Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Aborta pul verməyin dərdindən öldürüblər gəlini" - Başı kəsilən 4 uşaq anasının QƏTLİ

16 noy 2016, 13:20   
"Aborta pul verməyin dərdindən öldürüblər gəlini" - Başı kəsilən 4 uşaq anasının QƏTLİ

“Biri var əzizini maşın vura, elektrik çarpa, nə bilim, xəstəlik tapıb ölə, ağlayasan-ağlayasan, daha sonra sakitləşəsən. Biri də var balanı işgəncə ilə öldürələr. Onda adam yaşaya bilmir, nəfəsi kəsilir”.

Bu sözləri sentyabrın 30-da həyat yoldaşı Xəyal Verdiyev tərəfindən öldürülən Səbinə Verdiyevanın atası Məzahir Cabbarov deyir.

Altun.az xəbər verir ki, jurnalistlər Qəbələnin Kürd kəndində yaşayan Cabbarovların evində olub, öldürülən gəlinin ailəsi, qohumları ilə danışıb...

Uşaqların ikisi də qız olduğu üçün əziyyət etməyə başladılar

Atası deyir ki, qızı 7 il əvvəl Xəyal Verdiyevlə ailə qurub:

“Qayınanası bibimin qızıdır. İlk dəfə qızı istəyəndə razılaşmamışdım. Dedim, bu söhbəti etməyək. Bibimin yenicə rəhmətə getdiyi ərəfə idi. Hamımız həssas idik. Bibim qızı gəldi, dil tökdü. Mən də fikirləşdim ki, bir qız bir oğlanındır, bu ailə də özümüzünkülərdir. Məsləhətləşdik, razılaşdıq. Toy eləyib apardılar”.

Atası ailə qurandan sonra Səbinənin təxminən bir il normal münasibətdə yaşadığını söyləyir. Ən azından səslərini eşitmədiklərini deyir:

“Daha sonra başladılar, nə başladılar. İlk uşaq doğulandan sonra qızımla çox pis rəftar edirdilər. Sonra ikinci uşaq da oldu. Uşaqların ikisi də qız olduğu üçün Səbinəyə əziyyət etməyə başladılar. Elə həmin vaxtlar soyuqda, qarda o qədər mala, heyvana baxmışdı ki, brüssülyoz xəstəliyi tapmışdı. Aylarla 41 dərəcə qızdırmada yatıb, bir dəfə də həkimə aparıblar, amma bizə deməyiblər. Sonradan həkimə apardıqlarını da başımıza vurdular ki, gəlinə xərc çəkməkdən müflis olmuşuq. Axırda da gətirib qapımıza atdılar, dedilər:

“Bizə xəstə qız vermisiz”. Bir neçə ay saxladıq, müalicə etdirdik. Həkim xəstəliyin mənbəyinin mal-heyvan olduğunu dedi. Yazıq uşaq 2 aydan sonra özünə gəldi. Bir müddət sonra da xəstəliyi keçirə-keçirə onlara oğlan doğdu”.

Ölsəm də, 3 balamdan, ailəmdən ötrü öləcəm, pis olmayın
Səbinənin anası Sevda Cabbarova deyir ki, üçüncü uşaqdan sonra vəziyyət daha da ağırlaşıb. Səbinənin qara günləri başlayıb:

“Fevralın soyuğunda döyüb, atmışdılar qapımızın ağzına. Nə ağız, nə burun, nə çənə qalmışdı. Qanın içində idi. Təcili yardım çağırıb apardıq xəstəxanaya. Həkimlər qanı güclə kəsdilər. Polis soruşdu ki, qızım, sənə nə olub. Səbinə cavab verdi ki, yıxılıb. Bu sözü deyəndə mən dəli oldum. Ağzımızı açmağa imkan vermədi. Dedi: “Mənim 3 balam var. Onları neyləyim?”. Dedim, qızım, bunlar səni öldürəcəklər. “Ölsəm də,3 balamdan, ailəmdən ötrü öləcəm, pis olmayın” - dedi”.

