Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Qardaşına "podval"da tok veriləndə biləcəksən" - Bakıda toya maskalıların basqını

01 yan 2017, 17:12   
"Qardaşına "podval"da tok veriləndə biləcəksən" - Bakıda toya maskalıların basqını

Hazırda həbsdə olan şirkət rəhbərinin başına film kimi hadisə gəlib. MTN-çilərin, xüsusilə də general Akif Çovdarovun əməllərindən zərər çəkən olduğunu deyən İlham Qasımov bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il azadlıqdan məhrum edilib. O, dələduzluqda təqsirli bilinərək həbs edilib. Ancaq o, mətbuatın gündəminə daha çox "Çovdarovun qurbanı" kimi gəlib.
Altun.az musavat.com-a istinadən bildirir ki, "Real" MTK-nın rəhbəri olmuş İlham Qasımovun istintaqa ifadəsi zamanı danışdıqları Hollivud filmlərini xatırladır. Onun əvvəlcə qardaşını, sonra oğlunu, ardınca isə toya gələn qonaqlarını qara maskalılar aparıb...
İlham Qasımov kimdir?
"Real" mənzil-tikinti kooperativinin həmtəsisçisi olan İlham Qasımov 2004-cü ildən inşaat sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qardaşı İslam isə həmin MTK-nın icraçı direktoru, Tahir Mirzəyev isə satış üzrə meneceri olub. İ.Qasımov haqda mətbuatda kifayət qədər məlumatlar yer alıb. O, daha çox mənzil alan müştərilərlə arasında yaranan problemlərlə yadda qalıb.
İş adamı ilk dəfə MTN-çilərlə 2007-ci ildə yaxından "tanış" olub. İ.Qasımovun istintaqa dediyinə görə, həmin il tanımadığı bir nəfər ona zəng edərək "qardaşın İslamla Tahir MTN-dədir, Akif Çovdarov sizi çağırır" deyib. Bununla da əvəllər tanımadığı Çovdarovla tanışlıq başlayıb.
"Qardaşına "podval"da tok veriləndə biləcəksən"
Onun dediyinə görə, Çovdarov qardaşının dollarla ev alqı-satqısı etdiyini deyib və buna görə həbs ediləcəyini bildirib. Çovdarovla ilk görüşündə "qardaşına "podval"da tok veriləndə biləcəksən. Əgər buraxılmasını istəyirsənsə, 500.000 dollar verməlisən" təhdidi alan Qasımov tikintiyə yeni başladığını, bu qədər pulunun olmadığını deyib və vaxt verilməsini istəyib.
Çovdarovla uzun danışıqdan sonra 250 min dollara razılaşıblar. Qasımov elə MTN-dən rəhbəri olduğu MTK-ya zəng edərək kassasından 250 min dollar gətirilməsini istəyib. Pulu ödəyəndən sonra onları MTN-dən buraxıblar.
Mahmudovun dostuna "atmağın" cəzası...
Qasımov deyib ki, MTN-çilər növbəti dəfə 2009-cu ilin qışında MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisinə gələrək onu və şirkətin sənədlərini aparıblar. MTN-də Çovdarov ona qəzəbli şəkildə deyib ki, Rauf adlı şəxsə 150 min atmısan. Çovdarovun dediyinə görə, Rauf Eldar Mahmudovun yaxın dostudur, nazirin otağında çay içir. Qasımov Rauf adlı şəxsi tanımadığını desə də xeyri olmayıb. Çovdarov bu dəfə işin yoluna qoyulması üçün Rauf adlı şəxsin pulunu - 150 mini, 100 min də öz payını istəyib. Qasımov istintaqa deyib ki, Çovdarovun bu dediyi ilə də razılaşıb və növbəti dəfə MTN-ə gəlib və pulu orada Çovdarova verib.
Qasımovun MTN sərgüzəştləri bununla bitməyib. Dediyinə görə, 2011-ci ildə özünə məxsus "Real" MMC-nin mal satdığı şirkətlərdən biri məhsulların xarab olması ilə bağlı DİN-ə şikayət edib. Bu şikayət araşdırılıb, dəymiş zərər ödənilib və tərəflər arasında razılaşma əldə olunub. Bu işdən MTN də xəbər tutub. Akif Çovdarov Qasımova zəng edib "səndən şikayət var, gəl təcili MTN-ə" deyib. Eyni qaydada hədə-qorxu gələn Çovdarov bu işə görə də Qasımovdan 200 min alıb.
