altun.az

Bakıda avtobus aşdı - YARALILARIN SİYAHISI

15-12-2016, 14:06

Bakıda avtobus aşdı - YARALILARIN SİYAHISI

Bakıda ağır yol qəzası baş verib.

Altun.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gürcüstana gedən sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin siyahısı:
1.Pərvanə Qaradalova 36 yaş
2. Rəfayel Aslanov 52 yaş
3. Mahir Aslanov 22 yaş
4. Kanan Abdullayev 23 yaş
5 Emin Məmmədov 33 yaş
6. Əbülfəz Şəmsiyev 28 yaş
7. Azər Meyxanov 41 yaş
8. Naib İsaqov 22 yaş
9. Ruslan Rəhimov 8 yaş

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 486 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com