Impera

XƏBƏR LENTİ
00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...21:08Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur....- Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd İsraili dəstəklədi21:01Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasim keçirilib20:48İlham Əliyev 3 fərman imzaladı20:41Üç ay davam edən əməliyyat sonunda İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb20:33Kiyev Ukrayna konstitusiyasının Donbasda bərpasına nail olacaq - Arsen Avakov20:18Çexiya da ABŞ-ın İranla nüvə sazişindən çıxmasına etiraz etdi20:12ABŞ prezidenti Koreya lideri ilə görüşəcək,... - Sözündən qaçmasa20:06Bu gündən İran-Azərbaycan sərhəd boyu gömrük məntəqələri 24 saat işləyəcək19:59Arda Turan 16 rəsmi matçda oynamaqdan məhrum edildi00:01ABŞ-ın İranla olan nüvə razılaşmasından çəkilmək qərarından sonra...- Putin narahatdır23:41Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..22:57Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir. Əgər "soyqırım" olsaydı... - Ankara Paşinyanın cavabını verdi20:44Cəlilabadda trafik canavarı can aldı – FOTO20:34ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır - İran20:28Müqəddəs Qurani-Kərim kitabını təftiş edənlərə Dövlət Baxçalıdan sərt uyarı: Kimin nə həddi var ki...20:20Paşinyan Ankaraya meydan oxudu: "Erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Oğlumun öz qanıyla yazılmış məktubu aldım dəli oldum - Dili kəsilən məhkumun atası danışdı

23 dek 2016, 17:44   
Oğlumun öz qanıyla yazılmış məktubu aldım dəli oldum - Dili kəsilən məhkumun atası danışdı

“13 saylı Cəzaçəkmə Müəssisəsisinin rəis müavini Elçin Əlicanov oğlum Natiqə elə işgəncələr verib ki, buna etiraz olaraq, o canına qəsd edib. Dilini kəsib, özünü ətrafdakılarla ünsiyyətdən təcrid edib. Bütün bunlar baş verəndən 2-3 ay əvvələdək isə oğlum Natiq Cabbarlının heç kimdən şikayəti və narazılığı yox idi. Yerindən də, rəhbərliyin ona münasibətindən də razıydı, çox rahat və yaxşıydı. Lakin 2-3 ay bundan əvvəl 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəsi Elçin Əlicanov işdən çıxarılıb. 13 saylı Cəzaçəkmə Müəssisəsinə rəis müavini göndərilənədək. Bundan sonra oğlum Natiqin qara günləri başlayıb”.

Altun.az xəbər verir ki, bu haqda gununsesi.info-ya 13 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkən məhkum Natiq Vaqif oğlunun atası, İmişli rayon sakini Vaqif Cabbarov məlumat verib.
V.Cabbarov bildirib ki, oğlu Natiq Cabbarlı 13 saylı Cəzaçəkmə Müəssisəsində 2 ildir ki, cəza çəkir. Onun sözlərinə görə, Qazaxıstan Respublikasında cəzasının 5 ilini çəkdikdən sonra N.Cabbarlı 2015-ci ildə Azərbaycana ekstradasiya edilib:

