Bugün:
Altun.az


Şəmkirdə toyda faciə: 9 yaralı

04 yan 2017, 16:18, altun
    Oxunub: 104
Şəmkirdə toyda faciə: 9 yaralı

Şəmkirdə baş verən yol qəzasında xəsarət alanların sayı 9 nəfərə çatıb.

Altun.az xəbər verir ki, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Yaralanan 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.