Bugün:

Rusiyada ata qızlarını öldürərək intihar edib

17 mar 2018, 19:52, altun
    Oxunub: 0
Rusiyada ata qızlarını öldürərək intihar edib

Rusiyanın Tümen vilayətində iki azyaşlı qızın ölümü ilə bağlı cinayət işi açılıb.
Altun.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, cinayətdə intihar edən ata təqsirli bilinir.
Faciə martın 16-da baş verib. Evdə üzərində zorakılıq əlamətləri olan 2011-ci il təvəllüdlü iki qız və 1981-ci il təvəllüdlü atalarının cəsədi tapılıb. Hüquq-mühafizə orqanları qızları atanın öldürdüyünü təyin ediblər.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir. Müstəntiqlər araşdırma aparır.