Impera

XƏBƏR LENTİ
12:32Qadjetlər uşaqları "məhv" edir-Araşdırma12:19Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı12:16Direktor arvadını 5-ci mərtəbədən atdı-BP20:59Meydən "Breksit"lə bağlı yeni xəbər18:02Bakının bu ərazilərində 2 gün su olmayacaq17:56Azersun Holding MMC-nin sahibi səhmlərini məmurlara satacaq - Gözəl: "...bəddua edəcəklər"16:07Yer Tehranı ildə 25 sm "udur"--SOS16:00Maralla Kamal mahalları bölüşə bilmədi--Türkiyə14:38Sabiq nazir ölümdən döndü14:30Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.14:04Qubada itkin düşən bu tələbə oğlan axtarılır - DİN12:33Fransız “Sarı jiletlilər”i 25 bəndlik tələbdən ibarət manifestini yayımlayıb12:21Ermənistan parlamentini bu cür formalaşdıracaq12:13Yapon iqtisadiyyatı tənəzzüldə12:06Masallıda evin qarajında qaz sızması: ölən var - Rəsmi19:5213 nəfər diri-diri yandı--CAR19:48Gənclər gələcəklərini kiçik şəhərlərdə qursalar, daha xoşbəxt yaşayarlar- Türk tarixçi İlbər Ortaylı19:41Talibandan növbəti hücum: 8 hərbçi öldü...17:39Məmurları daşıyan helikopter qəzaya uğradı: 7 ölü17:15Fransızlardan Trampa sərt xəbərdarlıq: Burnunu soxma!..17:07Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO16:53Putinlə bizim görüşümüz keçiriləcək – Netanyahu açıqladı16:49Makron “Sarı jiletlilər”dən üzr istəməklə qalib gəldi12:17İran hər an vurula bilər-Avropa kəşfiyyatı zəmin hazırlayır11:42Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər11:37Tacikistanda dördəm uşaqlar doğulub11:33Nə Rusiya, nə ABŞ, nə də Çin..- Ukrayna da nüvə təhdidinə başladı11:27Bakıda ağır avtoqəzada qadın sərnişin öldü09:45İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır--Ruhani09:40Dövlət Komissiyası ziddiyyətli məlumat yayıb – Son məlumat09:08Amerika Avropanı diri-diri udmağa hazırlaşır-«Fransızlar məni istəyir» - Tramp08:58Azərbaycanlı iş adamı Rusiyada həbs edildi08:40Heydər Əliyev atasının Putinlə birgə şəklini paylaşıb -FOTO18:34Brüsseldə də "sarı jiletlər" ayağa qalxdı-Yüzlərlə həbs olunanlar var18:27OPEK+ Rusiyaya zərər verəcək - Kudrin17:56Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır-Ə.Amaşov17:46MKİ məxfi əməliyyatlarına rəhbərlik Rusiya qrupunun rəhbərinə tapşırıldı17:31Rusiyaya qarşı Almaniya ABŞ-la birlik yaradır: Avropanı qorumaq üçün...13:04Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu12:28Mavi ekranlardan dilimizi korlayan aparıcıların adları açıqlandı - Siyahı12:17Gəncədə ərə qarşı qadın zorakılığı qeydə alınıb- bıçaqlanma12:13Tramp Tillersonun simasında daha bir rəqib qazanır: Kütbeyin, tənbəl...12:08Putinin ətrafındakı 6 oliqarxa Britaniyadan qadağa başladıldı18:59Ordu paytaxta yeridildi18:55Hamilə keçini zorlayan 22 yaşlı gənc 15 illiyinə azadlıqdan məhrum edildi18:35Vəkillər Kollegiyası sədrini yenidən təsdiq etdi – Nəticə18:26Eks prezident həbs olunur -Video18:17Kürdəmirdə ağır yol qəzasında bir nəfər öldü...17:46DTX-dən vətəndaşlara xəbərdarlıq etdi - Bilə-bilə...20:50Keçi sahibinin 20 min avrosunu yeyib, özünü də ömürlük bir nöqtəyə baxmağa məhkum edib20:38DİQQƏT!