqiqə onun intihar etdiyini söylədilər. Mən həkiməm, patoloji anatomiyanı da bilərəm, məhkəmə-tibbi ekspertiza haqqında da kifayət qədər məlumatlıyam. Rəy vermək üçün kifayət qədər vaxt lazımdır. Nə oldu, belə tezliklə hamı durub Dəyanətin özünü intihar etdiyi qənaətinə gəldi? Dəyanətin kolleqaları çıxıb dedilər ki, onlar Dəyanətin belə bir şey edə biləcəyini gözləyirdilər. Dəyanət heç zaman özünə qəsd etməzdi! Hələ psevdodindar da çıxıb deyir ki, intihar günahdır. Bunlar hamısı çox iyrənc və eybəcər söhbətlərdir”.
E.Əkbər bildirib ki, mərhum həmkarı özü də inanclı bir insan olub.
“Ən azından inancı imkan verməzdi ki, o, intihar etsin. Dəyanətin xətrini istəyənlər, ona həqiqətən də yaxın olanlarla söhbət etdim. Onlar belə deyir: “Dəyanətdən zəhləsi gedən, daim onun arxasınca danışanlar, ona şəbədə qoşanlar, indi özlərini elə göstərirlər ki, guya Dəyanətin xətrini istəyirlər. Onlar öz daxili problemlərini Dəyanətin üzərinə sirayət etdirmək istəyirlər. Bəli, Dəyanət boşanıb. O, başqalarından fərqli olaraq, yalançı, saxta ailə obrazını yaratmırdı. Bəli, Dəyanət belə ikiüzlülüklər etmirdi, necə var idisə, elə də görünürdü. Lakin bu, heç vaxt onun intiharına səbəb ola bilməz. Dəyanətin yeganə səhvi bu idi ki, o, vətəndaş mövqeyini sənətinin, peşəsinin dəyər və çərçivələrindən üstün tuturdu. O bəzi şeyləri insanlarla bölüşürdü, bu isə psixoloq üçün yolverilməzdir. Ancaq vətəndaş olaraq haqlı idi. O, hansısa cinayətlərdən, cinayətkarlardan danışırdı. Burada vətəndaş Dəyanət psixoloq Dəyanəti üstələyirdi. Onun belə mövqeyi öz başına cəncəl açdı. O, emosional idi, danışanda fikirləşmirdi ki, bunun qarşılığında ona nələrsə edə bilərlər. O, hansısa hadisənin cinayət olduğunu bilirdi və bunu açıq şəkildə deyirdi. Özü də qeyd edirdi ki, bu cinayət bəzən böyük adamlarla – ya məmur, ya da biznesmenlərlə - bağlıdır, bunu çox gözəl başa düşürdü. Həmişə başa salırdıq ki, belə şeylər lazım deyil. Deyirdik ki, özünü və yaxınlarını düşün. Lakin, o susmurdu, hər şeyi necə görürdüsə, elə də danışırdı, etiraz edirdi. Onda aşırı dərəcədə ədalət hissi var idi. Necə lazımdır, hər şeyi çılpaqlığı ilə deyirdi, tərs şilləni vurur”.

Psixoterapevtin fikrincə, istintaq aparanlar, D.Rzayevlə bağlı bütün məsələləri araşdırmalıdırlar və ədalətli rəy verilməlidir.
“Bu, dünyada psixoloqların, psixoterapevtlərin birinci qətli deyil ki! Qafqaz ölkəsiyik. Bir də görürsən ki, hansısa belisilahlılar gəlir və psixoloqdan soruşurlar ki, filan adamlarla münaqişələri var. Bildirirlər ki, psixoloqun da rəyini öyrənmək istəyirlər. Belə bir məqamda optimal mövqe tapıb vəziyyətdən çıxmaq çətindir. Bizim işin bir tərəfi də yaddan çıxarmayın ki, təhlükəli insanlarla da bağlı olur. Mənim yanıma terrorçu da gəlsə, ixtiyarım yoxdur ki, hüquq-mühafizə orqanlarına məlumat verim. Bu, peşə konfidensiallığıdır. Çalışmaq lazımdır ki, həm o potensial cinayətkarı cinayətdən uzaqlaşdıraq, həm də öz başımız ağrımasın. Bütün psixoloqlar belə məqamlarla rastlaşır.
Bir insanı həyata bağlayan çox səbəb varsa, onun intiharından danışmaq yersizdir. Dəyanətdə bu səbəblər çox idi. Görün bizdə nə deyirlər? “Ay Dəyanət əvvəldən belə idi, ay elə idi”. Mən Dəyanəti 2007-ci ildən tanımışam. Dəyanət o zaman da danışırdı, şikayətlənirdi, etiraz edirdi. Amma bu, onun temperamentindən irəli gəlirdi. Buna görə, durub onun əvvəl də özünü öldürmək istəməsini demək yersizdir.. Əllərində Dəyanətin dediklərini bayraq ediblər və bu qənaətə gəlirlər ki, Dəyanət əvvəllər də intihara meylli idi. Bu, çox gülünc, absurd, qeyri-peşəkar yanaşmadır. Dəyanət bilirsiniz nə qədər adama çörək verirdi?! Sonra hamısı bir nəfər kimi Dəyanətə düşmən kəsildi, üzünə durdular. Çünki, hamısı saxtakar idi. Dəyanətin də onların saxtakarlıqlarından xəbəri var idi. Onlar Dəyanətin yanında gözü kölgəli idilər. İndi azadlığa çıxa bilərlər, artıq Dəyanət yoxdur”.
E. Əkbər qeyd edib ki, psixoloqlar, psixoterapevtlər özləri hər il neçə dəfə şəxsi terapiyalarını keçirdir.
“Düzdür, psixoloq da insandır, onun da problemləri var. Amma bizdə bir qayda var ki, hər il şəxsi terapiyamızı keçiririk. Özü də bu, vacib qaydalardan biridir. İndi Dəyanət bunları bilmirdimi?! Ola bilərmi ki, Dəyanət bu testlərdən keçməsin?! Rəy yaratmağa çalışırlar ki, Dəyanət həqiqətən də intihar edib. Hələ bəziləri də durub deyir ki, intihar edənlərə cənnətdə yer yoxdur. Ayıb olsun! Dəyanət sağlığında çox savab işlər görüb. Düzdür, yanında xəstə mənəviyyatlı, zəhərli insanlar olub”.
OXŞAR MÖVZULAR