Impera

XƏBƏR LENTİ
23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto13:36Qaradağda qəzaya düşən sərnişin avtobusunda yaralananlar var - BNA10:40“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə10:33Trampdan Ina alçaldıcı təklif: "Nüvə silahlarını ABŞ-a göndər"10:22"Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır" - İlham Əliyevin bəyanatı09:32Göyçayda piyada vuruldu09:27Birləşmiş Ştatlardan ən yeni silahlar alınacaq - Poroşenko09:23O, bu hərbi yardımdan öz xalqına qarşı istifadə edəcək - ABŞ
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda 26 yaşlı qız “Facebook”da tanış olduğu oğlan tərəfindən zorlandı

04 noy 2017, 11:25   
Bakıda 26 yaşlı qız “Facebook”da tanış olduğu oğlan tərəfindən zorlandı

“...Bircə bundan qorxurdum. O da bunu bilirdi. Dəfələrlə demişdim, intihar edəcəm, özümü öldürəcəyəm. Amma yenə əməlindən əl çəkmirdi, gah bıçaqla hədələyir, gah da boğazımdan tutub nəfəsim daralana qədər boğurdu. Bezmişdim, ölmək istəyirdim. Həyətə düşüb sirkəni götürdüm, birnəfəsə içdim. Əvvəlcə boğazımda yanğı hiss etdim, sonra soyuq tər basdı, yavaş-yavaş halsızlaşırdım. Allaha yarvardım ki, günahımdan keçsin, məni cəhənnəm əzabından xilas etsin”, - göz yaşlarını silib, analizlərin nəticəsini göstərir.

Respublika Toksikologiya Mərkəzində həyatını xilas ediblər. Müayinələr zamanı məlum olub ki, üstəlik miokard infarktı da keçirib. Hazırda Binəqədi Rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

Altun.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edən 26 yaşlı Binəqədi rayon sakini Aidə Məmmədova (araşdırma aparıldığından ad və soyad dəyişdirilib) başına gələnləri virtualaz.org-a danışıb:

- İşləmək istəyirdim, ona görə də, elanlardakı telefonlara zəng vurub maraqlanırdım. Özüm də “Facebook” sosial şəbəkəsində elan vermişdim. Yaradıcılıq mərkəzi adlı səhifədən dostluq gəldi, mən də qəbul etdim. Yazdılar ki, iş var, müraciət edə bilərsiniz. Mən də getdim, işlə maraqlandım. Orada bir oğlan vardı, telefon nömrəmi götürdü ki, işlə bağlı məlumat verəcək. Axşam yazdı ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, ona görə də, kişilərin əhatəsində işləməyini istəmirəm. Beləcə 1 aya yaxın danışdıq, sonra mənə elçi göndərdi, ailəm razılıq verdi. Bundan sonra üzük almağa gedəcəkdik, bizə gəldi. Evdə heç kimin olmamasından istifadə edib boğazımdan tutub yerə yıxdı, ayaqları ilə çiynimi, əllərimi əzdi. Müqavimət göstərsəm də, bacara bilmədim, əxlaqsız hərəkətlər etdi.

- Buna görə intihar etmək istədin?

- Ağladım, dedim ki, onsuz da evlənəcəyik, niyə belə edirsən? Dedi ki, hər vasitəyə əl atıram ki, məndən ayrılmaq fikrinə düşməyəsən. Özümü təhqir olunmuş hiss edirdim, amma dərdimi heç kimə danışa bilmirdim. Növbəti dəfə evdə heç kimin olmadığını bilən kimi gəldi, qapını açanda boğazımdan tutub boğdu, huşumu itirənə qədər təcavüz etdi. Bu hadisə dəfələrlə təkrar olunub. Təsəvvür edin ki, ailə qurmaq istəyən oğlan küçədə insanların gözü qarşısında sənə əl atır, soyundurmağa çalışır. Neçə dəfə üstümə bıçaq çəkmişdi.

- Bəs niyə ayrılmırdın? Ən azı anana məlumat verəydin.