“Natiq Qazaxstandan Azərbaycana gətirildikdən sonra əvvəlcə 11 saylı Cəzaçəkmə Müəssisəsinə düşdü. Orada 3-4 ay saxlandıqdan sonra məhkəmə qərarıyla rejimi dəyişdirildi. Ciddi rejimdən gücləndirilmiş rejimə keçirildi. Məhkəmənin qərarı ilə 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. Həmin müssisəyə köçürüləndən 2016-cı ilin son iki ayınadək Natiqin müəssisənin əməkdaşları və məhkum yoldaşlarıyla heç bir problem olmayıb. Yeri çox rahat və yaxşıydı, hamıdan razı olub. Lakin 2-3 ay bundan əvvəl 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəsi Elçin Əlicanov işdən çıxarılıb, 13 saylı Cəzaçəkmə Müəssisəsinə rəis müavini göndərilənədək. E.Əlicanov müəssisəyə özüylə birlikdə bir dəstə sadiq işçilərini gətirib. Bu adamlar həbsxanada məhkumlardan pul yığırlar. Müəssisədə Cavid Əliyev adlı şəxs rəis müavinin şilləvuranıdır. İçəridə rəis müavinin amansız işgəncə verən dəstəsi var. Həmin şəxslər Cavid Əliyev, Azər Ağayev, Ramin İdilovdur. Bu 4 nəfər Elçin Əlicanovun göstərişiylə məhkumları işgəncəyə məruz qoyurlar. O cümlədən də oğlum Natiqə olmazın işgəncələrini veriblər. Onlar elə işgəncələr veriblər ki, polad kimi əyilməz insan bu gün özünə əl qaldırır, yaşamağa ümidi yoxdur, həyatına qəsd edir. Deməli, Natiq bu həddə çatdırılıb. Verilən işgəncələrə dözə bilməyəndə isə etiraz əlaməti olaraq dilini kəsib”.

V.Cabbarov qeyd edib ki, rəis müavini və adamlarıyla Natiqin arasında yaranan problemin səbəbi Natiqdən tələb edilən pulu onlara vermək istəməməsidir:

“İmkanımız yoxdur. Bir də ki, axı nəyə görə məhkum rəis müavininə hesab verməlidir? Məhkumlar deyir ki, müəssisədə hələ indiyədək bir nəfər də deməyib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi bizdən bircə qəpik istəyib. Elçin Əlicanov isə buraya rəis müavini gələndən məhkumların günü qaradır. Axı məhkum pulu haradan alsın Əlicanova versin? Oğlum açıqca demişdi ki, sizə veriləcək pulum yoxdur. Pul verməkdən imtina etdiyinə görə, E.Əlicanov Natiqi möhkəm döydürmüşdü. Bu il noyabrın 14-də bizə xəbəri gəldi ki, Natiqin vəziyyəti ağırdır, onu Müalicə Müəssisəsinə köçürüblər, yanına getdik. Gördük ki, ölümcül vəziyyətdədir. Digər oğlum qardaşıyla görüş istədi, vermədilər. Dedilər ki, vəziyyəti çox pisdir. Demə, Natiqi 8 saat karsda başıaşağı asıblar. 5 gün əynini soyundurub karsda lut saxlayıblar. Havalar da soyuq. O vaxt barmaqlarını kəsib qanıyla məktub yazmışdı. Pul vermədiyinə görə, onu döyüb, işgəncə verib, təhqir etdikdən sonra müəssisəyə qaytardılar.

Onun öz əliylə yazdıqlarını konvertə qoyub İmişli rayon poçtundan xəbərnaməli məktubla ədliyyə naziri Fikrət Məmmədova, Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuro Zakir Qaralova, Qaradağ rayon prokuroruna göndərdim. Əlimdə də göndərdiyim məktubların göndəriş qaiməsi var.

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin “Qaynar Xətti”nə zəng edib, oğluma verilən işgəncə faktını diqqətlərinə çatdırdım. Bildirdim ki, oğlum ölür. Ölümqabağı diqqətinizə 13 saylı Cəzaçəkmə Müəssisəsində baş verən işgəncə faktlarını çatdırıram. Baxan olmadı. Elçin Əlicanovun işgəncələri isə davam etdi. Son 10 günün içində Əlicanovun işgəncələrinə dözməyən Natiq böyrünə şiş söxub və dilini kəsib. Rəis müavini deyir ki, mənə işləməlisən. Deyir ki, ya səni öldürəcəm, ya da dediyimi edəcəksən. Əlicanov deyir ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində 10 nəfəri oldürmüşəm. Sən də olacaqsan 11-ci. Mənə bunun üçün heç nə etməyəcəklər. Uzaqbaşı pulumu alacaqlar. Amma səni öldürəcəm.

