Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sevgilisini şəkillərlə şantaj etdi, arvadının mesajlarını tutdu

29 noy 2016, 20:14   
Sevgilisini şəkillərlə şantaj etdi, arvadının mesajlarını tutdu

Sevişdiyi qadının lüt şəkillərini yaymaqla hədələdiyi üçün həbs edilən Anar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Altun.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrlik edib.

Sayt işdə adı keçən qadının sonrakı taleyini nəzərə alaraq, onun adını şərti adla əvəz edib.

Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Anar Məmmədov özünü tam təqsirli bilib. O deyib ki, 2006-cı ildə ailə həyatı qurub və 2012-ci ilin yay aylarında həyat yoldaşından ayrılıb: "2014-cü ildə qeyri-rəsmi olaraq yenə ailəli olmuşam. Rəsmi olaraq heç yerdə işləməmişəm. Taksi fəaliyyəti ilə məşğul olmuşam. Nigarla taksi sürdüyüm zaman tanış oldum. "Şamaxinka" adlanan yerdə müştəri gözləyirdim. Nigar sərnişin kimi maşına mindi və onu Şamaxıya aparmağı xahiş etdi. Yolda gedərkən Nigarla ümumi söhbətlər etdik. Bu tanışlıqdan sonra aramızda mehriban münasibət yarandı və telefon nömrələrimizi bir-birimizə verdik. O gündən etibarən Nigarla mütəmadi olaraq telefonla danışmağa başladıq".

A.Məmmədov ifadəsində bildirib ki, bir müddət sonra Nigarla sevişiblər: "Nigarla təxminən 3 dəfə Masazır qəsəbəsində yerləşən "Qəbələ" restoranına getdik və orada cinsi əlaqədə olduq. Həmin ərəfədə pula ehtiyacım yarandı. Nigardan borc kimi 340 manat pul istədim. O da heç bir tərəddüd etmədən pulu verdi.
Bir müddət keçdi, yenidən pula ehtiyac yarandı. Nigara dedim 500 manat ver. Dedi, iki-üç günə düzəldəcək. 2 gün keçdi, Nigardan xəbər çıxmadı, zəng elədim. Pulu verməkdən imtina elədi".

Təqsirləndirilən şəxs bundan sonra Nigarı şantaj etməyə başlayıb: "Onun bu hərəkəti mənə yer elədi. Əsəbiləşdim, Nigara zəng edib dedim, cinsi əlaqədə olarkən onun lüt şəkillərini çəkmişəm. Hədə qorxuya keçdim. 600 manat pul istədim. Əks təqdirdə onun lüt şəkillərini qardaşına və anasına göstərib biabır edəcəyimi dedim. Nigar qorxdu və pul verməyə razı oldu. Nigarla Akademik Milli Dram Teatrının yanında görüşdük. O, 400 manat pul gətirdi. Pulu götürdüm, dedim, 200 manat da axşama çatdırmasa, birbaşa Şamaxıya gedib onu biabır edəcəm. Ayrıldıq. Üstündən bir-iki saat keçməmiş Nigar zəng edib, qalan pulu götürmək üçün Sabunçuya çağırdı. Pulu rəfiqəsindən almışdı. Pulu verəndə şəkillərini qaytarmağımı xahiş etdi. Dedim, narahat olma siləcəm".

Anar Məmmədovun Nigardan hədə-qorxu ilə pul tələb etməsi bununla da yekunlaşmayıb: "5-6 ay keçmişdi. Pula ehtiyac vardı. Nigara zəng elədim. Hədə-qorxu gəldim və 500 manat lazım olduğunu dedim. Nigar birinci ağladı, sızladı. Lakin 500 manatı verəcəyini dedi. Səhər Nərimanovda görüşdük. 500 manatı ondan aldım. Məndən xahiş elədi ki, həmin şəkilləri ona verim. Dedim ki, yüz faiz siləcəm, narahat olmasın. Üstündən iki-üç gün keçdi. Həmişəki kimi pula ehtiyac vardı. Nigardan 350 manat istədim. Ona da razılaşdı, gətirib pulu verdi. Məndən şəkilləri istədi, içi boş olan "flashcard" verdim ki, şəkilləri burdadır. Bir saat keçmədi, Nigar yığdı ki, verdiyin "flashcard"da heç nə yoxdur. Dedim, o biri kartlımla səhv salmışam. Həmin "flashcard"ı sonra verəcəyimi dedim.