--Bu marşrut xətləri birləşdirildi20:30Lukaşenko "xoruz"lanmaq istədi, Putin "xoruz"unu qoltuğuna verdi--Aİİ sammitdə20:21Ruslar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi sənaye müəssisələrində nəzarəti həyata keçirib-Nədən?18:50Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır--Qorbaçov18:33İlham Əliyev Putin və Paşinyanla yan-yana şəkil çəkdirdi- Düşmənlərin acığına17:37Rusiya Ukraynada məğlub olacaq - Xerbst17:31Trafik canavarı daha bir can aldı17:25Putindən siyasi suverenliklərindən məhrum etdiyi müttəfiqlərinə çağırış: İqtisadi suverenliyinizi artırın16:5125 ildən sonra münaqişənin adı dəyişdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" --İrəliləyiş16:43AZAL 2 gün "Atatürk"ə uçmayacaq - Səbəb15:55Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi15:46Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov15:33Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi - Foto15:26Rusiya bu savaşda 100 milyard dollar itirib--Medvedyev15:21ATƏT Qarabağın ermənilərdə qalmasında israrlıdır10:05Onlar deyirlər ki, biz bunu etməməliyik--Paşinyanın gizli danışığı yayıldı09:58Bakıda daha bir təmizlik işçisi maşınla vuruldu09:55Rusiyadan “Bal-E” raket sistemlərinin alınması kimi niyyətimiz də olmayıb - MN09:32Vəliəhd ABŞ-ı savaşa sövq edə bilər - Senatordan xəbərdarlıq09:29Rusiyadan erməniləri müdafiə etməsi ilə bağlı daha bir etiraf-- Biz gedə bilərik...14:56Mən güc yolunun tərəfdarı deyiləm - Dodon14:52İrəvan iş görüb, Bakı Rusiya XİN-ə İrəvanla bağlı etiraz edib...14:42Qubalı qadın internetdə tanış olduğu sabirabadlı "sevgili"sini Qusarda güllələtdi14:30Prezident iqamətgahını arvadına verdi--Olay13:17Sabah intensiv yağış, qar olacaq... - Xəbərdarlıq20:38Heydər Oğuzdan Mirşahinə tərs şapalaq-- Sayqı görmək istəyirsinizsə...20:15Putin, Ərdoğan, Makron və Merkel--- Görüş yeri...20:09NATO-dan Rusiya və İrana çağırış...17:25Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır16:22Koza Nostra mafiyasının 80 yaşlı lideri ələ keçirildi16:18Milanda XİN başçılarının görüşü artıq vəsait itkisidir, nəticə sıfra bərabərdir--Y.Mixaylov16:08DTX-nin saxta hesabındakı üzvlərin sayı rəsmi hesabındakından artıqdır13:31Rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq -- Putindən Paşinyana təklif13:19Azərbaycan diasporasının bərqərar olmamasının səbəbi məlum oldu09:59Müasirləşmənin yeni qurbanları -- Sumqayıtda 15 qazi işindən olub09:44Sabah bizim olduqca vacib görüşümüz olacaq--Prezident Rusiyaya getdi20:29Ankarada partlayış: yaralılar var17:33Ankaranın əlində kompromat var-- Politoloq17:15Növbəti kütləvi zəhərlənmə - AQTA-dan xəbərdarlıq17:02Biz bu adminstrasiya ilə ortaq heç nə istəmirik--Mahmud Abbas16:55Ukraynalılar kütləvi surətdə ölkəni tərk edir--Timoşenko09:30Polşa da rus qazından asılılıqdan qurtuldu--N-TV09:25İngilis əsgərləri Ukraynada miqyaslı hərbi fəaliyyətə başladı--Rusiyadan reaksiya09:16Kələm yeyin, faydasını görün...09:10Bu, sizin üçün pis fondur--İrəvana xəbərdarlıq09:05ABŞ Rusiyaya sanksiyaların ikinci hissəsini tətbiq edərsə...19:04Rusiya və Yaponiya razılaşdı - Moskva nəzarətində olan 4 adadan 2-ni Yaponiyaya qaytaracaq18:55Bu, çox təhlükəli bir oyundur - Rusiya ABŞ-a xəbərdarlıq etdi18:21Elə komandalar var ki..- Qurban Qurbanov18:16Erməni saxtakarlığı İsraili qarışdırdı: Həbslər var
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Pul müqabilində Suriyada vuruşan azərbaycanlıdan ETİRAF

