Bugün:
Altun.az


Gənc qız sevgilisini başından güllələdi

03 yan 2017, 16:43, altun
    Oxunub: 74
Gənc qız sevgilisini başından güllələdi

Sevgilisiylə mübahisə edən gənc qız onu öldürüb.

Altun.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib. Cütlük avtomobillə gedərkən aralarında mübahisə yaranıb. Qız avtomobildə olan silahdan sevgilisinin başına bir dəfə atəş açıb. Hadisə zamanı avtomobil qəzaya düşüb. Gənc qız isə heç nə olmamış kimi evinə qayıdıb. O, polis tərəfindən saxlanıb.