Bugün:

Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı

13 may 2018, 20:54, altun
    Oxunub: 438
Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də baş verib.
"Opel" markalı avtomaşınla "VAZ 2109" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.