25 sen 2016, 04:25   
Pul müqabilində Suriyada vuruşan azərbaycanlıdan ETİRAF

İŞİD terror təşkilatı yaranandan bəri Azərbaycandan da Suriyaya gedərəkqanunsuz silahlı qruplaşmalara qoşulanlar, döyüşənlər olub.Bu barədə dəfələrlə yazmışıq.Ölkəni tərk edərək İŞİD, “Cəbhətül-Nusra”, “Cundu Şam”, “Ömər Şişani”nin dəstəsi, “Azəri camaatı”, “Ceyşul-Mühacirun və Ənsar”və“Ceyşul Hur”kimi qanunsuz silahlı birləşmələrdə vuruşmaqda ittiham edilənlər, buna cəhd göstərənlərin barəsində cinayət işləri açılıb, mühakimə olunublar.

Son dövrlər sözügedən terror təşkilatının sıralarına daxil olanların sayı xeyli azalsa da, təəssüf ki, bu halın qarşısını tamamilə almaq mümkün olmayıb.Budur, azərbaycanlılardan ibarət daha bir dəstə məhkəmə qarşısına çıxarılıb.Cinayət işindən də göründüyü kimi, gənclərin beyniniən çox “yuyan”sosial şəbəkələrdəki cihadla bağlı dini çağırışlar olub.

Suriyada İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan 7 nəfərin - Bakı şəhər sakini 32 yaşlı Elburus Əzizov, Sumqayıt şəhər sakini 30 yaşlı Namiq Quliyev, Sumqayıt şəhər sakini 28 yaşlı Rasim Bədəlov, 33 yaşlı Qobustan rayon sakini İlahi Əzizov, Beyləqan rayon sakini 26 yaşlı Babək Şirinov, 39 yaşlı Zaqatala rayon sakini Elman Mirzəbəyov və 25 yaşlı Zaqatala rayon sakini Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Altun.az xəbər verir ki, prosesə hakim Rauf Əliyev sədrlik edir.

İttihama görə, E.Əzizov və digərləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.Onların barəsində cinayət təqibi başlanıb, axtarış elan olunub.Ötən ilin sentyabr ayında E.Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

Bəşər Əsədə qarşı aparılan silahlı mübarizə, yoxsa cihad?

E.Əzizov ifadəsində2006-cı ildən etibarən ibadətlə məşğul olduğunu, mütəmadi olaraq məscidə gedib-gəldiyini, 2013-cü ildə “Abdulmalik”lə (Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il 6 ay cəza alan, hazırda həbsdə olan Malik Musayevi nəzərdə tutur-virtualaz.org) təsadüfən tanış olduğunu bildirib, görüşlərin birində “Abdulmalik”ona Suriyaya gedib Bəşər Əsədə qarşı aparılan silahlı münaqişələrdə, cihadda iştirak etmək istədiyini, ona da birlikdə getməyi təklif etdiyini göstərib: “Onun təklifi ilə razılaşdım.1 yanvar 2014-cü ildə “Abdulmalik”lə birgə Gürcüstana, oradan Türkiyə-Suriya sərhəddini qanunsuz keçərək Babil-Hava şəhərinə gəlib, Aqil Hacıyevin (“Sumqayıt camaatı”nın əmiri kimi tanınan A.Hacıyev əslən Lənkəran rayonundan olub. Bəzi məlumatlarda onun 2014-cü ilin aprel ayıında itkin düşdüyü, “Ən Nusra” tərəfindən tutulduğu və şəriət qanunlarına görə barəsində hökm çıxarıldığı bildirilir-virtualaz.org) rəhbərlik etdiyi “Sumqayıt camaatı”na qoşulduq. Mənə “Abdulxaliq” dini adı verildi”.