“Mənə işləyəcəksən” sözünə görə, oğlum dilini kəsib. Yəni məndən sənə işləyən olmaz. Natiq etiraz olaraq dilini kəsdikdən sonra da o vəziyyətdə E.Əlicanovun şilləvuranı Cavid Əliyev onu yerə yıxıb döyüb. Al-qanın içində Əlicanov ona yenidən 15 sutka da əlavə verib.

Hazırda oğlum Penitensiar Xidmətin müalicə müəssisəsindədir. Yanına gedirik, lakin görüş vermirlər. Danışa da bilmir. Müalicəsi də getmir. Əlicanov oğlumun ölüm fərmanını verib. Əgər oğlum döyülməyibsə, nəyə görə müalicə müəssisəsindədir? Birinci dəfə döyüldüyündə Ədliyyə Nazirliyinə məktub yazdıq, sonra oğlum bizə dedi ki, Cəzaçəkmə Müəssisəsinə Ədliyyə Nazirliyinin İstintaq İdarəsindən 2 nəfər təhqiqatçı gəlib. Onlar cəzaçəkmə müəssisəsinin işgəncə verən əməkdaşlarının dilindən iltizam alıblar ki, bir də belə hallar təkrarlanmasın. Onlara deyibkər ki, əgər belə hallar yenidən baş verərsə, haqqınızda tədbir görüləcək. Onlar gəlib-gedəndən sonra həmin şəxslər Natiqə deyiblər ki, sənin şikayətinə görə, filan qədər pulumuzu aldılar. Elə o gündən də Natiqə daha şiddətli işgəncələr veriblər. Axı mən işləmirəm. Oğlum isə məhkum həyatı yaşayır. Hardan alım Əlicanova pul verim?

Deyirlər ki, guya Natiq Cəzaçəkmə müəssisənin daxili qaydalarını kobud şəkildə pozub. Axı özünü 10 məhkumun qatili kimi qələmə verən Əlicanovun qoçularının yanıbda hansı məhkum qaydaları poza bilər ki? Oğlum içmir, çəkmir, pis vərdişləri də yoxdur. İndi bir qəzadır gəlib başına, cəzasını da çəkir. Pulu yoxdur deyə, məhkumu öldürməlisiniz? Anası bunları eşidəndən vəziyyəti pisləşib. Oğlum cinayət törədib, cəzası nədir çəkir də. O da azadlığa çıxıb, normal həyata qayıtmaq istəyir. Oğlum ətrafdan, cəmiyyətdən təcrid olunub, həyatdan yox ki. Məgər vətəndaş cəza çəkdiyi müddətdə hüquqları əlindən alınır? Sadəcə, azadlığı əlindən alınır, məgər bunu bilmirlər ki? Hazırda bütün ailəmiz stress içindədir. Saytınızda bu haqda xəbər getdikdən sonra Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təhqiqatçısı Natiqin yanına gedib ki, prokurorluğa şikayət etmə. Bəs şikayət eləməsin, Elçin Əlicanov qoçularıyla oğlumu öldursun. Mən Prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova saytınız vasitəsiylə müraciət edirəm. Lütfən, oğluma işgəncə verilməsinin qarşısını alın. Məhkum da Azərbaycan vətəndaşıdır. Onun da hüquqları var”- deyə, o, bildirib.
Oğlumun öz qanıyla yazılmış məktubu aldım dəli oldum - Dili kəsilən məhkumun atası danışdı
Oğlumun öz qanıyla yazılmış məktubu aldım dəli oldum - Dili kəsilən məhkumun atası danışdı
Oğlumun öz qanıyla yazılmış məktubu aldım dəli oldum - Dili kəsilən məhkumun atası danışdı
OXŞAR MÖVZULAR