Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azad ölkə, yoxsa müstəqil həbsxana?

07 okt 2016, 17:25   
Ölkədə həbsə düşməyə nə gərək, onsuz da türmədə yaşayırıq..?

Şəhərkənarı yolların yarı kubik, yarı alçı şəklində müasir şəhərə çatanadək uzanan divarlarla hasarlanması belə deməyə əsas verir. Nə baş verir? Bu vaxta qədər anlamadığımız və bizə qeyri-adi gələn bu proses yaşa dolduqca həyatın gətirdiyi çətinliklərlə, səsimizi lazımi kəslərə çatdıra bilməməyimizlə, müalicə mərkəzlərində müayinə nəticəsində, əksinə, xəstəhal formaya düşməyimizlə, təhsil ocaqlarında savadsız kadrların “istehsal” edilməsiylə, yeniyetmə həbsxanalarında cinayətkar ordusunun formalaşdırılmasıyla və daha nələr-nələr oxşar səbkidə ədalət axtarışlarında özümüzün problemlərin əhatəsində it-bat olmağımız bizi çox şeydən agah etdi. Günü-gündən bir sıra etiraf etməyi, qəbullanmağı çətin olan beyinlərə ağır zərbələr endirən, “Ucu-bucağı görünməyən bu divarları necə qiymətləndirək? Doğurdandamı yəni, cəmiyyətlər, mədəniyyətlər, sosial təbəqələr arasında sözün əsl mənasında daş bloklarla sədd çəkilir? Olmaya, fağır-füqaranın yaşayışı belə kimlərdəsə qıcıq hissi oyadır? İnsanımızdan niyə utanırıq və də niyə utanmalıyıq? Axı hər birimiz bu günkü günə birdən-birə gəlməmişik. Bəlkə də yanılıram... “ kimi sualların hədəf nöqtəsində şikara çevrildik.
Mötəbər idman oyunlarına ev sahibliyi etməmiz nə qədər qürurverici, sevincli hadisədirsə, əhalinin orta və aşağı təbəqəsinin önünə bər-bəzəkli divarların inşa edilməsi də bir o qədər utanc verici haldır. Bəzən unuduruq ki, Azərbaycan inkişaf etmiş ölkə yox, etməkdə olan ölkədir. Bu kimi xoşa gəlməz addımların atılması da, bilavasitə, haqqımızda mənfi fikirlərin formalaşmasına rəvac verir.
İndi biz azadıq, bizi bir zaman
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə...

Bu misralar ölməz şair Bəxtiyar Vahabzadənin “Əsarət Azadlıq” şeirindən bir parçadır. Bəli, özgə əsarətindən qurtulub, öz azadılığımızın həbsində yaşayırıq. Bunu görmək üçün xüsusi ilahi güclə donadılmağa da ehtiyac yoxdur. “Əzəmətli, gözəl, çırçıraqlı” divarların arxasında çarəsiz ümidlər, gözünün ağı qaralmış gələcək nəsillər, nifrət hissləriylə zirehlənmiş aqresiv düşüncələr böyüməkdədir. O düşüncələr ki, yetkin formaya çatdığında həmin sədləri aşıb “mən də var idim” deyərək, qətlə yetirilmiş uşaqlığının, işıq üzü görməyən gəncliyinin yerdə qalmış haqqının qisası ilə səbəbkarların izinə düşə bilər. Hər şeyə dırnaqarası yanaşmaqla, “filan şeyə dözən xalqım buna da dözər” deməyin fəsadlarını sonradan görmək, aradan qaldırmaq yox, yerindəcə həll etməyin vacibliyini bilmək gərəkir. “Oxucu, bil ki, müdriklik şikayəti azaldır, iztirabları yox” deyən Kozma Pruktovlar, “Həyat - öz sifətini tapmaq üçün müxtəlif güzgülərə baxmaqdır” deyən V.Bartoşevskilər, “Yalnız bircə şeydə həyatdan şikayətlənə bilmərik: o heç kimi saxlamır” deyən Senekaların olmasına rəğmən, özümüzə bu qədər düşməncəsinə yanaşan, sinfi ayrımçılığın yer aldığı “məndən olmayan mənimlə deyil” ideyaları ilə yaşayanların olması təəccüblüdür...
Böyük həvəslə inşa edilən bu divarlar, gənc nəsillə sosial mühit arasında ayrımçılıq yaradır. İnsan görülmədiyini hiss etdikcə, fitnənin qurbanına çevrilir. Heç kimə sirr deyil ki, baxça uşaqlarından tutmuş, tələbə heyyətinə qədər tələb edilən göstəricidə savada malik kəs yoxdur. Əvəzində isə əksəriyyəti təşkil edən, nə danışdığını bilməyən, xəyallarında “kriminal avtoritet” idealarıyla yaşayan heç bir işə yaramayan yeni nəsillər var. Halbuki, oxumaq istəyən maddi sıxıntıların məngənəsində çarəsiz qalmış, divarlar arxasında səsinin kimsənin eşitmədiyi kiçik bir kütlə də var ki, çıxılmaz halda talehin onlara bəxş edəcəyi müəmmalı, məchul günü gözləyir. Doğrudur, istisnalar da mövcuddur. Bunlar yalnız geniş imkanlara malik, zəngin insanların şirin-şəkər övladlarıdır. O insanlar isə hava limanınadək yolları çəpərləmiş, övladının gediş planını, qayıtdığında hansı vəzifəyə təyin edilə biləcəyini öncədən yəqin edən, cəmiyyətin gözündən pərdə asaraq, saman altı çay axıdan, bütün gedişatı incəliklərinədək düşünmüş böyük krallığın kiçik vəzirlərini hazırlayan bilici koordinatorlardır. Tarixdə olduğu kimi saray əyyanları sosiallaşır, formalaşır və intelligentləşir. Beləliklə, sayı hesaba gəlməyən sürüyə başçılıq edəcək “çobanlar” yetişir.

Azay Süleymanoğlu
OXŞAR MÖVZULAR