“Ya qalıb döyüşməli, ya da geri dönməliydik”

E.Əzizov ifadəsində göstərib ki, “Sumqayıt camaatı” azərbaycanlılardan, ərəblərdən və türklərdən ibarət olub.Dəstəyə dini ləqəbi “Abdullah” olan şəxs nəzarət edib.“Abdullah” ondan Suriyaya gəlişinin səbəbini soruşduqda cihadda iştirak etməsini istədiyini açıqlayıb və silah tapmağı xahiş edib.Hətta buna görə“Abdullah”a 600 dollar verib. O da silahı yaxın günlərdə gətirəcəyini deyib. E.Əzizov Suriyada olduğu müddətdə heç bir hərbi təlimdə, döyüşlərdə iştirak etmədiyini, yalnız ibadətlə məşğul olduğunu deyib.2014-cü ilin fevral ayında “Sumqayıt camaatı” ilə “Cəbhət ən-Nusra” arasında münaqişə yaranıb: “Qarşımıza belə şərt qoydular: Ya həmin terror qruplaşmasının tərkibində qalıb döyüşməli idik, ya da geri qayıtmalı idik.Mən də geri qayıtmağa qərar verdim”.

“Təlim alandan sonra ön cəbhəyə yollanırdılar”

Təqsirləndirilən şəxs qismində dindirilən İlahi Əzizov ifadəsində 2012-ci ildə Suriyada baş verənlərdən təsirlənərək orada hökumət qüvvələrinə qarşı cihadda iştirak etmək qərarına gəldiyini, bu məqsədlə Müşfiqabad qəsəbəsindəki məsciddən tanıdığı, Suriyadakı “Azərbaycan camaatı”nın əmiri “Abu Yahya” ləqəbli Nicat Aşurovla telefon əlaqəsi saxlayaraq onun rəhbərlik etdiyi dəstədə döyüşmək niyyətində olduğunu göstərib: “Həmin ilin dekabr ayında Suriyaya getdim. Hasan adlı qaçaq məni Artma vilayətinə gətirib “Abu Hafs” ləqəbli İntiqam Əliyevin rəhbərlik etdiyi dəstəyə təhvil verdi. Həmin dəstədə bizə hərbi və dini təlimlər keçilirdi, silahla davranış qaydaları öyrədilirdi. “Abu Yəhya”nın dəstəsinə nisbətən biz bir qədər arxada məskunlaşmışdıq. Buraya əsasən Suriyaya yeni gələnlər toplanır, təlim alandan sonra ön cəbhəyə yollanırdılar.Dəstədə olarkən Babək Şirinov və Namiq Quliyevlə tanış olmuşdum”.

“Ailəmin təkidi ilə Azərbaycana döndüm”

İ.Əzizovun sözlərinə görə, üç-dörd ay təlimlərdə iştirak etdikdən sonra “Abu Yəhya”nınrəhbərlik etdiyi dəstəyə qoşulmaq üçün Suriyanın Hanadan şəhərinə gedib. “Abu Yəhya” onu qarşılayaraq “Mühacir” adlı düşərgəyə aparıb.İŞİD qruplaşmasının tabeliyində olan həmin dəstəyə qoşulandan sonra bir ay Hanadanda Suriya hökumətinin Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.Hətta bir dəfə qızğın döyüşlər zamanı hər iki tərəfdən çoxlu sayda itkilər olsa da, döyüşdən sağ-salamat, yaralanmadan çıxıb.Bundan sonra “Abu Yəhya” onu Rakkaya göndərmək istəsə də, imtina edərək həmin camaatı tərk edib və dörd ay Hamadanda qalıb, heç bir camaatın tərkibinə qoşulmayıb.Ailə üzvləri ilə telefonla əlaqə saxlayarkən onlara Suriyada olduğunu deyib.Ailəsinin təkidi ilə 2012-ci ilin ortalarında Azərbaycana qayıdıb.