2 həftə keçdi, Nigara zəng eləyib həmişəki variantla 200 manat istədim. Parkda görüşdük. İnternetdən yüklədiyim çılpaq qız şəkilini uzaqdan ona göstərib, dedim, sənin şəklindi. Yanında həmin şəkli sildim, 200 manatımı aldım. Halbuki, onun məndə bir dənə də olsun şəkli yoxuydu. 1 ay olmamışdı yenidən Nigarı yığdım, 300 manat istədim. Dedi, vermirəm, sənin barəndə polisə şikayət edəcəm. Bir az qorxdum, ona görə pul istəmədim. Ümumilikdə Nigardan 2150 manat pul almışdım".

Təqsirləndirilən şəxs Nigarı şantaj etməkdən başqa, qeyri-rəsmi nikahda yaşadığı Almazın (ad şərtidir) sağlamlığına yüngül xəsarət vurmaqda da təqsirləndirilib. Bu barədə danışan şəxs deyib ki, Almazla 2 ilə yaxın ər-arvad kimi yaşayıb: "Bu müddət ərzində bir neçə dəfə Almazla qısqanclıq zəminində mübahisələrimiz oldu. Son vaxtlar Almazın başqası ilə münasibətinin olmasından şübhələnirdim. Evə gəldim, evdə Almaz və azyaşlı oğlu vardı. Gecə saat 02 radələrində Almaza yatmağa getdiyimi dedim. 10 dəqiqədən sonra otağa qayıtdım, telefonla oynayırdı. Əlindən telefonu aldım, gördüm başqası ilə mesajlaşır. Mesajlarda mənim barəmdə alçaldıcı sözlər vardı. Əsəbiləşdim, uşağın kəmərini çıxardım, kəmərlə onu döydüm. Elədiyim əməldən peşmanam, xəcalət çəkirəm. Nigara və Almaza dəymiş ziyanı tam həcmdə ödəmişəm. Onları barışıq əldə etmişəm. Bunların məhkəmədə nəzərə alınmasını sizdən xahiş edirəm".

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Nigar bildirib ki, 2004-cü ildən Bakı şəhərində yaşayır: "Əvvəllər ailəli olmuşam, təxminən iki il əvvəl həyat yoldaşımdan ayrılmışam. Valideynlərimə baş çəkmək üçün Şamaxı rayonuna gedən zaman "Şamaxinka" adlanan əraziyə getdim. Taksiyə mindim, sürücü ilə söhbətimiz tutdu, nömrəmi verdim. Anar o gündən mütəmadi olaraq zəng edirdi, söhbət edirdik. Görüşlər zamanı Anar mənə subay olduğunu, mənimlə evlənəcəyini deyirdi. Mən də ona inandım".

Zərərçəkən şəxs ifadəsində deyib ki, Anar onunla görüşmək istədiyini və onu restorana aparacağını deyib: "Zəng elədi, restorana gedib yemək yeməyi təklif elədi. Onun təklifi ilə razılaşdım və Masazırdakı "Qəbələ" restoranına getdik. Yemək yedik. Ailə quracağımızı dedi, onunla cinsi münasibətdə olduq. Bu hadisədən bir neçə gün keçdikdən sonra Anar zəng eləyib 340 manat borc pul istədi. Heç bir tərəddüd etmədən görüşüb ona bu pulu verdim. Bundan bir neçə gün sonra Anar yenə zəng edərək 500 manat istədi. Maddi imkanım pis olduğundan Anara verməyə pulumun olmadığını dedim. Həmin günün səhəri Anar zəng edərək hədə-qorxu gəlməyə başladı, telefonunda çılpaq şəkillərimin olduğunu dedi. Qorxdum, 600 manat pulu ona verməyəcəyim təqdirdə çılpaq şəkillərimi anama, qardaşıma göstərəcəyini dedi. Həm də həmin şəkilləri internet vasitəsi ilə yayıb məni biabır edəcəyini bildirdi. Şəkillərin nə vaxt çəkildiyini görməmişdim, nə də hiss etmişdim. Qorxumdan, məcburiyyət qarşısında qalaraq qızıl sırğalarımı və boyunbağımı satıb 400 manat pul düzəltdim. Pulu Akademik Milli Dram Teatrının qarşısında Anara verdim. Anar qalan pulu axşama çatdırmadığım təqdirdə şəkilləri yayacağını dedi. Məcburiyyətdən Sabunçuda qalan rəfiqəmdən 200 manat borc aldım. Anarı Sabunçuya çağırıb 200 manatı da verdim. Pulu verəndə Anardan şəkillərini qaytarmasını xahiş etdim, o isə mənə şəkilləri siləcəyini dedi".