- Atamı, dayımı, qardaşlarımı düşünürdüm. Anama deyə bilmirdim, amma onun bibisinə demişdim. Dedim ki, onun alçaldıcı hərəkətlərindən sonra özümü öldürmək həddinə çatmışam. O da dedi ki, nişanlındır, özü bilər. Düşünürdüm ki, ailə qurar, sonra boşanarıq. Bilirdi ki, atamın, dayımın qorxusundan evdə heç nə deyə bilməyəcəyəm. Hər dəfə xəbərdarlıq edirdim, deyirdim ki, belə hərəkətlər etmə, özümü öldürəcəyəm. Dedi ki, özünə bir şey eləsən, namussuz olduğunu söyləyəcəyəm, səni qohumlarının, qonşularının içində biabır edəcəyəm. Həmin gün bibisi zəng vurdu, anamı, məni təhqir etdi. Dedi ki, sənin qızın namussuzdur, əgər namusunuzun təmizlənməsini istəyirsinizsə, ev alın, toy edib yaşasınlar. Atam da nişanı geri qaytardı. Dedi ki, belə ailə ilə qohum olmaq istəmir. İntihardan başqa çıxış yolu görmədim. Hələ də atam mənə təcavüz olunduğunu bilmir, döyülməyimdən də xəbəri yoxdur.

- Prokurorluq araşdırma aparır, bəs ailən məlumatsızdır?

- Özümü öldürəcəyimi deyəndən sonra məni sakitləşdirməyə çalışdı, dedi ki, çox peşmanam. Cinsi istəklə bağlı problemlərim var, amma həll edəcəyəm. Rəsmi nikah bağlayaq ki, toy edilsin, toydan bir neçə gün sonra ayrılaq. Amma eyni hərəkətləri təkrarlayandan və bibisi anamı təhqir edəndən sonra özümü öldürmək istədim ki, heç olmasa, ailəmi alçaltmasınlar. Intihar cəhdindən sonra Respublika Toksikologiya Mərkəzindən polisə məlumat veriblər. Elə xəstəxananın qarşısında qohumları anamın üstünə hücum edib. İndi isə deyir ki, intihar etdin, iş bağlanacaq, toy da olmayacaq. Bilmirəm, atamın üzünə necə baxacağam.

- Danışdıqca ağzından qan gəlir, üstəlik infarkt keçirmisən. Niyə əvvəlcə müalicə olunmağı düşünmürsən?

- Həm özü, həm də qohumları döyərək, təhqir edərək, təcavüzə məruz qoyaraq məni intihar həddinə çatdırıb. Kimi inandıra bilərəm ki, mənə zor tətbiq edib, döyərək təcavüz edib? Hamı deyir ki, niyə vaxtında müraciət etmirdin? Amma heç kim atamın, qardaşımın, qohumlarımın nə fikirləşəcəyini, mənim sarsıntılarımı başa düşmür. O qədər sarsıntı keçirmişəm ki, artıq sağlamlığım məni maraqlandırmır. Günlərdir ağlayıram, heç nə yemək istəmirəm. Təşkilata müraciət edəndən sonra Mehriban Zeynalovanın təkidi ilə həkimə getdim, müalicə yazdılar. Mehriban xanım anama vəziyyəti başa saldı, dedi ki, qızın ölməməsi üçün müalicə şərtdir. Yalnız bundan sonra hüquqları üçün mübarizə apara bilərik. Anam artıq məni qınamır, başa düşür. Məni danladı, dedi ki, güclü olmasan, haqlı olduğunu müdafiə edə bilməyəcəksən. Müalicə olunandan sonra məhkəməyə müraciət edəcəyəm, səhhətimə dəyən zərərin ödənilməsini istəyəcəyəm. Bundan sonra Respublika Prokurorluğuna müraciət edib işə onların nəzarəti ilə baxılmasını xahiş edəcəyəm. Yalnız ona görə ki, bilsinlər, insanların taleyi ilə oynamaq olmaz. Mən indi başa düşürəm ki, adam yanında onu başa düşəcək birilərinin olmadığını biləndə, təhqir olunanda, qorxanda intiharı çıxış yolu kimi görür. Mənə başqa çıxış yolu tanımadı, hər dəfə özümü öldürəcəyimi deyəndə ələ saldı. Amma indi cəzalanması üçün güclü olmağa çalışacağam.