“Cihadda iştirak etmək üçün gələnlərin yığışdığı evdə məskunlaşdıq”

Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Quliyev 2007-ci ildən sələfi təriqəti üzrə etiqad etməyə başladığını, Suriyadakı prosesləri internet vasitəsilə izlədiyini, döyüşlərdə iştirak etmək qərarına gəldiyini göstərib: “Sumqayıt şəhər sakinləri Tural, Rəcəb, Emin, Tamerlanla birgə 2012-ci ilin oktyabr ayının 15-də Türkiyəyə gəldik. Oradan Artma vilayətinə keçərək “Cəbhət ən-Nusra”nın nəzarətindəki, cihadda iştirak etmək üçün gələnlərin yığışdığı evdə məskunlaşdıq. On gün gözləmə məntəqəsində qaldıq.Həmin vaxt orada mənə “Hüseyn” dini ləqəbi verilmişdi.Məni sonradan Dana qəsəbəsində “Abu Hafs”ın rəhbərlik etdiyi silahlı dəstənin təlim düşərgəsinə apardılar.Üç ay orada odlu silahlardan istifadə qaydası üzrə təlimlər aldım, dəstə üzvlərinə ərzağı “Abu Hafs” ləqəbli İntiqam Əliyev paylayırdı. Orada olarkən “Yunus” ləqəbli İlahi Əzizov və Babək Şirinovla tanış olmuşdum. 2013-cü ilin fevral ayında Azərbaycana qayıtmışam”.

“Suriyada gedən proseslərə etiraz etdim”

Təqsirləndirilən şəxs qismində dindirilən Rasim Bədəlov 2013-cü ilin yay aylarında internet vasitəsilə Suriyada gedən prosesləri izlədiyini, yaşamaq üçün ora getmək qərarına gəldiyini göstərib.Həmin ilin iyun ayında Əmirağa adlı tanışı ilə görüşüb.Əmirağanın özü ilə gətirdiyi üç nəfər şəxslə birgə Suriyaya yola düşüb. Bir ay Trabzonda qaldıqdan sonra Artma şəhərinə gedib: “Milliyyətcə türk olan Əhməd adlı qaçağın köməkliyi ilə sərhədi keçdik. Vüsal adlı şəxs bizi qarşılayıb bir evə yerləşdirdi.İyirmi gün orada qaldıqdan sonra Suriyadagedən proseslərə etiraz etməyə başladım, Azərbaycana qayıtmaq qərarına gəldim.Heç vaxt heç bir camaata qoşulmamışam, təlimlərdə olmamışam, döyüşlərdə iştirak etməmişəm.Orada tanış olduğum Rüstəm adlı şəxsin köməkliyi ilə Azərbaycana qayıtmışam”.

“Gözüm zəif gördüyü üçün mətbəx işlərinə keçdim”

Təqsirləndirilən şəxs qismində dindirilən Babək Şirinov hazırda ailəsi ilə birgə uzun müddətdir Suriyada yaşayan bibisioğlunun dəvəti ilə “Əhli-sünnə” məzhəbinə uyğun ibadət etməyə başladığını, 2012-ci ildə “İlahiyyat” məscidində dini ləqəbi “Əbu Aişə” olan Eldəniz adlı şəxslə tanış olduğunu göstərib: “Qohumum Rəşad da yanımda idi. Eldəniz Suriyanın şəriət qanunları ilə idarə olunduğunu dedi, birlikdə getməyi təklif etdi, biz də razılaşdıq”.

