Bugün:



Prezidentin kürəkəni güllələndi

12 yan 2017, 10:25, altun
    Oxunub: 149
Prezidentin kürəkəni güllələndi

Onun vəziyyəti barədə məlumat verilmir. Atəşin kim tərəfindən açıldığı məlum deyil.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri silahlı insident nəticəsində yaralanıb.
Altun.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı xəbər verib.
Məlumata əsasən, M.Qoqoçuri azı bir güllə yarası alıb. Hadisə yerinə polis və kriminalistlər gəlib. Ərazi əhatəyə alınıb. M.Qoqoçurinin xəstəxanaya çatdırıldığı bildirilir. Onun vəziyyəti barədə məlumat verilmir.
Atəşin kim tərəfindən açıldığı məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.