Sözümə baxmadı, evimizdə qalmadı
Məzahir Cabbarov deyir ki, sonuncu dəfə qızını 2015-ci ilin iyununda döyüb, ata evinə göndəriblər:

"Bədəni, üzü gömgöy idi. Dedi: “Qayınanam məni bir günə qoyub ki, balalarımı götürüb birtəhər qaçmışam”. “102"-yə zəng etdim. Gəldilər, yazıb-pozdular, ailəyə xəbərdarlıq etməyə gedirdilər ki, qızım qabaqlarını kəsdi, yalvardı ki, etməsinlər. “Ata, sonra mənə deyəcəklər ki, bizi polisə verdin, tutdurdun. Günüm daha da qara olacaq. Mən uşaqlarımı atalarından ayıra bilmərəm”- dedi. Sözümə baxmadı, evimizdə qalmadı, uşaqlarını götürüb getdi”.

Sevda Cabbarova deyir ki, Səbinə öləndə hamilə imiş:

"Aborta pul verməyin dərdindən öldürüblər qızımı. Kiçik uşağı 1 yaş yarımlıqdır. Dedi, bu uşağı heç cür saxlaya bilmərəm. Digəri də körpə, o birilərin dərsi, ehtiyacı, ailə də yola vermir. Aborta məcbur idi. Üstəlik, xəstəlikdən yeni durub. Zəng elədim ki, qızım, atan bir yerdən tapıb versin, get aborta. Dedi: "Yox. Həmişə siz müalicə etdirmisiz, mənə görə nə qədər xərcə düşmüsüz. Amma abortdan ötrü dünya dağıla atamdan pul almaram. Özləri verməlidilər”. Yəqin şənbə axşamı Səbinə deyib ki, bir heyvan verin, sataq, aborta gedim. Görünür onlar razılaşmayıb, aralarında dava düşüb. Axırı da ölümlə nəticələnib”.

Hamilə olduğunu gizlədirlər ki, ağır cinayət hesab edilməsin
Səbinə oktyabrın 30-da gecə saatlarında öldürülüb. Anası deyir ki, hadisəni səhər saat 9-da qonşudan eşidib:

“Halımı təsəvvür edin. Ayaqyalın, qaça-qaça getdim. Gördüm polislər hər yeri əhatəyə alıblar. Soruşdum balam hardadırsa gəlsin. Xəstəxanada olduğunu dedilər. Sevindim ki, sağ-salamatdı. Daha nə biləydim morqda olduğunu? Səbinəni necə öldürdüklərini, nə vaxt elədiklərini demirlər, gizlədirlər. Planlı işdi. Hamilə olduğunu gizlədirlər ki, ağır cinayət hesab edilməsin. Halbuki, öldürülmə səbəbi hamiləlik olub”.

Vəkil tuta bilmirik, pulumuz yoxdur
Sevda Cabbarova deyir ki, indiyə qədər Səbinə bilməyib qayınana-qayınata sözü götürsün, əri ilə dolansın, yoxsa uşaqlara baxsın:

"Ona görə də 4-cü uşağı istəmirdi. 3 uşaqla kifayətlənmişdi".

Ailə nəvələrinin o evdə qalmasına da razı deyil. Deyirlər, o evdə cinayət törədilib, qanlıdır. Uşaqların həmin evdə psixologiyaları korlanacaq:

“Özü də onların başqa otağı yox idi. Elə bir otaqda qalırdılar. Deməli, anaları gözlərinin qabağında öldürülüb. Nəvələrimizi o evdən çıxarmaq istəyirik. Amma vəkil tuta bilmirik, pulumuz yoxdur. Qarşı tərəfin isə imkanı yaxşıdır. Qonşular deyirlər ki, Nic bazarına sürüynən qoyun çıxarıblar. Deməli, nəsə niyyətləri var. Onlar uşaqları bizə verməmək üçün hər şey edərlər. Biz isə balamızın yadigarlarını o evdə, qatillərin içində qoymaq istəmirik”.

Yan otaqda adam öldürürlər, sənin xəbərin olmur?
Ailəsi Səbinənin ölümündə qayınana və qayınatasının da əlinin olduğunu düşünür:

“Necə olur ki, yan otaqda adam öldürürlər, sənin xəbərin olmur? Bu, inandırıcı deyil və əlbir olduqlarını göstərir. Özü də qonşulardan qulağımıza çatıb ki, həmin gecə Səbinə ayaqyalın kəndin mərkəzinə qaçıb. Tutub geri gətiriblər. Sadəcə ölüm hadisəsidir, polisə düşməmək üçün kimsə şahidlik etmək istəmir. Əməlli-başlı əlbəyaxa döyüşüblər. Ancaq evdəkilərin xəbəri olmayıb?”