B.Şirinov ifadəsində göstərib ki, 2012-ci ilin sentyabr ayında Türkiyəyə, oradansa Artma şəhərinə gedib.“Abu Hafs”ın dəstəsinə qoşulub, özünə “Abdulla”dini ləqəbini götürüb.Gözü zəif gördüyünə görə, yalnız mətbəx işlərinə keçib. Beş-altı ay orada qalıb işləyərək ayda 100 dollar maaş alıb. 2013-cü ilin mart ayında Azərbaycana qayıdıb.

Sərhədi keçməyə cəhd edərkən “dayan” əmri verilib

B.Şirinov iki il sonra -2015-ci ildə yenidən Suriyaya qayıdaraq döyüşmək istəyib. Yol pulu əldə etmək üçün tanışlarından borc pul alıb.Amma pasportu olmadığına görə tanışı Elman Mirzəbəyovdan onuGürcüstandan Türkiyə ərazisinə keçirməsini xahiş edib.2015-ci ilin oktyabr ayında B.Şirinov E.Mirzəbəyevlə birlikdə sonuncunun Zaqatalanın Əlilabad kəndində yaşayan qohumu Əfqan Şamxalovun evinə yollanıblar.Oktyabrın 15-də gecə saat 3 radələrində rayonun Muğanlı kəndi ərazisindəki zastavanın arxa hüduduna gediblər, sərhədi keçmək istərkən Dövlər Sərhəd Xidmətinin əməkdaşları ilə qarşılaşıblar.“Dayan” əmrindən sonra B.Şirinov qaçmağa başlayıb.Lakin çox qaça bilmədiyindən sərhədçilər tərəfindən yaxalanıb.E.Mirzəbəyev isə həmin vaxt qaçıb aradan çıxmağa müvəffəq olub.Hadisədən 1 ay sonra əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Qazma kəndi ərazisində saxlanılıb.Onun üzərindən “Kalaşnikov”və “Sayqa”avtomat silahları, patronlar aşkar edilərək götürülüb.

“Barəmdə axtarış elan olunduğunu dedilər”

Təqsirləndirilən Elman Mirzəbəyov ifadəsində Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşadığı evi sataraq GürcüstanınSaqareco rayonunun Qaraçöp kəndinə qayınatasının evinə köçdüyünü, sonralarsa Bakıya gələrək kirayə yaşadığını göstərib. Təxminən bir il əvvəl tikintidə işləyərkən tanış olduğu Babək Şirinov ona Suriyaya getmək istədiyini, amma pasportu olmadığına görə gedə bilmədiyini, qanunsuz yolla sərhədi keçmək istədiyini deyib. O da öz növbəsindəköməklik edəcəyinə söz verib: “Bacım oğlu Əfqanın evi boş olduğundan Babəki ora yerləşdirdim. Babək Suriyaya getmək istəyir, orada hər şeyin normal olduğunu deyirdi, müəyyən şəxslərə zəng vurub pul istəyirdi, şəxsiyyət vəsiqəsi olmadığına görə ona gələn pulu götürməkdə köməklik göstərməyi xahiş etmişdi. 5 kilometr yolu piyada getdikdən sonra Alazan çayı üzərindəki körpüyə yaxınlaşdıqda qarşımıza əsgər çıxdı, “dayan”əmri verdi. Mən qaçıb üç gün meşədə gizləndim.Sonradan bacımla əlaqə saxlayarkən axtarışa verildiyimi öyrəndim”.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər elan olunmuş ittihamlarla özlərini təqsirli bilməyiblər.Onlar Suriyada heç bir qruplaşmanın tərkibində döyüşmədiklərini və heç bir təlimlərdə iştirak etmədiklərini bildiriblər.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir.
OXŞAR MÖVZULAR