Bugün:
Altun.az


Akif Çovdarovun məhkəməsi təxirə düşdü

09 yan 2017, 17:13, altun
    Oxunub: 112
Akif Çovdarovun məhkəməsi təxirə düşdü

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesə Akif Çovdarovun vəkilləri - Kamandar Nəsibov, Şahin Rəfiyev və Sadiq Rəsulov yenə də qatılmayıb.

Kamandar Nəsibovun xaricdə olduğu, Sadiq Rəsulova isə zəng çatmadığı bildirilir. Şahin Rəfiyevin övladı xəstə olduğu üçün məhkəməyə gələ bilməyib.

Bu səbəbdən proses yanvarın 11-ə təxirə salınıb.(teleqraf)