Növbəti hədəf Qasımovun oğlu...
Qasımov ifadəsində göstərib ki, 2015-ci ilin sentyabrında həyat yoldaşı Arifə Qasımovaya zəng edərək bir neçə silahlı şəxsin evin qarşısında oğlu Nurlanı apardıqlarını deyib.
Bundan sonra Qasımova zəng gəlir: "Çovdarov deyir ki, Nurlan bizdədir. Gəlsin yanıma". İş adamı deyir ki, Çovdarovun oğlunun narkotikdən istifadə etdiyini deyib və 300 min tələb edib. Ancaq sonradan ürəyi yumşalan Çovdarov ondan 50 min alıb.
Daha maraqlı hadisə isə restoranda- İlham Qasımovun bacısı oğlunun toy məclisində baş verib.
"Sofiya"dakı əməliyyat...
2015-ci ilin 14 sentyabrında "Sofıya" şadlıq sarayında toy mərasimində Qasımovun dostları Tofıq İbrahimov və Namiq Orucov da iştirak edib. Qasımovun dediyinə görə, Tofıq İbrahimov Moskvada bizneslə məşğul olur və Rusiya vətəndaşıdır.
Qasımov toy günü yaşananları belə danışıb: "Saat 22 radələrində şadlıq evinin birinci mərtəbəsində səs-küy eşitdim. Çoxlu sayda MTN əməkdaşları əllərində silah Namiqin qollarını burub yerə uzatmışdı. Döyüb, sonra qoluna qandal vurdular. Tofiqin isə şadlıq sarayının qarşısnda olan maşınını və sürücüsü Gülağanı MTN-ə apardılar. Sonra Tofiq dostu Akif Mustafayevə zəng etdi".
"Akula Akif" kimdir?
Qeyd edək ki, Akif Mustafayev "Akula Akif" ləqəbi ilə tanınıb. O, MTN rəhbərliyinə imkanlı şəxslər, sahibkarlar barəsində məlumat ötürürmüş. Bunun qarşılığında da öz payını alırmış. MTN əməliyyatlarından sonra ölkədən qaçan "Akula Akif"in hazırda Barselonada olduğu bildirilir.
"Akula Akif" bu işdə "vasitəçi" kimi özünü göstərib. Tofiq adlı biznesmendən MTN 1 milyon dollar istəyib. Sürücüsünü, avtomobilini buraxmaq və özünü həbs etməmək üçün. "Akula Akif" bu işi 300 minə həll edəcəyini deyib. Belə də olub. Tofiqin sürücüsünü və maşınını MTN-dən çıxarıblar. Sonradan məlum olub ki, MTN tutduğu digər Namiq Orucov adlı şəxsdən də 100 min dollar alıblar.
İstintaq zamanı İlham Qasımov və Akif Çovdarov üzləşdirilib. Qasımov dediklərini təkrar etsə də, Çovdarov bütün bunları inkar edib.
"Proqram Namiq" kimdir?
Restorandakı əməliyyat zamanı saxlanılan Namiq Orucov ifadəsində göstərib ki, 1989-2003-cü illərdə polis orqanlarında çalışıb. Sonuncu iş yeri Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi olub. 2003-cü ildə öz xahişi əsasında polis orqanlarından xaric olunub. 2005- dən bizneslə məşğul olduğunu deyən N.Orucov Bakıda obyektinin, Dubayda "Renta car" şirkətinin olduğunu, İlham Qasımovla da şərik olaraq iş gördüklərini deyib.
"Mahmudov nazir olandan sonra qəfildən pullandı"
"Akula Akif" haqda danışan N.Orucov deyib ki, Akif Mustafayevi məclislərdə tanıyıb və o, özünü Eldar Mahmudovun yaxın dostu kimi təqdim edirmiş.