Nigar ümumilikdə Anara 2150 manat pul verdiyini deyib: "Hər dəfə pul istəyəndə ordan-burdan borc ala-ala verirdim. Qorxurdum, hər pul verəndə yalvarırdım ki, şəkilləri mənə versin. Bir dəfə içi boş "flashcard" verdi. Zəng elədim, dedi səhv salmışam, sonra verərəm. Bir görüşümüzdə də mənə çılpaq qızın şəkilini uzaqdan göstərdi, dedi, sənin şəklindir. Ha yalvarsam da, yaxından göstərmədi, dedi, siləcəm. Nə qədər pul versəm də, yenə əl çəkmirdi. Ona indiyə qədər 2150 manat pul vermişəm. Axırda həm pulum olmadığından, həm də bezdiyimdən "102" xidmətinə zəng edib, Anar barəsində şikayət etdim. Polisə çağırıldım, izahat yazdım. Barəsində araşdırma başlandıqdan sonra Anar öz səhvini başa düşdü, üzr istədi və mənə vurduğu maddi ziyanı tam şəkildə ödədi. Ona görə də Anarı bağışladım və barışdım. Hazırda Anar Məmmədova qarşı hər hansı iddiam, tələbim və şikayətim yoxdur".

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Almaz isə deyib ki, Anarla 2013-cü ilin avqust ayında tanış olub və qısa zamanda yaxın münasibət yaradıb: "Biz qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Bir gün Anar evə tez gəldi, televizora baxırdıq. Yataq otağına keçdi, mən də telefonla qurdalanırdım. Bu vaxt birdən üstümə hücum çəkib, telefonu əlimdən aldı. Mesajları oxudu. Başqası ilə mesajlarımı tutdu. Məni söyməyə başladı, başıma iki-üç yumruq vurdu. Yumruqların zərbəsindən yerə yıxıldım. Oğlumun kəməri ilə məni döydü. Ona əsəbimdən polisə zəng edib döyülməyimlə bağlı şikayət etdim".

Almaz ifadəsində qeyd edib ki, Anarın başqa qadınla görüşməsindən şübhələnib: "Anar yatanda telefonuna baxdım, gördüm mütəmadi olaraq bir nömrə ilə əlaqə saxlayıb. Həmin nömrəyə zəng eləsəm də, zəng çatmadı. Səhər Anardan bu nömrənin kimə aid olduğunu soruşdum, dedi, bibisiqızıdır. Mənə bərk-bərk tapşırdı ki, birdə o nömrəyə yığmayım. İnanmadım, yığdım ki, bir qızdır. Adı Nigardır. O, mənə Anarla münasibətlərinin olduğunu dedi. Ona söyməyə başladım, Anarı narahat etməməyini tapşırdım. Anar evə gəldi, birinci boynuna almasa da, sonradan Nigarla bir neçə dəfə cinsi münasibətdə olduğunu dedi. Nigara yenə yığdım, söyüşlər söydüm. O isə bildirdi ki, Anar onun lüt şəkillərini çəkib, şəkillərini almaq üçün onunla münasibət saxlayır. Anar evə gələndə bu barədə ona sual versəm də, Nigarın yalan dediyini bildirdi. Anara inandım, Nigara mesaj yazdım ki, birdə zəng eləsə, onu məhv edəcəm".

Almaz ifadəsinin sonunda bildirib ki, Anarla barışıb: "Ərim olub, döyüb, sonradan səhvini başa düşüb. Mən hələ də onu sevirəm, heç bir şikayətim yoxdur".

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Anar Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR MÖVZULAR