Bugün:
Altun.az


Karlovun qətli ilə bağlı 5 nəfər həbs edildi

07 yan 2017, 20:16, altun
    Oxunub: 131
Karlovun qətli ilə bağlı 5 nəfər həbs edildi

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətli ilə bağlı 5 nəfər həbs edilib.

Altun.az-ın xəbərinə görə, bu barədə “Anadolu” İzmir şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, həbs edilənlərdən dördü qatil Mövlut Mert Altıntaşın polis orqanlarında çalışan həmkarlarıdır. Beşinci şəxsin isə FETÖ fəalı Süleyman Ergen olduğu bildirilir. Məlumata görə, o, İzmirdə Altıntaşın təhsil aldığı Rüştü Ünsal adına polis məktəbinin kursantları arasındakı FETÖ tərəfdarlarına kuratorluq edibmiş.

Saxlanılan şəxslər silahlı terror təşkilatına üzvlükdə ittiham olunurlar.