Bugün:
Altun.az


Üzüm tənəyi - ŞEİR

11 dek 2016, 18:03, gunes
    Oxunub: 189
Diqqətimi çəkdi üzüm tənəyi,
Allah möcüzəsi, eşqin mələyi.
Yay gəlib, əl açıb tumurcuqları
Salamlayır əsən sərin küləyi.

Bəlkə də bizlərə dualar edir,
Onun duaları bizi var edir.
Bəsləyək onları, sevgi göstərək,
Onun meyvəsi min dərdə çarədir.

Meyvəsi söylədim, bəli, meyvəsi,
Şirin göz yaşıdır hər bir giləsi.
Bir sevgili yardır, sarılmaq istər,
Qıvrım saplarıdır nazu-qəmzəsi.

Gəlin ona olaq əyilməz dayaq,
Sarılsın yüksəyə hey ucalaraq.
Bu eşq mələyini, Allah lütfünü
Ayaqlar altında, gəlin qoymayaq.

Salsın kölgəsini üzərimizə
Xoşbəxtlik diləsin hər birimizə.
Göylərə əl açan yarpaqlarıyla
“Dualar çətiri” o, olsun bizə.

Zümrüd GÜNƏŞ
Aprel 2016