Bugün:
Altun.az


Bakıda həbsxanada yanğın: Məhkumlar təxliyyə olundu

04 yan 2017, 18:21, altun
    Oxunub: 112
Bakıda həbsxanada yanğın: Məhkumlar təxliyyə olundu

Bakıda həbsxanada yanğın baş verib.

Altun.az xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirsəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.