"Əvvəllər çox kasıb idi. Mahmudov nazir olandan sonra qəfildən pullandı. MTN-də vəzifəyə adam düzəldirdi. MTN-lə bağlı hadisələrdən sonra bildik ki, bizimlə bağlı məlumatları nazirliyə o çatdırıb. İlhamın bacısı oğlunun toyunda foyedə olanda maskalı şəxslər içəri girdi. Məni döyə-döyə yerə yıxıb, əlimi qandalladılar. Ağ rəngli maşınla MTN-ə apardılar. Orda Çovdarov məni görən kimi söyüş söydü. Yumruqla sağ qabırğamın üstündən vuraraq dedi ki, "aparın bunları salın içəri, narkotik alverçiləridir". 1 milyon istədilər. Sonra 100 minə razılaşdıq. Toyda olanda cibimdə 8200 dollar var idi. Pulu da, saatı da MTN əməkdaşları götürdülər. Puldan 5200-nü və saatı qaytardılar. 3 min dolları vermədilər"- deyə N.Orucov ifadəsinə əlavə edib.
Namiq Orucov onu da deyib ki, Çovdarovun həbsindən sonra "Akula Akif" Barselonadan ona zəng edərək prokurorluqda onun adını çəkməməsini xahiş edib.
MTN-çilər səhv adamı qandallayıblar
İstintaqa restorandan aparılan sürücü Gülağa Quliyev də ifadə verib. Onun ifadəsindən məlum olub ki, MTN-çilər onu yox, sürücüsü olduğu Tofiq İbrahimovu tutmaq istəyirmişlər.
Gülağa ifadəsində deyib ki, onu döyərək maşına mindirib MTN-ə aparıblar. Orada onu görən vəzifəli şəxslərdən biri əsəbləşərək əlini masaya vurub və səhv adamı gətirdiklərini deyib.
İş üzrə şahid qismində restorandakı əməliyyata rəhbərlik edən MTN əməkdaşı Vüqar Muxtarov da dindirilib. O, iş adamı İlham Qasımovun oğlu Nurlanı tanıdığını, əməliyyat məlumatı alaraq onun narkotik vasitədən istifadə etdiyini, həm də satışı ilə məşğul olduğunu söyləyib. Ancaq onu saxlayarkən üzərindən narkotik vasitə çıxmadığını və sonradan da satışı ilə məşğul olduğunu sübut edə bilmədiklərini deyib.
"Namiq imkanlı şəxslərə eyş-işrət məclisləri təşkil edirdi"
Vüqar Muxtarov saxlanılanlardan Namiq Orucov haqda da danışıb. O, deyib ki, 2015-ci ilin aprel ayında "Proqram Namiq" ləqəbli Namiq Orucovun narkotik vasitə olan kokainin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alıblar.
"Həm də müəyyən edildi ki, Namiqin əsas işi imkanlı şəxslərə eyş-işrət məclisləri təşkil etmək, həmin məclislərə qadın müğənni və artistləri dəvət etmək, imkanlı şəxslərə kokain sifariş etmək və gətirməkdən ibarətdir. O da məlum oldu ki, Namiq polis orqanlarında çalışıb, amma sonradan narkotikdən istifadə etdiyi üçün sistemdən qovulub. "Sofiya" şadlıq sarayındakı toy məclisinə Namiq Orucov Ağa adlı şəxsi çağırıb kokain gətirməsi üçün pul verdi. Ağa həmin pula kokain alaraq Namiq Orucovun yanına qayıdanda həmin şəxslər tərəfimizdən saxlanıldı. Namiq MTN əməkdaşlarını görəndə kokaini kənara atdı"- deyə MTN əməkdaşı söyləyib.
Vüqar Muxtarov deyib ki, saxlanılan şəxlsər Akif Çovdarovun göstərişi ilə sərbəst buraxılıblar.
MTN əməkdaşının dediyinə görə "Proqram" ləqəbli Namiq Orucov onlarla işləməyə, kokain satdığı adamların adını deməyə razı olub və bildirib ki, təxminən bir həftə əvvəl "Asiman" restoranında İlham Qasımov və Nizami adlı şəxsələrə kokain verib. Bunu deməkdə məqsədi isə sərbəst buraxılmasını istmək olub.
OXŞAR MÖVZULAR