Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Masallı Mamed – Hikmətdən sonra... - Foto

11 mar 2018, 17:22   
Masallı Mamed – Hikmətdən sonra... - Foto

Bu yaxınlarda bir polisin (onu işdən dərhal qovdular) Masallı haqda əxlaqdan kənar videosu yayılanda yadıma nədənsə, ilk olaraq Masallı Mamed düşdü. Masallı təkcə bütün keçmiş SSRİ-də tanınan qanuni oğru ilə məşhurlaşmayıb, təbii ki, bu bölgə elm xadimləri, tanınmış sənətkarlar, din adamları ilə də tanınıb.
Amma bu məqamda məhz niyə Mamedin yada düşməsinə xüsusi izahat vermək lazım gəlmir. Bu yerdə məhz onun yeri, onun müdaxiləsi, sözünün ağırlığı görünürdü axı...Masallı Mamedi martın bu boz günlərində yada salmağın başqa bir səbəbi də var. 9 gün sonra, martın 20-də Masallı Mamedin vəfatının 7 ili tamam olur.
Daha bir xatırlatma: 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan Bəxtiyar Kərimov (Lotu Bəxtiyar) doğulub. Ondan bir il sonra Masallı Mammed kimi tanınacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı qanuni oğrunun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib. Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız Masallı Mamed, Bəxtiyar dünyaya gələn doğma torpağında dəfn olunub: 21 martda....
Masallı Mamedi yada salmağı o mənfur videotiplə əlaqələndirmək istəməzdim. Mümkündür ki, kriminal bir həyat yaşamış bir adam haqda geniş yazmaq kimlərinsə xoşuna gəlmsin. Amma etiraf etmək lazımdır ki, tale və seçdiyi yol ona Masallını da, Azərbaycanı da sərhədlərindən kənarda tanıtmağı nəsib edib.
***
1960-cı ilin noyabr ayının 4-də Masallıda İsgəndər kişinin ailəsində evin ilk uşağı - Məmməd dünyaya gəldi. Ondan sonra bu ailədə daha dörd qardaş da doğulacaqdı. Atası rayonun tanınan və imkanlı adamlarından - univermaqda müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda yerləşən Ərkivan kəndində bitirib.
1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və “yeyən” şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb, sonra...Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq gözləyirdi...
Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri götürməsini istəyir. Lakin... gənc Məmməd sovet milisini vurduğu üçün 3 il məcburi əməyə cəlb olunur.
Bu olaydan heç bir il keçməmiş, üzərində cəza olan Məmməd Bakıda ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə “vışka” təhlükəsi yaradır. “Vışka” ən ağır cəza-ölüm hökmü demək idi...Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə- “krıtıda” çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.
Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc arestant ağır rejimli başqa bir sovet həbsxanasına - Qroznıya köç edilir..... Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə (“Dağlı Cavanşir”) birgə cəza çəkməli olur. Əslən Xızıdan olan Cavanşir 15 yaşında -1982-ci ilin aprel ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki “maloletkada”- uşaq islah əmək müəssisəsində çəkmişdi. Sonra isə onu Qroznıda ciddi rejimli kolona göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda “Dağlı Cavanşir” hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki “Sentral” həbsxanası olur. Məmməd burada kriminal qaydalar tətbiq edir, obşak yaradır və vəziyyətə (“polojeniya”) nəzarət edir.
1992-ci ilin mart ayında azadlığa çıxan və artıq “Mamed Masallınski” kimi tanınan avtoritet doğum günündə ailə həyatı qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü ildə Masallı Mamed Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar qanuni oğruların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən qanuni oğrular ona kriminal aləmin ən ali titulunu təklif edir.
1995-ci ildə Sabirabada qanuni oğru Hikmət Muxtarovun -Sabirabadlı Hikmətin toyunda Lotu Bəxtiyar təklif edir ki, məhz həmin gün Masallı Mamedlə Dağlı Cavanşirə kriminal aləmdə haqq etdikləri “tac” verilsin. Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə qanuni oğru adını onun özünə böyük qardaş hesab etdiyi Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən nüfuzlu avtoritetlərindən olan Novxanılı Hikmətin şadlıq sarayında əvvəl Masallı Mamed, sonra isə Cavanşir qanuni oğru adı alır. Qeyd edək ki, Novxanılı Hikmət hazırda Rusiyada həbsdə olan qanuni oğru Novxanılı Dadaşın atasıdır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, Sabirabadlı Hikmət, Nardaranlı Mirseymur, Ağbaş Çingiz kimi qanuni oğrular da iştirak edir.
***
Son illər Rusiyada yaşayan Masallı Mamed Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz Masallı Mamedin varis olması müzakirəyə çıxarılıb.
Elə həmin il Masallı Mamed üzərində “Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda Masallı Mamedin məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.
2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn qanuni oğru narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək, elə rayonundaca saxlanılır və 3 il müddətinə azadlıqdan məhrum edilir.
O, nüfuzlu avtoritet kimi “srok”unu Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə Masallı Mamed 1 saylı həbsxanaya göndərilir.
Məlumatlara görə, təcridxanada olduğu müddətdə səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma “zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir. Yaxınlarının mətbuata verdikləri məlumata görə, Masallı Mamedin ölümünə səbəb beyninə qan sızmasıdır.
Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan oğru ideyasına sadiq oldu.
Masallı Mamedi azərbaycanlı qanuni oğruların sonuncu mogikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi. Sabirabadlı Hikmətin qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan kriminalları böyük qardaş kimi Masallı Mamedin ətrafında toplaşa bilərdilər. Rusiya kriminalının xaç atası sayılan Ded Xasanın başçılığı ilə keçirilən sxodkada Azərbaycan kriminal qruplaşmasını Masallı Mamed təmsil edirdi.
Onun böyük qardaş kimi hədsiz nüfuzu azərbaycanlı kriminalların onun ətrafında toplanmasını mümkün edirdi. Fəqət, hələ Hikmətin qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl oldu.
***
Martın 20-də Masallı Mamedin vəfatının 7-cü ili tamam olur. Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək apardılar. Bu qanuni oğrularadək Rusiyada azərbaycanlılara “qara”, “alverçi”, “bazar adamı” kimi baxırdılar. Onlar isə kimlərinsə xoşuna gəlməsə belə kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən gətirdilər.
OXŞAR MÖVZULAR