Əli, qolu, üzü, ayaqları və bir də boynunun arxası kəsilib
Mətbuatda yayılan xəbərlərdə deyilirdi ki, Səbinə Verdiyeva boğularaq öldürülüb. Ailəsi isə bunun yalan olduğunu deyir.

“Əvvəlcə dedilər, qızı boğub öldürüblər. Meyiti yuyan qohum-əqrəba isə deyir ki, qızın hər yeri kəsik-kəsik idi. Əli, qolu, üzü, ayaqları və bir də boynunun arxası. Deməli, əlində bıçaq olan adamla döyüşüb əməllicə. Bir neçə yeri kəsilib və sonda öldürmək üçün boynunun dalını kəsiblər” – deyir, Sevda Cabbarova.

Bizim tək istəyimiz ədalətin bərpa olmasıdır
Məzahir Cabbarov deyir ki, onların vicdan, qeyrət damarları quruyub. Bu uşaqlar onların yanında anaların istəsələr, görən bir balaca özlərinə gələrlərmi?

“Təsəvvür edin, bizim əlimiz heç bir işə yatmır, özümüzü itirmişik. Balamız gedib. Belə götürəndə onların da balası gedib də. Ölməyib, amma həbs edilib. Dünən rayondan gələndə onların torpağının yanından keçdim. Görürəm, kişi mahnı oxuya-oxuya taxıl səpir. Heç vecinə də deyil. Görün, bu adam hadisəyə nə qədər biganədir”.

Səbinənin ailəsinin bundan sonra tək istəyi var, qızlarını itiriblər, heç olmasa haqq yerini tapsın:

“Hal-hazırda ona qaldırılan iş çox yüngüldür. 9 ildən 12 ilə kimi həbs düşür. 40 yaşında həbsdən çıxıb başqasının balasını da bədbəxt edəcək. Hamilə qadını 3 balasının gözünün önündə öldürməyin cəsazı 12 il olmamalıdır. Mənim balam öldü, indi bizim tək istəyimiz ədalətin bərpa olmasıdır”.

Gedəndə dedi ki, hamınızı gördüm, bircə İlqar qaldı
“Biz balamızı o evdən ayıra bilmədik. Bizdə qalanda uşaqlarını vermirdilər. O da həsrətə dözmədi, gecə-gündüz uşaqlarını sayaqlayırdı. Axırda da qaçırdı. Biz valideyn olaraq dəfələrlə dedik ki, ayrıl. Hətta onları polisə də verdik, məhkəməlik olduq. Ancaq qızımızı evdə oturda bilmədik. Ölümündən 3 gün əvvəl də gəlmişdi. Gedəndə dedi ki, hamınızı gördüm, bircə İlqar qaldı. İlqar kiçik qardaşıdı. Bakıda işləyirdi. Elə o sözü də bizi məhv edir. Elə bil ürəyinə dammışdı” – deyir, Sevda Cabbarova.

Testdə qızın hamilə olduğu çıxmasa, düşünəcəm ki, Allah bizdən xəbərsizdir
Səbinənin əmisi Sərdar Cabbarov isə deyir ki, iş ağır cinayətə yönəlməsin deyə hamiləlik faktını gizlədirlər:

"İndi analizlər Bakıya gedib. Cavab gəlsə ki, qız hamilə deyildi, düşünəcəm, Allahın bizdən xəbəri yoxdur. Bu, tam ədalətsizlik olacaq".

Məzahir Cabbarov qızının ölümünü eşitdiyi günü xatırlayır, özünü saxlaya bilməyib hönkürür. Deyir, həmin günü səhər kəndə çıxıbmış. Qardaşının nəvəsi dalınca gəlib ki, baba, evə get:

“Səbəbini soruşdum, demədi. Yolda da hamı mənə qəribə-qəribə baxır. Əlim-ayağım əsdi. Az qaldım yıxılam. Evə çatanda gördüm ki, vay-şüvəndi. Oğlum özünü götürüb yerə çırpır. Bu, bilirsiniz necə hissdir? Dəli oldum eşidəndə. Əlimdən də heç nə gəlmədi. İndi bilirsiz nəvələrimin o evdə qalmasına niyə razı deyiləm? Bəlkə də mən kasıbam, şəraitim yoxdu, uşaqlara baxacaq imkanım yoxdu. Bəlkə də dövlət bunlara görə uşaqları mənə verməz. Amma orda qalmalarını istəmirəm, onlardan da alsınlar. Mən rahat yata bilmirəm”.

Deyirdi, evdə məni dindirmirlər
Gəlinləri Liza Cabbarova Səbinənin anası və atası ilə bölüşmədiklərini onunla bölüşdüyünü deyir:

"Atası-anası pis olmasın deyə tapşırırdı ki, danışdıqlarını heç kimə deməyim. Deyirdi, evdə məni dindirmirlər. Ata-anamın bizə gəlməsinə qarşıdılar. Söz soruşanda da cavab vermirlər. Baldızı ilə arası yaxşı idi. Gələndə onunla söhbət edir deyə, onu da evə qoymurdular”.

Səbinə öldürülən gündən öncəki gün ortancıl qızının ad günü imiş. 4 yaşı olurmuş. Liza deyir ki, axırıncı dəfə də adam göndərmişdi ki, uşaqları ad gününə göndərim:

“Razı olmadım ki, sonradan problem yaşamasın. Zəng elədi, yalvardı ki, mənim qapımı onsuz da heç kim açmır, barı qardaşımın balaları gəlsin. Mən də uşaqları geyindirib göndərdim. Ondan bir gün sonra da bu hadisə baş verdi”.
"Aborta pul verməyin dərdindən öldürüblər gəlini" - Başı kəsilən 4 uşaq anasının QƏTLİ

Elə bil milçəkdi, öldürüb atıblar
Mətanət Cabbarova Səbinənin əmisi arvadıdır. Deyir, ailəsindən əvvəl hadisəni onlar eşidib:

“Eşitdik ki, morqa aparıblar. Getdik, buraxmadılar. Heç kim yoxdu, ancaq polislər idi. Polisin hərəsi bir yanda başını tutub ağlayırdı. Onlar gələndə Səbinənin meyiti evin ortasında, üzü açıq imiş. Balaları saçını, ayaqlarını sığallayırmış. Elə bil milçəkdi, öldürüb atıblar. Biz dözə bilmirik. O qədər sakit, ağıllı uşağa, bu, rəva deyildi. Söz soruşurdun, cavab verməyə də utanırdı, boynunu bükürdü. Elə balanı öldürərlər?”

Günahkaram, balamı saxlaya bilmədim
“Bala itirmək ağır dərddir. Balanın öldürülməsi ondan da betərdir. Belə yaşaya bilmirəm”, - Məzahir Cabbarovun sözləridir. Ata bildirir ki, bu hadisədən sonra əli işə də yatmır. Səhərə kimi həyətdə dolaşır:

“Bəzi adamlar günahı bizdə görür bəlkə. Günahkaram, balamı saxlaya bilmədim, o, özünü uşaqlarına fəda etdi. Biləm ki, balam geri gələcək, öz canımı qurban verərəm. Təəssüf, Səbinə heç vaxt mənim sözümə qulaq asmadı. Mən gətirdim, o getdi. Mən məhkəməyə, polisə verdim, o bağışladı. Çox təəssüf, əlimdən heç nə gəlmədi...”.

Xəyal o qədər də gücsüz oğlan deyil...
Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ Prokurorluğu tərəfindən araşdırma aparılır.

Verdiyevlər ailəsi isə baş verənlər haqqında danışmaqdan imtina etdi.

Yalnız təqsirləndirilən şəxsin əmisi Ələm Verdiyev hadisədən sonra "Space" vasitəsilə ittihamlara belə cavab verib:

"Xəyal o qədər zəif, gücsüz oğul deyil ki, gəlini öldürməyə gücü çatmaya, ana və atasından kömək istəyə. Təkbaşına öldürüb, cəzasını da çəkəcək".
OXŞAR MÖVZULAR